Milli Məclisin növbədənkənar sessiyası başa çatdı

Image

İyunun 28-də parlamentin spikeri Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin 2024-cü

ilin növbədənkənar sessiyasında sonuncu plenar iclası keçirilib.

İclasın gündəliyi qəbul edildikdən sonra cari məsələlərlə əlaqədar müzakirələr aparılıb.

Komitə sədri Fazil Mustafa, deputatlar Vahid Əhmədov, Etibar Əliyev, Bəhruz Məhərrəmov,

Ceyhun Məmmədov, Sabir Rüstəmxanlı, Elşad Mirbəşir oğlu, Elman Nəsirov, Qüdrət

Həsənquliyev, Rüfət Quliyev, İsa Həbibbəyli bir sıra aktual mövzularda öz fikirlərini

bölüşüblər.

Müzakirələr zamanı Azərbaycanda parlamentarizm ənənələrinin formalaşmasında

Ümummilli Lider Heydər Əliyevin rolu xüsusi qeyd edilib. Çıxışlarda, habelə VI çağırış Milli

Məclisin səmərəli fəaliyyətindən söhbət açılıb, ötən müddət ərzində görülən işlər təqdirəlayiq

hesab edilib, parlament diplomatiyasının ölkə Prezidentinin müəyyənləşdirdiyi istiqamət üzrə

uğurla davam etdirildiyi bildirilib. Millət vəkilləri VI çağırış Milli Məclisin milli maraqların

qorunmasında, ölkənin beynəlxalq əlaqələrinin genişləndirilməsində, qlobal miqyasda

Azərbaycan həqiqətlərinin təbliği istiqamətində öz üzərinə düşən vəzifələri layiqincə yerinə

yetirdiyini vurğulayıblar.

Deputatlar, bununla yanaşı, şəhid ailələrinə dövlət tərəfindən göstərilən diqqət və

qayğını yüksək qiymətləndiriblər, ictimai asayişin təmin olunmasında polis orqanlarının

xidmətlərini qeyd ediblər, həmçinin təhsilin keyfiyyətinin yaxşılaşdırılması, ölkədə mənəvi-

əxlaqi dəyərlərin qorunub saxlanılması, sahibkarlığın daha da inkişaf etdirilməsi, bir sıra digər

məsələlərlə bağlı öz fikir və qeydlərini açıqlayıblar.

Sonra parlamentin sədri Sahibə Qafarova gündəliyə 15 məsələnin daxil edildiyini, ilk iki

məsələnin möhtərəm cənab Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu, hər iki

qanun layihəsinin beynəlxalq sənədlərin təsdiqi ilə bağlı olduğunu və “Normativ hüquqi aktlar

haqqında” Konstitusiya Qanununun tələbinə əsasən bir oxunuşda baxılıb qəbul ediləcəyini

bildirib. 

İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə

“Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında

Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Sazişə dəyişikliklərin edilməsi

haqqında Əlavə Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verib.

Bildirilib ki, "Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər

Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında" Saziş 2022-ci


2


il oktyabrın 11-də Bişkek şəhərində imzalanıb. Fondun yaradılmasında məqsəd iki ölkə

arasında iqtisadi əməkdaşlığı inkişaf etdirməkdir. Müzakirəyə təqdim olunan Əlavə Saziş

2024-cü il aprelin 24-də Bakı şəhərində imzalanıb. Əlavə Saziş ikitərəfli investisiya

əməkdaşlığının genişləndirilməsi və birgə investisiya layihələrinin maliyyələşdirilməsi üçün

Tərəflərin Azərbaycan-Qırğız İnkişaf Fondunun nizamnamə kapitalını artırmaq məqsədi

daşıyır. Dəyişikliyə əsasən, Sazişin 4-cü maddəsində və Azərbaycan-Qırğız İnkişaf Fondunun

Nizamnaməsinin 6-cı maddəsinin 2-ci bəndində "25000000 (iyirmi beş milyon) ABŞ dolları"

sözlərinin  "100000000 (yüz milyon) ABŞ dolları" sözləri ilə əvəz edilməsi təklif olunur.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd

Seyidov sənədin əhəmiyyətindən danışaraq, onun türk dünyasında əlaqələrimizin inkişafına

xidmət etdiyini, rəhbərlik etdiyi komitənin məsələyə dair müsbət rəy verdiyini söyləyib.

Komitə sədri Siyavuş Novruzov məsələ barədə öz fikirlərini açıqladıqdan sonra qanun

layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev

“Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə

münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının

alınması haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsini təqdim edib.

Diqqətə çatdırılıb ki, 2024-cü il aprelin 24-də Bakı şəhərində imzalanmış Saziş iki ölkə

arasında iqtisadi əlaqələri genişləndirmək və vergi sahəsində əməkdaşlığı gücləndirmək

məqsədi daşıyır. 31 maddədən ibarət olan Saziş razılığa gələn dövlətlərdən birinin və ya hər

ikisinin rezidenti olan şəxslərə və vergitutma üsulundan asılı olmayaraq, razılığa gələn dövlət

və ya onun inzibati-ərazi, dövlət və ya yerli hakimiyyət orqanları tərəfindən gəlirlərə görə

tutulan vergilərə tətbiq edilir. Sazişin tətbiq edildiyi vergilərin siyahısı və şərtləri ayrıca

maddədə qeyd olunur.

Sazişdə müxtəlif vasitələrlə əldə edilmiş gəlir və mənfəətə münasibətdə vergilərin

tətbiq edilməsi şərtləri, qarşılıqlı əlaqəli müəssisələrə dair vergitutma qaydaları açıqlanır,

dividendlərin, müxtəlif subyektlərə ödənilən faizlərin və royaltilərin vergiyə cəlb olunması

prosedurlarına aydınlıq gətirilir. Bununla yanaşı, daşınmaz əmlak, müstəqil fərdi xidmətlər,

muzdlu işdən əldə olunan gəlir, qonorarlar, müxtəlif peşə sahiblərinin əldə etdikləri gəlirlər,

pensiyalar, dövlət qulluqçuları, tələbələr, elm işçiləri və digər kateqoriyalar üzrə vergitutma

qaydaları əks olunur.


3


Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd

Seyidov fikirlərini açıqlayaraq, sənədin iqtisadi məsələlərlə yanaşı, həm də siyasi əhəmiyyətə

malik olduğunu deyib, ölkə Prezidentinin ümumtürk iqtisadi, mədəniyyət məkanının

yaradılması, ümumtürk geosiyasi fenomeninin dünya siyasətinə təqdim edilməsi ilə bağlı

ardıcıl siyasət apardığını vurğulayıb.

Səməd Seyidov rəhbərlik etdiyi komitənin rəyini bildirdikdən sonra qanun layihəsi səsə

qoyularaq qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin növbəti 10 məsələsinin üçüncü

oxunuşda qanun layihələri olduğunu söyləyib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun

layihəsi (üçüncü oxunuş) barədə məlumat verib. O, qanun layihəsi ilə bağlı hər hansı rəy və

təklifin olmadığını deyib və sənədin səsə qoyulmasını xahiş edib.

Layihədə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və

yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına görə inzibati

məsuliyyəti nəzərdə tutan maddədə qabarit parametrlərinin pozulmasının, həmçinin çəki və

yüklə birlikdə oxa düşən kütlə parametrlərinin aşılmasının nədən ibarət olması dəqiq müəyyən

olunur.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli

Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Dövlət rüsumu haqqında”, “Mülki

dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı

haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə

olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların

siyahısı haqqında”, “Gömrük tarifi haqqında” və “Lisenziyalar və icazələr haqqında”

qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O,

layihə barədə birinci və ikinci oxunuş zamanı geniş məlumat verildiyini, komitəyə əlavə təklifin

daxil olmadığını deyib, sənədin olduğu kimi səsə qoyulmasını xahiş edib.

Layihədə müdafiə təyinatlı məmulatların  layihələndirilməsi, istehsalı, satışı fəaliyyətinin

liberallaşdırılması, bu sahədə yeni iştirakçıların formalaşdırılması, habelə həmin

fəaliyyətlərdən irəli gələrək bu sahədə təmir və texniki xidmət göstərilməsi fəaliyyətlərinin

tənzimlənməsi ilə bağlı məsələlər öz əksini tapıb.


4


Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov

məsələ barədə bu komitənin müsbət rəyini açıqladıqdan sonra qanun layihəsi üçüncü

oxunuşda qəbul edilib.

Sonra İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Azərbaycan Respublikasının Ailə

Məcəlləsində, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”,

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Fərdi

məlumatlar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun

layihəsindən bəhs edib. O, ikinci oxunuşdan sonra sənədə dair əlavə təklifin olmadığını deyib

və məsələnin səsə qoyulmasını xahiş edib. Komitə sədri, həmçinin bəzi məqamlarla bağlı

fikirlərini də bölüşüb.

Layihədə dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılmasına dair

tələblər, həmin sistemin istifadəyə verilməsi, elektron xidmətlərin qeydiyyatının həyata

keçirilməsi məqsədilə vahid reyestrin aparılması qaydaları, dövlət informasiya ehtiyatları və

sistemlərinin təhlükəsizlik meyarları üzrə monitorinqinə və auditinə dair ümumi qaydalar

müəyyən olunur.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli, Hüquq

siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov, Ailə, qadın və uşaq

məsələləri komitəsinin sədri Hicran Hüseynova məsələyə dair bu komitələrin müsbət rəylərini

səsləndiriblər.

Müzakirələrdə çıxış edən komitə sədri Siyavuş Novruzov öz fikirlərini açıqladıqdan

sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Sonra Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Azərbaycan Respublikasının

Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) qanun layihəsini təqdim

edib. O, layihə ilə bağlı heç bir əlavə təklifin olmadığını deyib və məsələnin səsə qoyulmasını

xahiş edib.

Sənəddə kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadənin səmərəliliyini yüksəltmək

üçün kənd təsərrüfatı yerlərinin məqsədli təyinatının dəyişdirilməsinin çevik mexanizminin

yaradılması məsələləri təsbit olunur.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Əmək

Məcəlləsində, Vergi Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, “Təhqiqat, ibtidai istintaq,

prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə


5


vurulmuş ziyanın ödənilməsi haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan

şəxslərin sosial müdafiəsi haqqında”, “Gömrük orqanlarında xidmət haqqında Əsasnamənin

təsdiq edilməsi barədə”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının daxili işlər

orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət sosial

sığorta sistemində fərdi uçot haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Məşğulluq

haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı

məlumat verib.

Komitə sədri qanun layihəsi barədə birinci və ikinci oxunuş zamanı ətraflı məlumat

verildiyini, layihənin mətnində dəyişiklik edilmədiyini söyləyib. O, sənədin əsas mahiyyətinin

əmək münasibətlərinin rəqəmsal texnologiyalar müstəvisinə keçirilməsi ilə bağlı olduğunu

qeyd edib.

Qanun layihəsi ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz

Məhərrəmov, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli

təmsil etdikləri komitələrin rəyini bildirdikdən sonra sənəd üçüncü oxunuşda qəbul edilib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov “Yol

hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda və İnzibati Xətalar Məcəlləsində

dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, ikinci oxunuşdan

sonra layihə ilə bağlı bəzi təkliflərin daxil olduğunu, bu barədə qanunvericilik təşəbbüsü

subyektinin nümayəndəsi ilə müzakirələrdən sonra bir sıra təkliflərin sənəddə öz əksini

tapdığını deyib.

Bildirilib ki, birinci təklif xidməti parklanma yerindən ödənişsiz istifadə edəcək

subyektlərin əhatə dairəsinin genişləndirilməsi ilə bağlıdır. Təklif olunur ki, diplomatik

nümayəndəlik və konsulluqların, diplomatik nümayəndəlik statusuna malik beynəlxalq

təşkilatların nümayəndələri, habelə onların diplomatik personalı xidməti paklanma

hüququndan istifadə edə bilsin. İkinci təklif skuterlərin hərəkətinə dair tələblərlə bağlıdır.

Burada “sükanı tutmadan hərəkət etmək” sözlərinin əvvəlinə “sükanı olduğu halda” sözlərinin

əlavə edilməsi təklif edilir. Üçüncü təklif isə uyğunlaşdırma xarakteri daşıyır. Belə ki, 45.2-ci

maddənin 6-cı bəndində “müvafiq icra hakimiyyəti orqanı” sözlərindən sonra “müəyyən etdiyi

qurum” sözlərinin əlavə edilməsi təklif olunur.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Elşən Musayev “Narkotik

vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan


6


Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə (üçüncü oxunuş)

dair  məlumat verib. O, ikinci oxunuşdan sonra məsələyə dair komitəyə heç bir müraciətin

daxil olmadığını, mətndə dəyişiklik edilmədiyini, sənədin olduğu kimi səsə qoyulmasını xahiş

edib.

Layihədə nəzərdə tutulan dəyişikliklər qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə

olunmuş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının bir neçə

komissiya tərəfindən məhv edilməsi üçün hüquqi əsas yaradır. Həmin komissiyaların müvafiq

icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən yaradılması təklif edilir.

Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

İclasda Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Azərbaycan

Respublikasının Ailə Məcəlləsində, Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində

dəyişiklik edilməsi haqqında qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, layihə ilə bağlı

deputatların verdiyi təkliflərlə bağlı qanunvericilik təşəbbüsü subyekti ilə müzakirələrin

aparıldığını, nəticədə sənədin hazırda təqdim olunan variantda tövsiyə edildiyini söyləyib.

Komitə sədri səsləndirilən rəy və təkliflərin gələcəkdə yenidən təhlil edilərək baxılmasının

nəzərdə tutulduğunu da qeyd edib. Hicran Hüseynova qanun layihəsinin dövlətimizin

demoqrafik, səhiyyə, sosial, iqtisadi siyasəti baxımından mühüm əhəmiyyət kəsb edən

mütərəqqi sənəd olduğunu bildirib.

Layihədə nəzərdə tutulan dəyişikliklərdə nikah yaşının azaldılması ilə bağlı istisnanın

ləğvi, habelə 16 yaşına çatmayan şəxsin erkən evliliyinin təşkilinə, həmin yaşda olan şəxs

barəsində evliliyə dair sövdələşməyə daxil olmağa, erkən evliliklə bağlı mərasimlərin

keçirilməsinə və dini kəbinkəsməyə görə geniş subyektlər dairəsi üçün məsuliyyətin müəyyən

edilməsi təklif olunur.

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin

sədri Əli Hüseynli qanun layihəsi ilə bağlı rəhbərlik etdiyi komitənin müsbət rəyini diqqətə

çatdırıb. O, habelə Cinayət Məcəlləsinin qeyd hissəsi ilə bağlı deputat Erkin Qədirlinin təklif

irəli sürdüyünü, bunun qanunvericilik təşəbbüsü subyekti ilə müzakirə olunduğunu və

məqsədəmüvafiq hesab edilmədiyini, sənədin olduğu kimi səsə qoyulmasını xahiş edib.

Deputat Erkin Qədirli öz qeydlərini bildirdikdən sonra qanun layihəsi üçüncü oxunuşda

qəbul edilib.

Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Şəhid adının

əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının


7


Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı məlumat

verib. O, bildirib ki, sənəd şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, mənzilə

ehtiyacı olan şəhid ailələrinin dairəsinin genişləndirilməsi və əlçatanlığın təmin edilməsi

məqsədi ilə hazırlanıb.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Anar Məmmədov

“Auditor xidməti haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü  oxunuş) qanun

layihəsi ilə bağlı məlumat verib. Millət vəkili layihə ilə bağlı birinci və ikinci oxunuş zamanı

əlavə rəy və təklifin verilmədiyini söyləyib və sənədin dəstəklənməsini xahiş edib.

Sənəddə nəzərdə tutulan dəyişiklikdə Azərbaycan Respublikasının tərəfdar çıxdığı

beynəlxalq müqavilələr çərçivəsində xarici ölkələrin səlahiyyətli orqanlarından daxil olan

sorğuların icrası məqsədilə qanunla müəyyən edilmiş hallarda vergi orqanlarının tələbi ilə

auditorun məlumat verməsinin hüquqi əsası yaradılır. 

Qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul olunub.

Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin üçüncü oxunuşda olan qanun

layihələrinin başa çatdığını deyib. Spiker növbəti iki məsələnin uyğunlaşdırma xarakterli

qanun layihələri olduğunu və bir oxunuşda baxılıb qəbul ediləcəyini bildirib.

Beləliklə, gündəliyin 13-cü məsələsi olan “Lisenziyalar və icazələr haqqında”

Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan

Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun icrası ilə

əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında qanun

layihəsi barədə məlumatı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar

Bayramov təqdim edib.

O, bildirib ki, layihə lisenziyalar və icazələr sahəsində prosedurların daha da

təkmilləşdirilməsi, eyni zamanda səmərəliliyin artırılması məqsədi ilə hazırlanıb. Bu

kontekstdə sənəd üç istiqamətdə dəyişiklikləri özündə ehtiva edir. Vüqar Bayramov layihədə

təklif olunan dərman vasitəsinin xarici (beynəlxalq) qeydiyyatının tanınması müddətlərinin

yenilənməsi, dövlət rüsumunun ödənilməməsinin hüquqi nəticələrinin genişləndirilməsi, bir

sıra termin və ifadələrin dəqiqləşdirilməsi ilə bağlı təklif olunan dəyişikliklərdən danışıb.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və İnsan hüquqları komitəsinin sədri

Zahid Oruc dəyişikliklərlə əlaqədar bu komitələrin rəylərini diqqətə çatdırdıqdan sonra qanun

layihəsi səsə qoyularaq qəbul edilib.


8


Sonra Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri

Adil Əliyev növbəti məsələ - "Bədən tərbiyəsi və idman haqqında" Qanunda dəyişiklik

edilməsi barədə qanun layihəsini təqdim edib. Bildirilib ki, “Bədən tərbiyəsi və idman

haqqında" Qanunun 59-cu maddəsinə təklif olunan dəyişiklik paralimpiya sahəsində yüksək

nəticə göstərmiş idmançıların və idman işçilərinin əməyinin qiymətləndirilməsini və

paralimpiya təqaüdlərinin təsis olunmasını nəzərdə tutur.

Vitse-spiker Adil Əliyev diqqətə çatdırıb ki, dəyişikliyə əsasən, Azərbaycan

Respublikasının vətəndaşlarına qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi olimpiya

təqaüdləri ilə yanaşı, paralimpiya təqaüdləri, fərdi təqaüdlər, dövlət mükafatları və fəxri adlar

veriləcək. Bu da ölkəmizdə paralimpiya sahəsində fəaliyyət göstərən idmançıların və idman

mütəxəssislərinin sosial rifahının yüksəldilməsinə, onların maddi təminatının

yaxşılaşdırılmasına xidmət edəcək.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Gündəliyin sonuncu məsələsi - “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin

fəaliyyətinə inzibati nəzarət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (birinci oxunuş)

qanun layihəsinə dair Regional məsələlər komitəsinin üzvü Səbinə Xasayeva məlumat verib.

O, bildirib ki, layihədə təklif edilən dəyişiklikləri şərti olaraq iki qrupda birləşdirmək olar.

Belə ki, bir qrup dəyişikliklər bələdiyyələrin fəaliyyəti sahəsində yaranan münasibətlərin

tənzimlənməsi üçün hüquqi əsasların yaradılması, ikinci qrup dəyişikliklər isə yuxarıda

göstərilən qanunlarda bəzi maddələrin qanunvericiliyin tələblərinə uyğun təkmilləşdirilməsi,

normaların daha aydın və birmənalı ifadə edilməsi, icra müddətlərinin dəyişdirilməsi məqsədi

ilə hazırlanıb.

Müzakirədə parlamentin komitə sədrləri Fazil Mustafanın və Siyavuş Novruzovun,

deputatlar Razi Nurullayevin və Kamran Bayramovun fikirləri dinlənildikdən sonra qanun

layihəsi birinci oxunuşda qəbul edilib.

İclasa yekun vuran Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, həm bugünkü

iclasın, həm də növbədənkənar sessiyanın gündəliyinə daxil olan məsələlər başa çatdı.

Spiker diqqətə çatdırıb ki, bildiyiniz kimi, Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin qərarı ilə

hər il iyunun 30-da Beynəlxalq parlamentarizm günü qeyd edilir. Yaxşı məlumdur ki,

Azərbaycan xalqı özünün zəngin parlamentarizm ənənələri ilə fəxr edə bilər.

Spiker qeyd edib ki, ölkəmizdə müasir peşəkar parlamentin formalaşmasında və

inkişafında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olub. Ümummilli Liderimiz


9


qanunvericilik orqanına 4 ay rəhbərlik etmiş, sonrakı dövrdə isə Milli Məclisə böyük qayğı

göstərmiş, parlament quruculuğu məsələlərini daim diqqət mərkəzində saxlamışdır.

Ulu Öndərin başladığı işləri əzmlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti

möhtərəm cənab İlham Əliyev ölkəmizdə parlamentarizm ənənələrinin inkişafına böyük töhfələr

verib. Azərbaycanda parlamentarizmin inkişafında Azərbaycan Respublikasının Birinci vitse-

prezidenti Mehriban xanım Əliyevanın da rolu xüsusi qeyd edilməlidir.

Möhtərəm cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım

Əliyeva parlamentin deputatları olduqları dövrdə Milli Məclisin peşəkarlıq səviyyəsinin

yüksəlməsi naminə dəyərli işlər görüblər.

Spiker Beynəlxalq parlamentarizm günü münasibəti ilə deputatları ürəkdən təbrik edib,

hər birinə möhkəm can sağlığı, fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra Milli Məclisin sədri bildirib ki, iyulun 2-də Azərbaycan Polisi Günü qeyd ediləcək.

106 yaşlı Azərbaycan polisi, daxili işlər orqanları ölkəmizdə ictimai asayişin və qanunçuluğun

qorunması sahəsində öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Bu haqda hörmətli

həmkarlarımız burada çıxış etdilər.

Bir çox polis əməkdaşları dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin təmin

olunması naminə döyüşlərdə, xüsusən 44 günlük Vətən müharibəsində qəhrəmanlıq

göstəriblər.

Spiker Polis Günü münasibəti ilə Daxili İşlər Nazirliyinin şəxsi heyətini təbrik edib,

onlara məsul və çətin xidmətlərində yeni uğurlar arzulayıb.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova növbədənkənar sessiya barədə qısa

hesabat verib. Spiker xatırladıb ki, növbədənkənar sessiya iyunun 7-də başlayıb. Yəni iyirmi

bir gün davam edən bu sessiyada Milli Məclisin beş iclası keçirilib, otuz bir qanun və qərar

qəbul edilib.

Spiker sessiyanın yekunları ilə bağlı bildirib ki, Azərbaycan Respublikasının Prezidenti

möhtərəm cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin qanunvericilik

bazasını daha da möhkəmləndirmək və təkmilləşdirmək üçün Milli Məclis öhdəsinə düşən

vəzifələri bu dövrdə də layiqincə yerinə yetirməyə çalışıb.

Milli Məclisdə bu dövrdə bir ictimai dinləmə keçirilib. Ailə, qadın və uşaq məsələləri

komitəsi ilə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə təşkil etdikləri dinləmədə

“Sağlam ailə modeli və nikah hüququ” mövzusunda müzakirələr aparılıb.


10


Sessiya müddətində qanunvericilik fəaliyyəti ilə yanaşı, Milli Məclisin beynəlxalq

əlaqələrinin inkişafı sahəsində də zəruri tədbirlər görülüb.

Milli Məclisin on dörd deputatı yeddi xarici ölkəyə on yeddi səfər həyata keçirib.

Bir deputatımız Bolqarıstan Milli Assambleyasına növbədənkənar parlament seçkilərini,

eləcə də Avropa Parlamentinə növbəti seçkiləri müşahidə edib.

Səkkiz xarici ölkənin və on bir beynəlxalq təşkilatın nümayəndə heyətləri, ümumən

doxsan altı nəfər xarici qonaq Milli Məclisdə qəbul edilib.

Spiker qeyd edib ki, Milli Məclis böyük beynəlxalq tədbirə ev sahibliyi edib. Belə ki, Milli

Məclisdə Türk Dövlətləri Parlament Assambleyasının 13-cü Şura və plenar iclasları keçirilib.

Bundan başqa, Assambleyanın Qadın Parlamentarilər Qrupunun və Gənc

Parlamentarilər Qrupunun iclasları, parlament Baş katiblərinin birinci görüşü də təşkil olunub.

Spiker diqqətə çatdırıb ki, Milli Məclisin sədri ölkəmizdə səfərdə olan beş ölkənin

parlament sədrləri, bir ölkənin parlament sədrinin müavini, altı beynəlxalq təşkilatın rəhbərləri

ilə görüşlər keçirib.

Milli Məclis sədrinin Belarus Respublikasına rəsmi səfəri olub. Bu səfər barədə

deputatlara məlumat verilib. Bundan başqa, Milli Məclis ilə Özbəkistan Ali Məclisinin Senatı

arasında parlamentlərarası əməkdaşlığın inkişafına dair praktiki tədbirlər planı (“Yol Xəritəsi”)

imzalanıb. Sənəd Milli Məclisin sədri və Özbəkistan Senatının sədri tərəfindən imzalanıb.

Milli Məclisin sədri iki ölkənin – Liviya və Ukraynanın Azərbaycandakı səfirləri, eləcə də

Azərbaycan Respublikasının Omandakı səfiri ilə görüşüb.

Spiker çıxışına yekun vuraraq qeyd edib ki, Milli Məclis növbədənkənar sessiyanı

uğurla başa çatdırır və bununla əlaqədar o, deputatlara səmərəli iş üçün təşəkkürünü bildirib

və Milli Məclisin növbədənkənar sessiyasını bağlı elan edib.

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Milli Məclisin

növbədənkənar sessiyası başa çatıb.


Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

 

 











XƏBƏR LENTİ

06.10.2024 | 14:48
5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür.

06.10.2024 | 14:44
Dövlət başçısı Azərbaycanın düşmənlərinə, regionu yenidən alova bürümək istəyən qüvvələrə, xüsusilə də 44 günlük müharibədə darmadağın edilən Ermənistana sərt ismarıc ünvanladı

06.10.2024 | 14:34
Vətən müharibəsində şəhid olan leytenantın anım günüdür - FOTO

06.10.2024 | 08:44
“Ermənistan seçim etməlidir” - Rəsmi Bakı

06.10.2024 | 08:42
YAP Yasamal rayon AMEA Mərkəzi Elmi Kitabxana üzrə ilk ərazi partiya təşkilatının sədr müavini seçilib

05.10.2024 | 22:49
BFT-də baş verənlər Fransanın özünün dar maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürüdür - XİN

05.10.2024 | 20:46
Goranboyda Şəhid Rauf Cabbarovun xatirəsi yad edilib-Fotolar

05.10.2024 | 20:34
Almatı Bəyannaməsi Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz - XİN

05.10.2024 | 20:31
“Bu, ötənilki ucuz şounun davamıdır” - Bəyanat

05.10.2024 | 20:30
Bir qrup deputat Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini, USAİD-in ölkəmizdəki fəaliyyətinə son qoyulmasını istəyib

05.10.2024 | 20:25
Bir qrup deputat Ceyhun Bayramova müraciət etdi

05.10.2024 | 20:21
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

05.10.2024 | 19:16
Elçin Əmirbəyov: "Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələr inkişaf edir"

05.10.2024 | 19:13
Əli Nağıyev Astanada mühüm tədbirdə iştirak edib

05.10.2024 | 18:31
Milli Kitabxanada "Macarıstan ədəbiyyatı guşəsi"nin açılış mərasimi keçirilib - FOTOLAR

05.10.2024 | 18:25
Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun görüşü keçirilib 47

05.10.2024 | 18:14
"Bu ölkələr üçün heç bir dəyər, ölçü vahidi yoxdur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

05.10.2024 | 18:10
Milli Məclisin deputatı ATƏT-in konfransında iştirak edəcək

05.10.2024 | 18:09
Deputatlarımız Qazaxıstanda keçiriləcək referendumu müşahidə edəcəklər

05.10.2024 | 18:06
Milli Məclisin deputatı Mahir Süleymanlı Vətən Müharibəsi şəhidi İlkin Ağaquliyevin doğum günündə ailəsini ziyarət edib

05.10.2024 | 18:02
Naxçıvana ayrılan vəsait azaldıldı - FƏRMAN

05.10.2024 | 17:59
Mahir Emrelinin komandası qalib gəldi

05.10.2024 | 17:57
Baş nazir “Azərenerji”nin prezidentinə şiddətli töhmət verdi

05.10.2024 | 17:55
İlham Əliyev deputatı ad günündə təltif etdi

05.10.2024 | 17:52
Onlara Prezident təqaüdü veriləcək - Siyahı

05.10.2024 | 17:46
Cəbrayılın yeni mənzərəsi dövlətimizin gücünü göstərir

05.10.2024 | 12:27
Siqaretlə bağlı cərimələr kəskin artırılır

05.10.2024 | 12:24
Azərbaycan nefti bahalaşdı

05.10.2024 | 11:20
Zərdabda narkokuryer saxlanılıb

05.10.2024 | 11:10
Azərbaycan öz təhlükəsizliyini, gələcək inkişafını təmin edib və edəcək Fotolar

05.10.2024 | 10:14
Bu gün müəllimlərin peşə bayramıdır.

05.10.2024 | 10:11
Mənzillərin kirayələnməsi zamanı sığorta məqsədilə depozit TƏLƏB OLUNUR?

05.10.2024 | 09:26
Azərbaycan Premyer Liqası: Bu gün IX turun daha iki oyunu keçiriləcək

05.10.2024 | 09:23
Prezident Cəbrayılın azad olunmasının dördüncü ildönümü ilə bağlı paylaşım edib

05.10.2024 | 09:15
Bu gün Beynəlxalq Müəllimlər Günüdür

05.10.2024 | 09:09
Bakıda obyektdə iyrənc mənzərə - Siçovul pirojkini belə yedi - Video

05.10.2024 | 09:02
Vətən müharibəsinin doqquzuncu günü - Cəbrayıl rayonunun daha üç kəndi işğaldan azad edilir 27

05.10.2024 | 09:00
Türkiyə millisinin heyəti açıqlandı

05.10.2024 | 08:59
Balqabaq minbir dərdə dəvadır!

05.10.2024 | 08:58
“Bozqurd” işarəsi ilə gündəmə gəlmişdi - Merihin heykəli ucaldıldı - Foto

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031