Respublika Gənclər Kitabxanasında 26 İyun - Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar virtual kitab sərgisi istifadəçilərə təqdim edilib
Respublika Gənclər Kitabxanasında 26 İyun - Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar virtual kitab sərgisi istifadəçilərə təqdim edilib
BMT tərəfindən 26 iyun tarixi Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü kimi elan olunub. İctimaiyyətin diqqətini daim narkomaniya ilə bağlı problemlərə yönəltmək məqsədilə təsis edilən bu gün ilə əlaqədar olaraq Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında narkomaniya və onun faciəvi nəticələrinə dair virtual kitab sərgisi hazırlanıb.
Virtual sərgidə narkomaniya terminin açılışı, narkotik vasitələrdən asılılıq mərhələləri, bu asılılığın ağır fəsadları haqqında ətraflı məlumat verilir. Materialda bu mövzuya beynəlxalq baxış və ölkəmizdə olan cari vəziyyət haqqında bəhs edilir, 26 İyun - Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününün təsis edilməsi tarixindən və Azərbaycanda bu sahədə atılan ciddi addımlar, narkomaniya ilə mübarizə mövzusunda qəbul edilən Dövlət proqramı və rəsmi sənədlər haqqında məlumatlar əks olunur. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda “Qara kabus”, “Narkotik maddə-ailəvi qırğın “silahı””, “Bəla”, “Narkologiya”, “Narkomaniya və narkotizmlə mübarizə problemləri”, “Cinayətkarlığın elm kimi öyrənilməsi”, “Narkomaniya, alkoqolizm və...” kimi kitabların qısa annotasiyası, dövrü mətbuat nümunələri sərgilənir.
26 İyun - Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar hazırlanan virtual kitab sərgisi kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/narkomaniya-ve-narkobiznese-qarsi-beynelxalq-mubarize-gunu yerləşdirilib.
Gununxeberi/az