Zəlzələ bu rayonlarda da hiss olundu
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Talış Dağlıq zonasında 5 bal gücündə zəlzələ baş verib.
“Gununxeberı.az ” xəbər verir ki, Seysmoloji Xidmət Mərkəzinin məlumatına əsasən, zəlzələ bir neçə rayonda hiss olunub.
Bildirilib ki, Lerik stansiyasından 27 km şərqdə Lerik rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı, Cəlilabad rayonlarında 4 bala, digər rayonlarda isə 3 bal gücündə hiss olunub.