Milli Kitabxana “Süleyman Ələsgərov” adlı biblioqrafiya nəşr etdirib

Image

Milli Kitabxana “Süleyman Ələsgərov” adlı biblioqrafiya nəşr etdirib

2024-cü ildə görkəmli Azərbaycan bəstəkarı, tanınmış dirijor və pedaqoq, respublika Dövlət mükafatı laureatı, Xalq artisti Süleyman Əyyub oğlu Ələsgərovun anadan olmasının 100 illiyi tamam olur.

Xalqımızın musiqi xəzinəsinə misilsiz incilər bəxş etmiş Süleyman Ələsgərov zəngin musiqi irsinə malik bəstəkardır. Müxtəlif janrlarda bəstələdiyi əsərlər respublikanın mədəni həya­tında mühüm rol oynayaraq milli musiqi sənəti tarixinə parlaq səhifələr yazıb. Bəstəkar 2 operanın (“Bahadır və Sona” və “Solğun çiçəklər”), 12 musiqili komediyanın, 2 simfoniyanın (“Gənclik” və “Vətən”), “Bayatı-Şiraz” simfonik muğamının, violonçel, fortepiano və simfonik orkestr üçün “İkili konsert”in, simfonik orkestr üçün “Uvertüralar”ın, 2 simfonik poemanın, 6 kantatanın, bir sıra kamera-instrumental əsərlərin, tar ilə Azər­baycan xalq çalğı alətləri orkestri üçün 3 konsertin, xor üçün, xalq çalğı alətləri orkestri üçün bəstələnmiş rəngarəng janrlı əsərlərin, 200-ə qədər mahnı və romansların müəllifidir.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 22 fevral 2024-cü il tarixində Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

   2024-cü il 22 fevral tarixli Sərəncamın icrası ilə əlaqədar Milli Kitabxananın əməkdaşları tərəfindən  “Azərbaycanın görkəmli şəxsiyyətləri” seri­yasından “Süleyman Ələsgərov” adlı ilk fundamental biblio­qra­fiya hazırlanaraq nəşr edilib.

1945-2024-cü illəri əhatə edən biblioqrafiyada “Süleyman Ələs­gərov həyat və yaradıcılığının əsas tarixləri”, “Görkəmli şəxsiy­yətlər və sənət dostları Süleyman Ələsgərov haqqında” bölmələri, sənətkarın bəstələdiyi musiqi əsərləri, səs yazıları, həyat və yara­dıcılığı haqqında kitablar, dissertasiyalar və avtoreferatlar, dövri mətbuatda, məcmuələrdə çap olunan məqalələr toplanıb, müvafiq bölmələr üzrə qruplaşdırılaraq təqdim edilib.

 Biblioqrafik göstəriciyə “Süleyman Ələsgərovun əsərləri dünya milli kitabxanalarında” bölməsi həmçinin “Əlavələr” bölməsinə “Azərbaycan Bəstəkarlar İttifaqının fondunda saxlanılan əlyazmaları”, “Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin fondunda saxlanılan arxiv materialları və afişalar”, “Azərbaycan Dövlət Akademik Musiqili Teatrının fondunda saxlanılan partitura və klavir əlyazmaları” və digər altbölmələr daxil edilib.

Azərbaycan, rus və başqa dillərdə çap olunmuş materialları əhatə edən biblioqrafiyada ədəbiyyat bölmələr daxilində xronoloji prinsip əsasında qruplaşdırılıb, daxildə əlifba sırasına riayət edilib. Göstəricidən istifadəni asanlaşdırmaq məqsədilə “Süleyman Ələsgərovun əsərlərinin adlar göstəricisi” və “Süleyman Ələsgərov haqqında yazan müəlliflərin əlifba göstə­ricisi”dən ibarət köməkçi aparat verilib.

Biblioqrafiya ilə tanış olmaq istəyənlər http://web2.anl.az:81/read/page.php?bibid=vtls000895554 linkindən istifadə edə bilərlər.

Gununxeberı.az 







XƏBƏR LENTİ

06.10.2024 | 14:48
5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür.

06.10.2024 | 14:44
Dövlət başçısı Azərbaycanın düşmənlərinə, regionu yenidən alova bürümək istəyən qüvvələrə, xüsusilə də 44 günlük müharibədə darmadağın edilən Ermənistana sərt ismarıc ünvanladı

06.10.2024 | 14:34
Vətən müharibəsində şəhid olan leytenantın anım günüdür - FOTO

06.10.2024 | 08:44
“Ermənistan seçim etməlidir” - Rəsmi Bakı

06.10.2024 | 08:42
YAP Yasamal rayon AMEA Mərkəzi Elmi Kitabxana üzrə ilk ərazi partiya təşkilatının sədr müavini seçilib

05.10.2024 | 22:49
BFT-də baş verənlər Fransanın özünün dar maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürüdür - XİN

05.10.2024 | 20:46
Goranboyda Şəhid Rauf Cabbarovun xatirəsi yad edilib-Fotolar

05.10.2024 | 20:34
Almatı Bəyannaməsi Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz - XİN

05.10.2024 | 20:31
“Bu, ötənilki ucuz şounun davamıdır” - Bəyanat

05.10.2024 | 20:30
Bir qrup deputat Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini, USAİD-in ölkəmizdəki fəaliyyətinə son qoyulmasını istəyib

05.10.2024 | 20:25
Bir qrup deputat Ceyhun Bayramova müraciət etdi

05.10.2024 | 20:21
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

05.10.2024 | 19:16
Elçin Əmirbəyov: "Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələr inkişaf edir"

05.10.2024 | 19:13
Əli Nağıyev Astanada mühüm tədbirdə iştirak edib

05.10.2024 | 18:31
Milli Kitabxanada "Macarıstan ədəbiyyatı guşəsi"nin açılış mərasimi keçirilib - FOTOLAR

05.10.2024 | 18:25
Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun görüşü keçirilib 47

05.10.2024 | 18:14
"Bu ölkələr üçün heç bir dəyər, ölçü vahidi yoxdur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

05.10.2024 | 18:10
Milli Məclisin deputatı ATƏT-in konfransında iştirak edəcək

05.10.2024 | 18:09
Deputatlarımız Qazaxıstanda keçiriləcək referendumu müşahidə edəcəklər

05.10.2024 | 18:06
Milli Məclisin deputatı Mahir Süleymanlı Vətən Müharibəsi şəhidi İlkin Ağaquliyevin doğum günündə ailəsini ziyarət edib

05.10.2024 | 18:02
Naxçıvana ayrılan vəsait azaldıldı - FƏRMAN

05.10.2024 | 17:59
Mahir Emrelinin komandası qalib gəldi

05.10.2024 | 17:57
Baş nazir “Azərenerji”nin prezidentinə şiddətli töhmət verdi

05.10.2024 | 17:55
İlham Əliyev deputatı ad günündə təltif etdi

05.10.2024 | 17:52
Onlara Prezident təqaüdü veriləcək - Siyahı

05.10.2024 | 17:46
Cəbrayılın yeni mənzərəsi dövlətimizin gücünü göstərir

05.10.2024 | 12:27
Siqaretlə bağlı cərimələr kəskin artırılır

05.10.2024 | 12:24
Azərbaycan nefti bahalaşdı

05.10.2024 | 11:20
Zərdabda narkokuryer saxlanılıb

05.10.2024 | 11:10
Azərbaycan öz təhlükəsizliyini, gələcək inkişafını təmin edib və edəcək Fotolar

05.10.2024 | 10:14
Bu gün müəllimlərin peşə bayramıdır.

05.10.2024 | 10:11
Mənzillərin kirayələnməsi zamanı sığorta məqsədilə depozit TƏLƏB OLUNUR?

05.10.2024 | 09:26
Azərbaycan Premyer Liqası: Bu gün IX turun daha iki oyunu keçiriləcək

05.10.2024 | 09:23
Prezident Cəbrayılın azad olunmasının dördüncü ildönümü ilə bağlı paylaşım edib

05.10.2024 | 09:15
Bu gün Beynəlxalq Müəllimlər Günüdür

05.10.2024 | 09:09
Bakıda obyektdə iyrənc mənzərə - Siçovul pirojkini belə yedi - Video

05.10.2024 | 09:02
Vətən müharibəsinin doqquzuncu günü - Cəbrayıl rayonunun daha üç kəndi işğaldan azad edilir 27

05.10.2024 | 09:00
Türkiyə millisinin heyəti açıqlandı

05.10.2024 | 08:59
Balqabaq minbir dərdə dəvadır!

05.10.2024 | 08:58
“Bozqurd” işarəsi ilə gündəmə gəlmişdi - Merihin heykəli ucaldıldı - Foto

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031