İran seçkiləri: Xameneyinin yaxın adamı öndə gedir - YENİLƏNİB
İranda keçirilən prezident seçkilərinin ilkin nəticələrinə görə, mühafizəkarlar qanadına mənsub Səid Cəlili öndə gedir.
Gununxeberı.az xəbər verir ki, bu barədə IRIB kanalı məlumat yayıb.
Məlumata görə, 10,366 milyon səs sayılıb.
İranın dini lideri Əli Xameneyinin milli təhlükəsizlik üzrə Ali Şurasındakı nümayəndəsi olan Cəlili 4,266 milyon səs toplayıb.
Məsud Pezeşkiyan isə 4,244 milyon səslə ikinci, İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibafa 1,385 milyon səslə üçüncüdür.
05:12
İslahatçı Məsud Pezeşkian və mühafizəkar Səid Cəlili İranda keçirilən növbədənkənar prezident seçkilərində liderlik edirlər.
Gununxeberı.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi seçici səslərinin sayılmasının ilkin məlumatlarına istinadən bildirir.
İranın Seçki Komissiyası 2,3 milyon səs sayıldıqdan sonra Pezeşkianın liderliyini təsdiqləyib.
Agentliyin məlumatına görə, Pezeşkian 42,6 %, Cəlil 38,8 % səs toplayıb. Agentlik mühafizəkarların ikinci namizədi - Məhəmməd Baqer Qalibafın səsləri barədə məlumat verməyib.
“Tasnim”in məlumatına əsasən, seçkidə iştirak təxminən 40 % təşkil edib.