Tanınmış jurnalist Səhrəd Məmmədovun 78 yaşı tamam olur -55 il əldə qələm

Image


Budur, jurnalistikamızın ağsaqqallarından biri olan Əməkdar jurnalist Səhrəd Məmmədov ömrünün 78-ci baharına qədəm qoyur. İlkin olaraq “Abşeron” qəzetində görkəmli jurnalistlər: - Namiq Abbasov, Məmməd Əfşan, Polad Qasımov, Əjdər Fərzəli, Əbdül Qəni kimi qələm ustalarının yanında zəngin təcrübə qazanan, getdikcə püxtələşən gənc qələm sahibi Azərbyacan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alarkən artıq özünü sanballı bir jurnalist kimi tanıtmağa başlamışdır.

Beşillik unudulmaz Universitet illərində Mir Cəlal, Nurəddin Babayev, Nəsir İmanquliyev, Şirməmməd Hüseynov, Nüsrət Bağırov, Seyfulla Əliyev, Nəriman Zeynalov, Fəmil Mehdi, Cahangir Məmmədov, Akif Rüstəmov, Qulu Xəlilov kimi görkəmli jurnalistlərin, professor və alimlərin jurnalistika sahəsində qazandıqları zəngin təcrübədən bəhrələnərək, bu elmin dərinliklərinə baş vurmuş, onun incəliklərini öyrənmiş, püxtələşmişdir.

Ömründən keçən bu illər əzrində Respublikanın bir sıra dövri mətbuatlarında çalışan S.Məmmədovun qələminin məhsulu olan oçerk, məqalə, felyetonlar daim oxucular tərəfindən razılıqla qarşılanmş, jurnalist adını, jurnalist nüfuzunu, jurnalist məsuliyyətini öz çiyinlərində hiss etmiş, heç vaxt haqqı-nahaqqa verməmişdir. Əlinə qələm alarkən yüz olçüb bir biçmiş, qərəzdən, şantajdan uzaq durmuş, kimin kim olduğunu bədii və satirik lövhələrlə oxuculara təqdim etmişdir. Özünün dediyi kimi daim jurnalist adının ucalığına söykənmiş, jurnalist olduğuna görə fəxr etmişdir. Bir sözlə həyatda nə qazanıbsa öz qələminin, öz istedadının sayəsində nail olmuşdur.

“Sovet kəndi”, “Azərbaycan gəncləri”, “Qalibiyyət bayrağı”, “Kəndin səsi” qəzetlərində və “Kirpi” jurnalında əməkdaşlıq etdiyi illər xüsusi ilə məhsuldar olmuş, jurnalistikamızın inkişafında əlindən gələni əsirgəməmiş, adlı-sanlı qələm sahibi kimi öz imzasını sevdirmişdir.

Səhrəd Məmmədov Birinci və İkinci Qarabağ Böyük Vətən müharibələrinin demək olar ki, ən fəal iştirakçısı kimi daim ön cəbhələrdə olmuş, erməni quldurlarının törətdikləri qanlı cinayətləri geniş oxucu kütləsinə operativ surətdə çatdırmışdır. 1990-cı il martın 24-də Qazax rayonunun Bağanıs Ayrım kəndində erməni silahlı qüvvələri tərəfindən qətlə yetirilən şəhidlər və törədilən yanğınlar barədə ilk dəfə Respublika mətbuatında qələmə alan da məhz Səhrəd Məmmədov olmuşdur. Onun “Odlara qalanan kənd” məqaləsi 1990-cı illərdə Respublikanın Demək olar ki,ölkənin əksər dövri mətbuatında dərc olunmuşdur. Müəllifi olduğu “Viran qalmış yurd yerləri” kitabı büsbütün müharibə illərindən bəhs edir.

Məhsuldar qələm sahibi olan Səhrəd Məmmədov 30 ildir ki, “Kirpi” jurnalında fasiləsiz olaraq külünk vurur. Onun hər bir satirik yazısı, felyetonu öz sanballığı ilə diqqəti cəlb edir. Elə bu səbəbdən onun imzasını səbirsizliklə gözləyən oxucunun sayı-hesabı yoxdur. Adətən bu felyotonların əksəri ünvanlı olduğuna görə “Kirpi” jurnalında ilkin olaraq məhz Səhrəd Məmmədovun imzası axtarılır.

Qeyd etməyi dönə-dönə lazım bilirəm ki, Səhrəd Məmmədov bu 55 illik jurnalistlik fəaliyyəti dövründə bəlkə də çoxlarının nail olmadığı yüksək titulların sahibi olmuşdur. “SSRİ” jurnalistlər İttifaqının, Azərbyacan jurnalistlər İttifaqının üzvü, “Əməkdar jurnalist”, “Qızıl qələm” mükafatı laureatı, Fəxri Fərmanlar, “Diplomlar, qiymətli mükafatlar:- Bütün bunlar hamısı məhz onun alın tərinin, gərgin zəhmətinin bəhrələridir.

Hazırda “Kirpi” jurnalının redaktoru vəzifəsini icra edən qələm dostumuzu bir daha ad günü münasibəti ilə təbrik edir, uzun ömür, can sağlığı, yaradıcılıq uğurları arzulayırıq.

Arzuman Loğmanoğlu
Sozcu.info







XƏBƏR LENTİ

06.10.2024 | 14:48
5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür.

06.10.2024 | 14:44
Dövlət başçısı Azərbaycanın düşmənlərinə, regionu yenidən alova bürümək istəyən qüvvələrə, xüsusilə də 44 günlük müharibədə darmadağın edilən Ermənistana sərt ismarıc ünvanladı

06.10.2024 | 14:34
Vətən müharibəsində şəhid olan leytenantın anım günüdür - FOTO

06.10.2024 | 08:44
“Ermənistan seçim etməlidir” - Rəsmi Bakı

06.10.2024 | 08:42
YAP Yasamal rayon AMEA Mərkəzi Elmi Kitabxana üzrə ilk ərazi partiya təşkilatının sədr müavini seçilib

05.10.2024 | 22:49
BFT-də baş verənlər Fransanın özünün dar maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürüdür - XİN

05.10.2024 | 20:46
Goranboyda Şəhid Rauf Cabbarovun xatirəsi yad edilib-Fotolar

05.10.2024 | 20:34
Almatı Bəyannaməsi Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz - XİN

05.10.2024 | 20:31
“Bu, ötənilki ucuz şounun davamıdır” - Bəyanat

05.10.2024 | 20:30
Bir qrup deputat Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini, USAİD-in ölkəmizdəki fəaliyyətinə son qoyulmasını istəyib

05.10.2024 | 20:25
Bir qrup deputat Ceyhun Bayramova müraciət etdi

05.10.2024 | 20:21
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

05.10.2024 | 19:16
Elçin Əmirbəyov: "Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələr inkişaf edir"

05.10.2024 | 19:13
Əli Nağıyev Astanada mühüm tədbirdə iştirak edib

05.10.2024 | 18:31
Milli Kitabxanada "Macarıstan ədəbiyyatı guşəsi"nin açılış mərasimi keçirilib - FOTOLAR

05.10.2024 | 18:25
Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun görüşü keçirilib 47

05.10.2024 | 18:14
"Bu ölkələr üçün heç bir dəyər, ölçü vahidi yoxdur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

05.10.2024 | 18:10
Milli Məclisin deputatı ATƏT-in konfransında iştirak edəcək

05.10.2024 | 18:09
Deputatlarımız Qazaxıstanda keçiriləcək referendumu müşahidə edəcəklər

05.10.2024 | 18:06
Milli Məclisin deputatı Mahir Süleymanlı Vətən Müharibəsi şəhidi İlkin Ağaquliyevin doğum günündə ailəsini ziyarət edib

05.10.2024 | 18:02
Naxçıvana ayrılan vəsait azaldıldı - FƏRMAN

05.10.2024 | 17:59
Mahir Emrelinin komandası qalib gəldi

05.10.2024 | 17:57
Baş nazir “Azərenerji”nin prezidentinə şiddətli töhmət verdi

05.10.2024 | 17:55
İlham Əliyev deputatı ad günündə təltif etdi

05.10.2024 | 17:52
Onlara Prezident təqaüdü veriləcək - Siyahı

05.10.2024 | 17:46
Cəbrayılın yeni mənzərəsi dövlətimizin gücünü göstərir

05.10.2024 | 12:27
Siqaretlə bağlı cərimələr kəskin artırılır

05.10.2024 | 12:24
Azərbaycan nefti bahalaşdı

05.10.2024 | 11:20
Zərdabda narkokuryer saxlanılıb

05.10.2024 | 11:10
Azərbaycan öz təhlükəsizliyini, gələcək inkişafını təmin edib və edəcək Fotolar

05.10.2024 | 10:14
Bu gün müəllimlərin peşə bayramıdır.

05.10.2024 | 10:11
Mənzillərin kirayələnməsi zamanı sığorta məqsədilə depozit TƏLƏB OLUNUR?

05.10.2024 | 09:26
Azərbaycan Premyer Liqası: Bu gün IX turun daha iki oyunu keçiriləcək

05.10.2024 | 09:23
Prezident Cəbrayılın azad olunmasının dördüncü ildönümü ilə bağlı paylaşım edib

05.10.2024 | 09:15
Bu gün Beynəlxalq Müəllimlər Günüdür

05.10.2024 | 09:09
Bakıda obyektdə iyrənc mənzərə - Siçovul pirojkini belə yedi - Video

05.10.2024 | 09:02
Vətən müharibəsinin doqquzuncu günü - Cəbrayıl rayonunun daha üç kəndi işğaldan azad edilir 27

05.10.2024 | 09:00
Türkiyə millisinin heyəti açıqlandı

05.10.2024 | 08:59
Balqabaq minbir dərdə dəvadır!

05.10.2024 | 08:58
“Bozqurd” işarəsi ilə gündəmə gəlmişdi - Merihin heykəli ucaldıldı - Foto

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031