Bu gün altıncı çağırış Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirilib.
"Gununxeberı.az " xəbər verir ki, sessiya bağlı elan edildikdən sonra VI çağırış Milli Məclis işini yekunlaşdırıb.
Prezident İlham Əliyevin imzaladığı sərəncamla altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisi buraxılıb və növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.