Natiq Qasımovun şəkillərini çəkən FOTOQRAF

Image


Birinci Qarabağ müharibəsində şücaət göstərmiş şəhid Natiq Qasımovun adı və şəkilləri bu gün sosial şəbəkələrin trendinə çevrilib. Bu da səbəbsiz deyil, Prezident İlham Əliyev ötən gen Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi ilə bağlı sərəncam imzalayıb.

“Qaradağ şahinləri” taborunun əsgəri olaraq Vətənin müdafiəsində iştirak etmiş Natiq Qasımov qəhrəmanlığı çoxdan dillər əzbəridir, kiçikdən böyüyə hamı onu tanıyır, qürur duyur.

İctimaiyyət nümayəndələri Natiqə "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adının verilməsini səbirsizliklə gözləyirdilər.  

Natiq Qasımov Xocalı rayonu, Pirlər kəndi yaxınlığındakı yüksəklikdə yerləşən Alban kilsəsi uğrunda döyüş zamanı 6 hərbçi yoldaşı həlak olduqdan sonra 5 gün ac-susuz orada qalaraq təkbaşına savaşı davam etdirmişdi. Gülləsi qurtardığından 6-cı gün, 12 mart 1992-ci ildə rusiyalı və italiyalı jurnalistlər - Konstantin Smirnov və Enriko Sarzinin şahidliyi ilə Ermənistan hərbçiləri tərəfindən əsir götürülmüşdü.

Onun əsir götürlməsi faktı Rusiyada nəşr edilən “Oqonyok” jurnalının 1992-ci il 14 və 15-ci nömrələrində “Strax” adlı məqalədə təsvir edilmişdi.

Natiq Qasımovun qəhrəmanlığı və şücaəti düşmən hərbçiləri arasında necə vahimə və psixoloji gərginlik yaratmışdısa, erməni səhra komandiri Vitali Balasanyan ona şəxsən müharibə qanunlarına zidd olaraq dəfələrlə ağır işgəncələr vermiş və qətlə yetirmişdir.

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Natiq Qasımovun meyitinin Xocalı rayonu (keçmiş Əsgəran) ərazisində dəfn olunduğunu ehtimal edir.

Natiq Qasımovun çoxsaylı düşmən əhatəsindəki məğrur duruşunu, əsir götürülərkən üçrəngli Azərbaycan bayrağını ləyaqətlə daşımasını lentə almış italyan fotoqraf Enriko Sarziniyə minnətdar olmalıyıq ki, bənzəri olmayan belə bir cəsur döyüşçünün simasına işıq salıb.

Məhz Enriko Sarzininin sayəsində Natiqin şəkilləri bu gün sosial şəbəkələrdə, media səhifələrində tirajlanır.

Modern.az saytı internet resurslarından italiyalı fotoqrafla bağlı məlumatları araşdırmağa çalışıb.

İtaliya mətbuatındakı məqalələrin birində Enriko Sarzini son 60 ildə tarixin ən mühüm hadisələrini yaşamış və lentə almış böyük fotojurnalist adlandırılıb.

Sarzininin çəkdiyi şəkillər dərin hekayələr danışa bilən və duyğular oyatmağı bacaran əsərlərdir. Natiq Qasımov isə bunun bir nümunəsidir.

Enriko Sarzini haqqında danışan bir italyan mədəniyyət işçisi deyib ki, o fotoqraf kimi anı tez qavramaq, hekayəni kadrda tutmaq bacarığına malik böyük istedad sahibi olub.

Enriko Sarzini 1938-ci ilin aprelində Romada anadan olub. İlk dəfə kameranı əlinə alanda 20 yaşı olub və İtaliyanın Latsio şəhərində həvəskar fotoqraflıq edib. Daha sonra onda fotoqraflığa həvəs güclənib. 1954-1966-cı illərdə özünə müəllim saydığı Di Paolodan dərs alıb, onun sayəsində fotoqrafiya dünyasında işləyə bilmək üçün lazımi biliklərə yiyələnib.

Ardınca paparassilik edib, lakin bir müddət sonra başa düşüb ki, bu iş onun üçün deyil.
 

1962-ci ildə o, nəhəng istedadının qiymətləndirildiyi Amerikaya köçüb və orada 1972-ci ilə qədər nüfuzlu “Life” jurnalında işləyib. Amerikada Enriko Sarzini gələcək həyat yoldaşı Nadine Liberlə tanış olub və evlənib.

Enriko Sarzini sonralar hərbi fotojurnalist kimi Vyetnam, Hindistan, Çin, Rusiya, Kuba, Fələstin, İran, keçmiş SSRİ məkanında, o cümlədən Azərbaycanın işğal olunmuş Qarabağ bölgəsində odlu-alovlu yollardan keçməli olub.

Onun münaqişə bölgələrindən çəkdiyi şəkillər müharibə aparan rejimlər tərəfindən yaxşı qarşılanmayıb. Çünki müharibə aparan tərəflər reallıqların xarici dünyaya çatdırılmasında qətiyyən maraqlı deyildilər.


O, təqaüdə çıxana qədər "Elle", "Marie Claire", "Vogue", "Le Figaro", "Capital" kimi nəşrləelə, ən məşhur moda jurnalları ilə əməkdaşlıq edib…
 

Sarsinin fotoşəkilləri ABŞ-ın müxtəlif muzeylərində və dünyanın bir sıra digər mədəniyyət ocaqlarında - Nyu-Yorkdakı Müasir İncəsənət Muzeyində, Çikaqodakı İncəsənət İnstitutunda, Kaliforniyadakı Onlayn Kitabxanada, Florensiyadakı Milli Mərkəzi Kitabxanada qorunur.










XƏBƏR LENTİ

06.10.2024 | 14:48
5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür.

06.10.2024 | 14:44
Dövlət başçısı Azərbaycanın düşmənlərinə, regionu yenidən alova bürümək istəyən qüvvələrə, xüsusilə də 44 günlük müharibədə darmadağın edilən Ermənistana sərt ismarıc ünvanladı

06.10.2024 | 14:34
Vətən müharibəsində şəhid olan leytenantın anım günüdür - FOTO

06.10.2024 | 08:44
“Ermənistan seçim etməlidir” - Rəsmi Bakı

06.10.2024 | 08:42
YAP Yasamal rayon AMEA Mərkəzi Elmi Kitabxana üzrə ilk ərazi partiya təşkilatının sədr müavini seçilib

05.10.2024 | 22:49
BFT-də baş verənlər Fransanın özünün dar maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürüdür - XİN

05.10.2024 | 20:46
Goranboyda Şəhid Rauf Cabbarovun xatirəsi yad edilib-Fotolar

05.10.2024 | 20:34
Almatı Bəyannaməsi Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz - XİN

05.10.2024 | 20:31
“Bu, ötənilki ucuz şounun davamıdır” - Bəyanat

05.10.2024 | 20:30
Bir qrup deputat Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini, USAİD-in ölkəmizdəki fəaliyyətinə son qoyulmasını istəyib

05.10.2024 | 20:25
Bir qrup deputat Ceyhun Bayramova müraciət etdi

05.10.2024 | 20:21
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

05.10.2024 | 19:16
Elçin Əmirbəyov: "Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələr inkişaf edir"

05.10.2024 | 19:13
Əli Nağıyev Astanada mühüm tədbirdə iştirak edib

05.10.2024 | 18:31
Milli Kitabxanada "Macarıstan ədəbiyyatı guşəsi"nin açılış mərasimi keçirilib - FOTOLAR

05.10.2024 | 18:25
Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun görüşü keçirilib 47

05.10.2024 | 18:14
"Bu ölkələr üçün heç bir dəyər, ölçü vahidi yoxdur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

05.10.2024 | 18:10
Milli Məclisin deputatı ATƏT-in konfransında iştirak edəcək

05.10.2024 | 18:09
Deputatlarımız Qazaxıstanda keçiriləcək referendumu müşahidə edəcəklər

05.10.2024 | 18:06
Milli Məclisin deputatı Mahir Süleymanlı Vətən Müharibəsi şəhidi İlkin Ağaquliyevin doğum günündə ailəsini ziyarət edib

05.10.2024 | 18:02
Naxçıvana ayrılan vəsait azaldıldı - FƏRMAN

05.10.2024 | 17:59
Mahir Emrelinin komandası qalib gəldi

05.10.2024 | 17:57
Baş nazir “Azərenerji”nin prezidentinə şiddətli töhmət verdi

05.10.2024 | 17:55
İlham Əliyev deputatı ad günündə təltif etdi

05.10.2024 | 17:52
Onlara Prezident təqaüdü veriləcək - Siyahı

05.10.2024 | 17:46
Cəbrayılın yeni mənzərəsi dövlətimizin gücünü göstərir

05.10.2024 | 12:27
Siqaretlə bağlı cərimələr kəskin artırılır

05.10.2024 | 12:24
Azərbaycan nefti bahalaşdı

05.10.2024 | 11:20
Zərdabda narkokuryer saxlanılıb

05.10.2024 | 11:10
Azərbaycan öz təhlükəsizliyini, gələcək inkişafını təmin edib və edəcək Fotolar

05.10.2024 | 10:14
Bu gün müəllimlərin peşə bayramıdır.

05.10.2024 | 10:11
Mənzillərin kirayələnməsi zamanı sığorta məqsədilə depozit TƏLƏB OLUNUR?

05.10.2024 | 09:26
Azərbaycan Premyer Liqası: Bu gün IX turun daha iki oyunu keçiriləcək

05.10.2024 | 09:23
Prezident Cəbrayılın azad olunmasının dördüncü ildönümü ilə bağlı paylaşım edib

05.10.2024 | 09:15
Bu gün Beynəlxalq Müəllimlər Günüdür

05.10.2024 | 09:09
Bakıda obyektdə iyrənc mənzərə - Siçovul pirojkini belə yedi - Video

05.10.2024 | 09:02
Vətən müharibəsinin doqquzuncu günü - Cəbrayıl rayonunun daha üç kəndi işğaldan azad edilir 27

05.10.2024 | 09:00
Türkiyə millisinin heyəti açıqlandı

05.10.2024 | 08:59
Balqabaq minbir dərdə dəvadır!

05.10.2024 | 08:58
“Bozqurd” işarəsi ilə gündəmə gəlmişdi - Merihin heykəli ucaldıldı - Foto

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031