İranda prezident seçkiləri üçün seçki məntəqələrinin işi yerli vaxtla saat 18:00-dan 20:00-a (Bakı vaxtı ilə saat 20:30-a kimi) uzadılıb.
"Gununxeberı.az " xəbər verir ki, bu barədə İslam Respublikasının Seçki Qərargahının nümayəndəsi Möhsün Eslami jurnalistlərə məlumat verib.
“Ölkənin müxtəlif yerlərindən səsvermə vaxtının uzadılması ilə bağlı çoxsaylı müraciətlər əsasında ölkə üzrə səsvermə vaxtı 2 saat - 20:00-a qədər uzadılıb”, - deyə o bildirib.