Portuqaliya 1/4 finalda Fransaya rəqib oldu
Xəbər verdiyimiz kimi, Portuqaliya Avropa çempionatının 1/8 finalında Sloveniyaya penaltilər seriyasında qalib gəlib.
“Gununxeberi.az ”nun məlumatına görə, 1/4 finala çıxan portuqallar burada Fransa ilə qarşılaşacaq.
Qeyd edək ki, 1/4 finalın digər oyunlarında İsveçrə İngiltərə ilə, İspaniya isə Almaniya ilə qarşılaşacaq. Daha bir cüt isə sabah baş tutacaq Rumıniya - Niderland, Avstriya - Türkiyə matçlarından sonra bəlli olacaq.