Üç polisin qətlə yetirilməsi ilə bağlı yeni faktlar AÇIQLANDI

Image


Üç gün öncə bütün ölkəyə səs salan cinayət hadisəsi baş verib. Belə ki, bir nəfər silahlı şəxs üç polis əməkdaşı və bir mülki şəxsi güllələyərək qətlə yetirib. Azərbaycan reallığında belə bir hadisəyə nadir rast gəlinir.

 

Sözügedən hadisə ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

 

Məlumatda dəfələrlə məhkum olunmuş, axtarışda olan 1986-cı il təvəllüdlü Rövşən Oqtay oğlu Allahverdiyevin polis əməkdaşları tərəfindən iyunun 24-də saxlanılarkən silahlı müqavimət göstərməsi, onları amansızlıqla qətlə yetirməsi və bundan sonra onun özünün əməliyyat zamanı zərərsizləşdirilməsi yer alıb.

 

Lakin bəzi sosial şəbəkə istifadəçiləri bu hadisələrlə bağlı reallığı əks etdirməyən, həqiqətə uyğun olmayan fikirlər səsləndirib, məlumatlar tirajlayıblar. Onların əsas məqsədi qaragüruh yaratmaqla reallığı əks etdirməyən fikirlərlə polisin nüfuzuna xələl gətirmək, işlərinə kölgə salmaqdır.

 

Gununxeberı.az xəbər verir ki, "Oxu.Az" sözügedən hadisə və hadisəni törədən şəxslə bağlı məlumatlar əldə edib.

 

Belə ki, Allahverdiyev Rövşən Oqtay oğlu çoxsaylı vətəndaşı aldadaraq onlara məxsus torpaq sahələrinin özəlləşdirilməsinə, onların müxtəlif orqanlarda işə düzəlməsinə köməklik edəcəyi adı ilə külli miqdarda pullarını mənimsədiyindən 2023-cü ilin mart ayında ölkə hüdudlarını Türkiyə istiqamətində tərk etməyə cəhd göstərərkən saxlanılaraq istintaq orqanlarına təhvil verilib.

 

Rövşən Allahverdiyevin vətəndaş Məmmədov Rasim Hidayət oğluna məxsus torpaq sahəsini özəlləşdirmək adı ilə sonuncunun 320 000 manatını ələ keçirməsi faktı üzrə DİN-in istintaq qurumlarında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılaraq Rövşən Allahverdiyev 30 mart 2023-cü il tarixdə CM-in qeyd olunan maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Məhkəməsinin qərarı ilə barəsində "həbs" qətimkan tədbiri seçilib.

 

Eyni zamanda Rövşən Allahverdiyevin torpaq sahəsini özəlləşdirmək adı ilə digər vətəndaş Abdullayev Eynulla Adil oğlunun 139 000 manat pulunu dələduzluq yolu ilə ələ keçirməsi faktı üzrə 25 mart 2023-cü il tarixdə CM-in 178.2.4-cü maddəsi ilə başlanılmış cinayət işi Rövşən Allahverdiyevin barəsində istintaq edilən digər cinayət işi ilə bir icraatda birləşdirilib.

 

İstintaq prosesində 29 avqust 2023-cü il tarixdə Rövşən Allahverdiyevin barəsində seçilmiş "həbs" qətimkan tədbiri müdafiə tərəfinin vəsatəti ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən "ev dustaqlığı" qətimkan tədbiri ilə əvəz edilməklə həmin şəxs həbsdən azad edilib.

 

Bundan əlavə, Rövşən Allahverdiyevin vətəndaş Hacıyev Nicat Namiq oğlunu Dövlət Gömrük Komitəsinə işə düzəltmək adı ilə aldadaraq 20 000 manat pulunu dələduzluq yolu ilə ələ keçirməsi faktı ilə bağlı 28 iyun 2023-cü il tarixdə CM-in 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmış, istintaq zamanı onun digər vətəndaş Dadaşov Abbas Eldar oğlunu da aldadaraq torpaq sahəsini özəlləşdirmək adı ilə 1 141 500 manat pulunu dələduzluq yolu ilə ələ keçirməsi müəyyən edildiyindən əməli CM-in 178.4-cü maddəsinə tövsif edilib, 9 sentyabr 2023-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində cəlb edilməklə yenidən barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə "həbs" qətimkan tədbiri seçilib.

 

15 sentyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Rövşən Allahverdiyevin barəsində Səbail Rayon Məhkəməsində seçilmiş "həbs" qətimkan tədbiri ləğv edilərək sonuncu təkrarən həbsdən azad olunub.

 

Qeyd olunan faktlarla bağlı DİN-in istintaq qurumlarında aparılan cinayət işinin ibtidai istintaqı zamanı təqsirləndirilən şəxs Rövşən Allahverdiyev istintaq orqanından gizləndiyinə görə 30 oktyabr 2023-cü il tarixdə barəsində axtarış elan edilib.

 

Hadisənin təfərrüatlarına gəlincə, əldə etdiyimiz digər məlumata görə səkkiz aya yaxın istintaq orqanlarından gizlənən Rövşən Allahverdiyevin 24 iyun 2024-cü il tarixə keçən gecə yaşadığı ünvana gələcəyi barədə məlumat almış əməliyyat xidmətinin əməkdaşı dərhal bu barədə aidiyyəti üzrə məruzə edib, həmin ünvana əlavə qüvvələr, eləcə də ərazidə xidmət aparan post-patrul naryadları göndərilmiş, ilk gələn post-patrul əməkdaşı ilə əməliyyat xidmətinin əməkdaşı Rövşən Allahverdiyevi yaşadığı ünvanın qarşısında saxlayıblar.

 

Bundan sonra Rövşən Allahverdiyev səkkiz aya yaxın azyaşlı övladlarını görmədiyini bildirib sonuncu dəfə onlarla vidalaşmasına icazə verilməsini anası ilə birlikdə israrla xahiş etdiyindən polis əməkdaşları humanizm göstərərək onun qolundan qandalı açıb yaşadığı mənzilə daxil olmasına şərait yaradıblar.

Rövşən Allahverdiyev evə daxil olduqdan sonra "Kalaşnikov" döyüş avtomatının bazası üzərində hazırlanmış, bir neçə hədəfi qısa müddətə məhv etmək imkanına malik "Lancaster" markalı ov silahı ilə ailə üzvləri - anası, həyat yoldaşı, uşaqları ilə bayıra çıxaraq onların arxasından qəfil atəş açmaqla polis əməkdaşlarını qətlə yetirmiş, eləcə də yaranmış səs-küyü eşidib həmin ünvana gələn, yaxınlıqda yaşayan, Piriyev Səfər Pirvəli oğlunun da polis əməkdaşı olmasını zənn edərək onu da qətlə yetirib.

 

Bundan sonra, hadisə yerinə gələn əməliyyat qrupu təslim olması barədə Rövşən Allahverdiyevi dəfələrlə xəbərdar etsələr də, sonuncu buna məhəl qoymayaraq müqavimət göstərdiyindən odlu silahdan istifadə edilməklə zərərsizləşdirilib.








XƏBƏR LENTİ

06.10.2024 | 14:48
5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür.

06.10.2024 | 14:44
Dövlət başçısı Azərbaycanın düşmənlərinə, regionu yenidən alova bürümək istəyən qüvvələrə, xüsusilə də 44 günlük müharibədə darmadağın edilən Ermənistana sərt ismarıc ünvanladı

06.10.2024 | 14:34
Vətən müharibəsində şəhid olan leytenantın anım günüdür - FOTO

06.10.2024 | 08:44
“Ermənistan seçim etməlidir” - Rəsmi Bakı

06.10.2024 | 08:42
YAP Yasamal rayon AMEA Mərkəzi Elmi Kitabxana üzrə ilk ərazi partiya təşkilatının sədr müavini seçilib

05.10.2024 | 22:49
BFT-də baş verənlər Fransanın özünün dar maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürüdür - XİN

05.10.2024 | 20:46
Goranboyda Şəhid Rauf Cabbarovun xatirəsi yad edilib-Fotolar

05.10.2024 | 20:34
Almatı Bəyannaməsi Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz - XİN

05.10.2024 | 20:31
“Bu, ötənilki ucuz şounun davamıdır” - Bəyanat

05.10.2024 | 20:30
Bir qrup deputat Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini, USAİD-in ölkəmizdəki fəaliyyətinə son qoyulmasını istəyib

05.10.2024 | 20:25
Bir qrup deputat Ceyhun Bayramova müraciət etdi

05.10.2024 | 20:21
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

05.10.2024 | 19:16
Elçin Əmirbəyov: "Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələr inkişaf edir"

05.10.2024 | 19:13
Əli Nağıyev Astanada mühüm tədbirdə iştirak edib

05.10.2024 | 18:31
Milli Kitabxanada "Macarıstan ədəbiyyatı guşəsi"nin açılış mərasimi keçirilib - FOTOLAR

05.10.2024 | 18:25
Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun görüşü keçirilib 47

05.10.2024 | 18:14
"Bu ölkələr üçün heç bir dəyər, ölçü vahidi yoxdur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

05.10.2024 | 18:10
Milli Məclisin deputatı ATƏT-in konfransında iştirak edəcək

05.10.2024 | 18:09
Deputatlarımız Qazaxıstanda keçiriləcək referendumu müşahidə edəcəklər

05.10.2024 | 18:06
Milli Məclisin deputatı Mahir Süleymanlı Vətən Müharibəsi şəhidi İlkin Ağaquliyevin doğum günündə ailəsini ziyarət edib

05.10.2024 | 18:02
Naxçıvana ayrılan vəsait azaldıldı - FƏRMAN

05.10.2024 | 17:59
Mahir Emrelinin komandası qalib gəldi

05.10.2024 | 17:57
Baş nazir “Azərenerji”nin prezidentinə şiddətli töhmət verdi

05.10.2024 | 17:55
İlham Əliyev deputatı ad günündə təltif etdi

05.10.2024 | 17:52
Onlara Prezident təqaüdü veriləcək - Siyahı

05.10.2024 | 17:46
Cəbrayılın yeni mənzərəsi dövlətimizin gücünü göstərir

05.10.2024 | 12:27
Siqaretlə bağlı cərimələr kəskin artırılır

05.10.2024 | 12:24
Azərbaycan nefti bahalaşdı

05.10.2024 | 11:20
Zərdabda narkokuryer saxlanılıb

05.10.2024 | 11:10
Azərbaycan öz təhlükəsizliyini, gələcək inkişafını təmin edib və edəcək Fotolar

05.10.2024 | 10:14
Bu gün müəllimlərin peşə bayramıdır.

05.10.2024 | 10:11
Mənzillərin kirayələnməsi zamanı sığorta məqsədilə depozit TƏLƏB OLUNUR?

05.10.2024 | 09:26
Azərbaycan Premyer Liqası: Bu gün IX turun daha iki oyunu keçiriləcək

05.10.2024 | 09:23
Prezident Cəbrayılın azad olunmasının dördüncü ildönümü ilə bağlı paylaşım edib

05.10.2024 | 09:15
Bu gün Beynəlxalq Müəllimlər Günüdür

05.10.2024 | 09:09
Bakıda obyektdə iyrənc mənzərə - Siçovul pirojkini belə yedi - Video

05.10.2024 | 09:02
Vətən müharibəsinin doqquzuncu günü - Cəbrayıl rayonunun daha üç kəndi işğaldan azad edilir 27

05.10.2024 | 09:00
Türkiyə millisinin heyəti açıqlandı

05.10.2024 | 08:59
Balqabaq minbir dərdə dəvadır!

05.10.2024 | 08:58
“Bozqurd” işarəsi ilə gündəmə gəlmişdi - Merihin heykəli ucaldıldı - Foto

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031