Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Image

Aprelin 28-də Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (II cəhd) keçirir. Respublikanın 7 şəhər və rayonunda - Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Abşeron, Mingəçevir və Lənkəranda keçirilən imtahan ümumilikdə 78 binada təşkil edilir.

DİM-dən Gununxeberi.az ə bildirilib ki, imtahanda 19716 nəfərin iştirakı gözlənilir. Onlardan 18420 nəfəri Azərbaycan bölməsi, 1296 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Bakalavrlardan 12454-ü cari ilin, 7262-si isə əvvəlki illərin məzunlarıdır, 45 nəfər xarici ölkə vətəndaşıdır. Bakıda 14573, Naxçıvanda 536, Gəncədə 1310, Sumqayıtda 1358, Abşeronda 964, Mingəçevirdə 581, Lənkəranda 394 bakalavrın imtahan verəcəyi gözlənilir.

Bu imtahanda 11 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) bakalavr da iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.

Qəbul imtahanı Bakıda 56, Sumqayıtda 5, Abşeronda 4, Gəncədə 6, Naxçıvanda 2, Mingəçevirdə 3, Lənkəranda 2 binada təşkil edilir. İmtahanın idarə olunmasına 78 ümumi rəhbər, 218 imtahan rəhbəri, 1799 nəzarətçi-müəllim, 264 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb edilib.

İmtahan bütün binalarda saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Magistraturaya qəbul imtahanında bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanacaq. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış hər kəs zalda olmalıdır.

İmtahanın müddəti 3 saat 30 dəqiqədir. İmtahanın başlandığı andan 3 saat sonra test tapşırıqlarının cavablandırılması üçün ayrılan vaxt başa çatır və cavab kartları zal nəzarətçisi tərəfindən yığılır. Bundan sonra iştirakçılara yazı işi (esse) vәrәqlәri paylanılır. Esselərin yazılmasına 30 dəqiqə vaxt verilir.

İmtahanın nəticələri 2 mərhələdə elan olunacaq. İmtahandan sonrakı 2-3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə esse tapşırıqları yoxlanıldıqdan sonra təqdim olunacaq. İmtahan iştirakçılarının nəticələrlə bağlı apellyasiya müraciətlərinə yekun bal elan olunduqdan sonra baxılacaq və bu zaman yalnız tapşırıqların məzmunu və yazı işi ilə bağlı müraciətlər qəbul olunacaq.

DİM diqqətə çatdırır ki, cavab kartındakı məlumatlar optik qurğu vasitəsilə oxunur. Ona görə də optik qurğuların tələblərinə əsasən, cavab kartını qara və ya tünd göy rəngdə yazan mürəkkəb axıtmayan diyircəkli qələmlə, yaxud sadə karandaşla doldurmaq lazımdır. Cavablar üçün nəzərdə tutulmuş dairələrin içi göstərilən növ qələmlərlə və ya karandaşla tam qaralanmalıdır. Təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərə (məsələn, qapalı sualda iki dairənin qaralanması və s.) baxılmayacaq. Tövsiyə olunur ki, imtahan verən şəxs cavab kartında cavabları tam əmin olduqdan sonra qeyd etsin və ya cavab kartında imtahan bitənədək hər hansı düzəliş etmək imkanının olması üçün dairələri karandaşla qaralasın.


Dövlət İmtahan Mərkəzi bir daha xatırladır ki, kartı zədələmək və cırmaq olmaz. İmtahanın nəticələri ilə əlaqədar apellyasiya müraciətlərinə baxılarkən göstərilən hallarla bağlı hər hansı müraciət qəbul edilməyəcək.

“Yaddaş kitabçası” ilə DİM-in saytında tanış olmaq mümkündür.

İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməmək xahiş edilir. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.

Bakalavrlar imtahana gələrkən aşağıda qeyd olunan sənədləri mütləq özləri ilə gətirməlidirlər:

- Şəxsiyyəti təsdiqləyən sənədin əslini;

- İmtahana buraxılış vərəqəsini.

Göstərilən sənədlər arasında uyğunsuzluq aşkarlanan, yaxud həmin sənədlərdən biri olmayan şəxslər imtahana buraxılmayacaq.








XƏBƏR LENTİ

11.05.2024 | 00:41
"Sərhəd dirəklərinin quraşdırılması demək olar ki, başa çatıb" - Nazir

10.05.2024 | 23:20
Sabunçuda ulu öndərin xatirəsi yad edildi - Fotolar

10.05.2024 | 23:18
Bu gün Prezident İlham Əliyev Laçın rayonunun Sus kəndində görülmüş işlərlə tanış olub, kəndə köçmüş sakinlərlə görüşüb

10.05.2024 | 23:07
DİN-in əməkdaşları Ulu Öndərin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçiri

10.05.2024 | 23:04
Ulu Öndərin 101 illiyi münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib (VİDEO)

10.05.2024 | 23:01
DTX rəisi, general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət edib

10.05.2024 | 22:54
Prezident İlham Əliyev: Ulu Öndərin fəaliyyəti nəticəsində biz inkişaf yoluna qədəm qoyduq

10.05.2024 | 22:52
Xaçmaz rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

10.05.2024 | 22:44
Xətai rayonunda Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr olunan tədbir keçirilib (FOTO)

10.05.2024 | 22:26
Prezident İlham Əliyev: Hansısa səfirin Şuşaya gəlməsi bizə minnət kimi təqdim edilməməlidir

10.05.2024 | 22:23
Şuşaya köçmüş ilk sakinlərə mənzillərinin açarlarını Prezident İlham Əliyev təqdim edib (FOTO)

10.05.2024 | 22:17
İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolundakı birinci tunelin açılışında - FOTOLAR (YENİLƏNİB)

10.05.2024 | 22:12
Leyla Əliyevadan Ulu Öndərlə bağlı paylaşım - VİDEO

10.05.2024 | 21:31
Göygöl rayonunda Ulu Öndər Heydər Əliyevin 101 illiyi ilə bağlı “Azərbaycanı dünyaya tanıdan insan” mövzusunda konfrans keçirilib

10.05.2024 | 21:24
"AzerGold" QSC və törəmə şirkətlərinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

10.05.2024 | 21:15
Prezident Xankəndi-Şuşa-Laçın yolunda görülən işlərlə tanış oldu - FOTOLAR

10.05.2024 | 20:15
Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

10.05.2024 | 19:57
Gəncədə Heydər Əliyevin xatirəsinə həsr edilmiş konfrans keçirilib - Fotolar

10.05.2024 | 19:54
Susda danışan fotolar...

10.05.2024 | 19:52
ETSN kollektivi Heydər Əliyevin məzarını ziyarət etdi - Fotolar

10.05.2024 | 19:50
İlham Əliyev Turşsu qəsəbəsinin təməlini qoydu - Fotolar

10.05.2024 | 17:10
TÜRKPA-nın komissiya iclasında

10.05.2024 | 16:46
Prezident Xankəndi-Şuşa-Laçın yolunda görülən işlərlə tanış oldu

10.05.2024 | 16:42
FHN-də Heydər Əliyevə həsr olunmuş tədbir - Video

10.05.2024 | 16:38
İlham Əliyevlə xanımı Şuşaya köçmüş ilk sakinlərlə görüşdü

10.05.2024 | 16:35
Спикер Милли Меджлиса Сагиба Гафарова встретилась с послом Швейцарской Конфедерации в нашей стране

10.05.2024 | 16:31
Speaker of Milli Majlis Sahiba Gafarova Receives Ambassador of Swiss Confederation in Our Country

10.05.2024 | 16:25
Milli Məclisin sədri Sahibə Qafarova İsveçrə Konfederasiyasının ölkəmizdəki səfiri ilə görüşüb

10.05.2024 | 16:13
İlham Əliyev tunel açılışında - Fotolar

10.05.2024 | 16:11
Prezidentlə xanımı Şuşada - Yenilənir - Foto

10.05.2024 | 16:08
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Şirin su hamamının bərpadan sonra açılışında iştirak ediblər. “Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan liderinin Mətbuat xidməti məlumat yayı

10.05.2024 | 16:06
“Məqsədimiz hər kəsi öz atdığı tullantıları toplamağa sövq etməkdir”

10.05.2024 | 16:04
Heydər Əliyevin ildönümünə həsr olunmuş ağacəkmə mərasimi olub - Fotolar

10.05.2024 | 16:03
QHT-lər ilk dəfə Afrikada ağacəkmə aksiyasında - Fotolar

10.05.2024 | 15:17
YAP Sabunçu rayon təşkilatı Ulu Öndərlə bağlı tədbir keçirdi - FOTOLAR

10.05.2024 | 15:13
Xankəndidə konsulluğun açılması üçün şəhərin hazır olması lazımdır - Səfir

10.05.2024 | 15:11
Azərbaycanda prorektorun qətlini sifariş edən rektora HÖKM OXUNDU

10.05.2024 | 15:10
Prezidentlə xanımı Şuşada təməlqoyma mərasimində iştirak etdi

10.05.2024 | 14:53
Mehriban Əliyevadan Heydər Əliyevlə bağlı paylaşım

10.05.2024 | 14:51
Prezident Füzulidə açılış etdi - Fotolar - Yenilənib

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031