Azərbaycan dilindən imtahan verəcək abituriyentlərə xəbərdarlıq
Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 30-da abituriyentlər üçün Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçirəcək.
Gununxeberi.az xəbər verir ki, Azərbaycan dili (dövlət dili kimi) imtahanında 5-10 iyun tarixlərində qeydiyyatdan keçən aşağıdakı kateqoriyaya aid olan abituriyentlər (şagirdlər) iştirak edəcəklər:
- Ali və ya orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin mayın 12-də keçirilən imtahanda iştirak etməyən və ya iştirak edib “qeyri-məqbul” qiymət alan cari və əvvəlki illərin abituriyentləri. Bu kateqoriyaya aid olan abituriyentlər imtahana buraxılış vərəqəsini verilən linkdən (//www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=110) çap etməlidirlər.
- Hər hansı səbəbdən buraxılış imtahanı çərçivəsində ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il mayın 12-də keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanında iştirak etməyən cari ilin məzunları. Bu şagirdlər buraxılış vərəqəsini verilən linkdən (//www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=126) çap etməlidirlər.
İştirakçılar imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- imtahana buraxılış vərəqəsi;
- şəxsiyyəti təsdiq edən sənədin əsli.