MEK-də füzulişünas alimlərlə növbəti görüş keçirilib

Image

MEK-də füzulişünas alimlərlə növbəti görüş keçirilib


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) füzulişünas alimlərlə növbəti görüş keçirilib.


Öncə MEK-in direktoru texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov tədbirin Prezident İlham Əliyevin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” 2024-cü il tarixli 25 yanvar Sərəncamından irəli gələn vəzifələrin icrası istiqamətində, AMEA-nın Tədbirlər planına əsasən keçirildiyini diqqətə çatdırıb, görüşdə iştirak edənlərə təşəkkürünü bildirib. Direktor kitabxanada ənənə halını alan görüşlərin keçirilməsini yüksək qiymətləndirib və Azərbaycan ədəbi-bədii fikir tarixində müstəsna əhəmiyyəti ilə seçilən dahi mütəffəkirin ölməz yaradıcılığının diqqətdə saxlanıldığını, zaman-zaman onun müxtəlif aspektlərinə həsr edilmiş monoqrafiya, kitab və məqalələrin dərcini, dissertasiyaların müdafiəsini vurğulayıb, o cümlədən MEK-də şairin yubileyi ilə bağlı sərginin keçirildiyini və "Füzuli 530" adlı elektron bazanın yaradıldığını diqqətə çatdırıb.


AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Tünzalə Seyfullayeva “Füzuli əsərlərinin əlyazmaları dünya kitabxanalarında” adlı məruzəsinə dahi mütəfəkkirin qəzəli ilə başlayıb. M.Füzulini təkcə Azərbaycan xalqının deyil, ümumiyyətlə insan şüurunun əzəmətini təmsil edən və bütün bəşəriyyətin şeir məbədində fəxri yer tutan ölməz simalardan biri kimi xarakterizə edib. Məruzəçi şairin Britaniya muzeyində, Paris Milli, Upsala Universiteti, Marburq və Berlin Dövlət kitabxanalarında saxlanılan əlyazmalarından danışıb.


Daha sonra MEK-in Biblioqrafik və elektron informasiya xidməti şöbəsinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyevanın "M.Füzuli əsərləri dünya miqyasında" adlı məruzəsi dinlənilib. Qeyd olunub ki, ingilis alimi Gibb əsərlərinin üçüncü cildinin “Azərbaycan şairləri” sərlövhəsi başlıqlı dördüncü fəslini Füzuliyə həsr edib. Bundan əlavə, rus şərqşünaslığında Füzuli alleqoriyalarından ilk dəfə söz açan V.D.Smirnov, “Füzuli külliyyatının yeni əlyazması” məqaləsi ilə Y.E.Bertels, alman şərqşünası Hammer-Purtşal şairin yaradıcılığını yüksək qiymətləndiriblər, N.Lugal, O.Reşerin kimi alimlər əsərlərinin bir hissəsini almancaya tərcümə ediblər.


AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi, doktorant Səba Verdiyeva "Məhəmməd Füzulinin türkcə “Divan”ının ən qədim əlyazması" adlı məruzəsində qeyd edib ki, şairin əsərləri, xüsusilə “Divan”ı müxtəlif xəttatlar tərəfindən köçürülərək geniş miqyasda yayılıb. Qeyd edilib ki, şairin “Divan”ının ən qədim nüsxəsi isə Əlyazmalar İnstitutunda M-236 şifrəsi ilə qorunur. Həcmi 77 vərəqdən ibarət olan əlyazmanın cildi bərpadan sonra medalyonlu albalı rəngli dəri ilə üzlənib. Vurğulanıb ki, təkcə qədimliyi ilə deyil, öz mükəmməlliyi ilə də dünyada ən nadir nüsxə sayılan bu nüsxə 2017-ci ildə UNESCO-nun “Dünya yaddaşı”nın Beynəlxalq Reyesterinə daxil edilib.


Tədbirdə MEK-in Kitabxana xidməti üzrə direktor müavini dosent Şəhla Quliyeva,  MEK-in Elektron xidmətlər və informasiya resursları üzrə direktor müavini Oruc Quliyev və digər iştirakçılar bu cür görüşlərin əhəmiyyətinə toxunaraq davamlı olmasını təklif ediblər.


 


İctimaiyyətlə əlaqələr şöbəsi

pr.mek.az@gmail.com

(012) 539-73-67 ( daxili 14-14)

Gununxeberı.az 








XƏBƏR LENTİ

06.10.2024 | 14:48
5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür.

06.10.2024 | 14:44
Dövlət başçısı Azərbaycanın düşmənlərinə, regionu yenidən alova bürümək istəyən qüvvələrə, xüsusilə də 44 günlük müharibədə darmadağın edilən Ermənistana sərt ismarıc ünvanladı

06.10.2024 | 14:34
Vətən müharibəsində şəhid olan leytenantın anım günüdür - FOTO

06.10.2024 | 08:44
“Ermənistan seçim etməlidir” - Rəsmi Bakı

06.10.2024 | 08:42
YAP Yasamal rayon AMEA Mərkəzi Elmi Kitabxana üzrə ilk ərazi partiya təşkilatının sədr müavini seçilib

05.10.2024 | 22:49
BFT-də baş verənlər Fransanın özünün dar maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürüdür - XİN

05.10.2024 | 20:46
Goranboyda Şəhid Rauf Cabbarovun xatirəsi yad edilib-Fotolar

05.10.2024 | 20:34
Almatı Bəyannaməsi Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz - XİN

05.10.2024 | 20:31
“Bu, ötənilki ucuz şounun davamıdır” - Bəyanat

05.10.2024 | 20:30
Bir qrup deputat Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini, USAİD-in ölkəmizdəki fəaliyyətinə son qoyulmasını istəyib

05.10.2024 | 20:25
Bir qrup deputat Ceyhun Bayramova müraciət etdi

05.10.2024 | 20:21
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

05.10.2024 | 19:16
Elçin Əmirbəyov: "Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələr inkişaf edir"

05.10.2024 | 19:13
Əli Nağıyev Astanada mühüm tədbirdə iştirak edib

05.10.2024 | 18:31
Milli Kitabxanada "Macarıstan ədəbiyyatı guşəsi"nin açılış mərasimi keçirilib - FOTOLAR

05.10.2024 | 18:25
Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun görüşü keçirilib 47

05.10.2024 | 18:14
"Bu ölkələr üçün heç bir dəyər, ölçü vahidi yoxdur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

05.10.2024 | 18:10
Milli Məclisin deputatı ATƏT-in konfransında iştirak edəcək

05.10.2024 | 18:09
Deputatlarımız Qazaxıstanda keçiriləcək referendumu müşahidə edəcəklər

05.10.2024 | 18:06
Milli Məclisin deputatı Mahir Süleymanlı Vətən Müharibəsi şəhidi İlkin Ağaquliyevin doğum günündə ailəsini ziyarət edib

05.10.2024 | 18:02
Naxçıvana ayrılan vəsait azaldıldı - FƏRMAN

05.10.2024 | 17:59
Mahir Emrelinin komandası qalib gəldi

05.10.2024 | 17:57
Baş nazir “Azərenerji”nin prezidentinə şiddətli töhmət verdi

05.10.2024 | 17:55
İlham Əliyev deputatı ad günündə təltif etdi

05.10.2024 | 17:52
Onlara Prezident təqaüdü veriləcək - Siyahı

05.10.2024 | 17:46
Cəbrayılın yeni mənzərəsi dövlətimizin gücünü göstərir

05.10.2024 | 12:27
Siqaretlə bağlı cərimələr kəskin artırılır

05.10.2024 | 12:24
Azərbaycan nefti bahalaşdı

05.10.2024 | 11:20
Zərdabda narkokuryer saxlanılıb

05.10.2024 | 11:10
Azərbaycan öz təhlükəsizliyini, gələcək inkişafını təmin edib və edəcək Fotolar

05.10.2024 | 10:14
Bu gün müəllimlərin peşə bayramıdır.

05.10.2024 | 10:11
Mənzillərin kirayələnməsi zamanı sığorta məqsədilə depozit TƏLƏB OLUNUR?

05.10.2024 | 09:26
Azərbaycan Premyer Liqası: Bu gün IX turun daha iki oyunu keçiriləcək

05.10.2024 | 09:23
Prezident Cəbrayılın azad olunmasının dördüncü ildönümü ilə bağlı paylaşım edib

05.10.2024 | 09:15
Bu gün Beynəlxalq Müəllimlər Günüdür

05.10.2024 | 09:09
Bakıda obyektdə iyrənc mənzərə - Siçovul pirojkini belə yedi - Video

05.10.2024 | 09:02
Vətən müharibəsinin doqquzuncu günü - Cəbrayıl rayonunun daha üç kəndi işğaldan azad edilir 27

05.10.2024 | 09:00
Türkiyə millisinin heyəti açıqlandı

05.10.2024 | 08:59
Balqabaq minbir dərdə dəvadır!

05.10.2024 | 08:58
“Bozqurd” işarəsi ilə gündəmə gəlmişdi - Merihin heykəli ucaldıldı - Foto

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031