“Aİ 92 ilə Aİ 95 arasındakı qiymət fərqi 1 manat idi, indi 50 qəpik oldu”

Image

“Əsilində Azərbaycanda avtomobil yanacağının qiymətinin tənzimlənməsi gözlənilən idi”.

“Gününxəbəri az” xəbər verir ki, bu fikirləri "Avtosfer.az" saytının rəhbəri, nəqliyyat eksperti Elməddin Muradlı bildirib.

Onun sözlərinə görə, Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) aparılan yenidənqurma işləri buna zəmin yaradırdı:

“Səbəb odur ki, SOCAR tərəfindən açıqlanan məlumatlarda zavodun tam yeni, müasir tələblərə uyğun formatda qurulması və bunun da bəzi xərcləri artırması kimi fikirlər öz əksini tapırdı. Beləliklə, zavod işə düşəndə qiymətdə artım olacağı gözlənilirdi. Bununla paralel olaraq vətəndaşlar keyfiyyətin artırılmasını önə çəkirdilər ki, cüzi qiymət artımı fonunda bu, daha önəmli hesab olunur”. 

Ekspertin sözlərinə görə, bu gün Tarif Şurası tərəfindən verilən qərar onu göstərdi ki, Neft Emalı Zavodunda istehsal olunan həm Aİ 92, həm də Aİ 95 benzini Avro5 standartına çatdırılıb:

“Bu, müsbət addımdır. Çünki 2014-cü ildən bəri hətta Avro3, Avro4 səviyyəsində belə yanacaq əldə etmək çətin idi. Ümid edirəm ki, SOCAR bütün yanacaqdoldurma məntəqələrinə keyfiyyətli yanacaq satmaqla yanaşı, həm də digər qurumlarla birlikdə yanacağın keyfiyyətinin dəyişdirilməməsi, sürücülərə daha aşağı oktanlı benzin satılması kimi əməllərin qarşısını alacaq”. 

Elməddin Muradlı bildirib ki, ümumilikdə Aİ 92 markalı benzinin qiymətinin 10 qəpik artırılması fonunda keyfiyyətin daha da yüksəldilməsi o qədər də ciddi problem yaratmayacaq. Ancaq dizelin qiymətinin benzinə yaxınlaşması tamam başqa fəlsəfi məna daşıyır:

“Səbəb odur ki, artıq dünyanın bir çox ölkələri daha ciddi ekoloji problemlər yaratdığına görə dizel yanacağının istifadəsindən imtina edir. Bəziləri isə hətta dizel mühərrikli avtomobillərin istehsalını məhdudlaşdırmalqa yanaşı həm də öz ölkələrində onun istismarını qadağan edirlər. Məsələn, bu addımı bir neçə il öncə Almaniya hökuməti atdı. Həmin ölkənin bir sıra bölgələrində dizel mühərrikli avtomobillərin istismarı qadağan edilib və bu tip avtomobillər ümumiyyətlə, istismar olunmur. Əksinə, elektrik və hibrid avtomobillər daha da üstün olub”. 

Ekspert hesab edir ki, Azərbaycanda da dövlət tərəfindən yürüdülən bu siyasətin başlıca məqsədi insanların marağını ekoloji təmiz avtomobillərə yönəltməkdir:

“Ekoloji təmiz nəqliyyat vasitələri olan hibrid və elektormobillər üçün kifayət qədər güzəştlər tətbiq olunur. Buna görə də onların ölkəyə gətirilməsi daha ucuz başa gəlir və ətraf mühitin qorunmasında bu avtomobillərin rolu böyükdür. Nəzərə almaq lazımdır ki, Bakı şəhərində ətraf mühitin çirklənməsinin 80%-i avtomobillərin ixrac etdiyi zəhərli qazların payına düşür. Burada da dizel yanacağı böyük önəm daşıyır”. 

“Benzinlə dizel arasında qiymətin yaxınlaşması ona dəlalət edir ki, insanlar öz avtomobillərində daha çox benzin istehlak etsinlər və ətraf mühitə atılan zərər də azalmış olsun” – deyə qeyd edən ekspert vurğulayır ki, bununla paralel elektormobillər və hibrid  avtomobillər üçün yenə də geniş imkanlar qalmaqdadır. 

O, bildirir ki, qiymət artımı cüzi oldu:

“Yəni bəzi şayiələrdə kifayət qədər ciddi qiymət artımından söhbət gedirdi. Ancaq belə olmadı 10 və 20 qəpik fərq yarandı. Qarşılığında isə Aİ95 premium benzinin qiymətinin 40 qəpik azaldılması müsbət addımdır. Bunu alqışlamaq lazımdır. Aİ92 ilə Aİ95 arasındakı qiymət fərqi 1 manat idi. Bu qiymətin tənzimlənməsində isə Tarif Şurası fərqi 50 qəpiyə çatdırdı. Yəni bir manat on qəpiyə Aİ92 bir manat altmış qəpiyə isə Aİ95 premium benzini satılır.

Hesab edirəm ki, gələcəkdə avtomobil alarkən dizelə maraq göstərən insanlarda benzinlə dizel arasında cəmi 10 qəpik fərq olduğunu görüb daha çox ziyan vuran dizel mühərrikli avtomobil yox, məhz benzin mühərrikli avtomobillər almağa üstünlük verəcəklər. Ümumən gələcəyin maşınları elektrik və hibrid avtomobilləridir. Azərbaycanda da buna sürətli keçid müşahidə edilməkdədir”.








XƏBƏR LENTİ

06.10.2024 | 14:48
5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür.

06.10.2024 | 14:44
Dövlət başçısı Azərbaycanın düşmənlərinə, regionu yenidən alova bürümək istəyən qüvvələrə, xüsusilə də 44 günlük müharibədə darmadağın edilən Ermənistana sərt ismarıc ünvanladı

06.10.2024 | 14:34
Vətən müharibəsində şəhid olan leytenantın anım günüdür - FOTO

06.10.2024 | 08:44
“Ermənistan seçim etməlidir” - Rəsmi Bakı

06.10.2024 | 08:42
YAP Yasamal rayon AMEA Mərkəzi Elmi Kitabxana üzrə ilk ərazi partiya təşkilatının sədr müavini seçilib

05.10.2024 | 22:49
BFT-də baş verənlər Fransanın özünün dar maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürüdür - XİN

05.10.2024 | 20:46
Goranboyda Şəhid Rauf Cabbarovun xatirəsi yad edilib-Fotolar

05.10.2024 | 20:34
Almatı Bəyannaməsi Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz - XİN

05.10.2024 | 20:31
“Bu, ötənilki ucuz şounun davamıdır” - Bəyanat

05.10.2024 | 20:30
Bir qrup deputat Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini, USAİD-in ölkəmizdəki fəaliyyətinə son qoyulmasını istəyib

05.10.2024 | 20:25
Bir qrup deputat Ceyhun Bayramova müraciət etdi

05.10.2024 | 20:21
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

05.10.2024 | 19:16
Elçin Əmirbəyov: "Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələr inkişaf edir"

05.10.2024 | 19:13
Əli Nağıyev Astanada mühüm tədbirdə iştirak edib

05.10.2024 | 18:31
Milli Kitabxanada "Macarıstan ədəbiyyatı guşəsi"nin açılış mərasimi keçirilib - FOTOLAR

05.10.2024 | 18:25
Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun görüşü keçirilib 47

05.10.2024 | 18:14
"Bu ölkələr üçün heç bir dəyər, ölçü vahidi yoxdur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

05.10.2024 | 18:10
Milli Məclisin deputatı ATƏT-in konfransında iştirak edəcək

05.10.2024 | 18:09
Deputatlarımız Qazaxıstanda keçiriləcək referendumu müşahidə edəcəklər

05.10.2024 | 18:06
Milli Məclisin deputatı Mahir Süleymanlı Vətən Müharibəsi şəhidi İlkin Ağaquliyevin doğum günündə ailəsini ziyarət edib

05.10.2024 | 18:02
Naxçıvana ayrılan vəsait azaldıldı - FƏRMAN

05.10.2024 | 17:59
Mahir Emrelinin komandası qalib gəldi

05.10.2024 | 17:57
Baş nazir “Azərenerji”nin prezidentinə şiddətli töhmət verdi

05.10.2024 | 17:55
İlham Əliyev deputatı ad günündə təltif etdi

05.10.2024 | 17:52
Onlara Prezident təqaüdü veriləcək - Siyahı

05.10.2024 | 17:46
Cəbrayılın yeni mənzərəsi dövlətimizin gücünü göstərir

05.10.2024 | 12:27
Siqaretlə bağlı cərimələr kəskin artırılır

05.10.2024 | 12:24
Azərbaycan nefti bahalaşdı

05.10.2024 | 11:20
Zərdabda narkokuryer saxlanılıb

05.10.2024 | 11:10
Azərbaycan öz təhlükəsizliyini, gələcək inkişafını təmin edib və edəcək Fotolar

05.10.2024 | 10:14
Bu gün müəllimlərin peşə bayramıdır.

05.10.2024 | 10:11
Mənzillərin kirayələnməsi zamanı sığorta məqsədilə depozit TƏLƏB OLUNUR?

05.10.2024 | 09:26
Azərbaycan Premyer Liqası: Bu gün IX turun daha iki oyunu keçiriləcək

05.10.2024 | 09:23
Prezident Cəbrayılın azad olunmasının dördüncü ildönümü ilə bağlı paylaşım edib

05.10.2024 | 09:15
Bu gün Beynəlxalq Müəllimlər Günüdür

05.10.2024 | 09:09
Bakıda obyektdə iyrənc mənzərə - Siçovul pirojkini belə yedi - Video

05.10.2024 | 09:02
Vətən müharibəsinin doqquzuncu günü - Cəbrayıl rayonunun daha üç kəndi işğaldan azad edilir 27

05.10.2024 | 09:00
Türkiyə millisinin heyəti açıqlandı

05.10.2024 | 08:59
Balqabaq minbir dərdə dəvadır!

05.10.2024 | 08:58
“Bozqurd” işarəsi ilə gündəmə gəlmişdi - Merihin heykəli ucaldıldı - Foto

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031