Türkiyənin “Kobikom telekommunikasiya” şirkətinin idarə heyətinin sədri MEK-də olub
Bakıda səfərdə olan Türkiyənin “Kobikom telekommunikasiya” şirkətinin idarə
heyətinin sədri Orxan Kirman Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)
Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru texnika elmləri üzrə fəlsəfə
doktoru, dosent Hüseyn Hüseynovla görüşüb.
MEK rəhbəri qonağı kitabxana ilə yaxından tanış edib.
Dəyirmi masa ətrafında davam edən görüşdə MEK-in direktoru, dosent Hüseyn
Hüseynov texnologiyanın sürətlə inkişaf etdiyi müasir dünyada rəqəmsal
transformasiyanın bir zərurətə çevrildiyini vurğulayıb, kitabxananın daxili
idarəetməsində proseslərin rəqəmsallaşdırılmasının vacibliyindən danışıb. Direktor
mədəni mirasımızı texnologiyaya birləşdirərək daha geniş kütləyə çatdırmaqda
rəhbəri olduğu kitabxananın xüsusi rolunu qeyd edib.
Kitabxana sektoru üçün inkişaf etdirdikləri rəqəmsal kommunikasiya həlləri
barəsində ətraflı məlumat verən “Kobikom telekommunikasiya”sının idarə
heyətinin sədri Orxan Kirman təqdim etdikləri şəbəkənin sadəcə idarəetmə üçün
nəzərdə tutulmuş alətlər toplusu deyil, rəqəmsal transformasiyanın bütün
meyarlarını əhatə edən kompleks həll olduğunu bildirib. Qonaq qeyd edib ki,
sözügedən şəbəkə həm də rutin və təkrarlanan işləri sisteməşdirməyə və
avtomatlaşdırmağa imkan yaradaraq əməkdaşların iş səmərəliliyinin artmasına
yardımçı olur.
Görüş zamanı qarşılıqlı əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb.