YAP-ın səlahiyyətli nümayəndələrinin adları açıqlandı
YAP sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və İdarə Heyətinin üzvü Arif Rəhimzadə Yeni Azərbaycan Partiyasının növbədənkənar parlament seçkilərindəki səlahiyyətli nümayəndələri təyin edilib.
Gununxeberi.az-ın məlumatına görə bu barədə iclasda qərar qəbul edilib.
Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə isə Mərkəzi Aparatın rəhbərinin müavini Əhliman Tağıyev olub.