Beynəlxalq tədbirdə
Milli Məclisin deputatı Vüqar Bayramov "Kosmos - regionda diplomatiya və iqtisadi
inkişaf üçün dönüş nöqtəsi" mövzusunda keçiriləcək 6-cı Beynəlxalq Kosmik Forumun işində
iştirak etmək üçün iyulun 1-də Bəhreyn Krallığının Manama şəhərinə səfər edəcək.
Forum çərçivəsində “Yerin müşahidəsi: texnologiyadan tətbiqə və xidmətə”, “Kosmik
Tədqiqatlar: Kainata açılan qapı” və “Kosmik konsepsiyalar və siyasət: təcrübə və ən yaxşı
təcrübələrlə mübadilə” mövzularında müzakirələr keçiriləcək.
Səfər iyulun 4-də başa çatacaq.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi