Göygöldə Ulu Öndər Heydər Əliyevin 101 illiyi ilə bağlı konfrans keçirilib

Image



       Göygöl Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 101 illiyi ilə bağlı tədbirlər planı çərçivəsində “Heydər Əliyev Müstəqil Azərbaycanın memarıdır” mövzusunda yekun konfrans keçirilib. Rayon Gənclər Evində keçirilən konfransda Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, AMEA Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan Tarixi şöbəsinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru-dosent Cəbi Bəhramov, Tarix üzrə fəlsəfə doktoru dosent Bəxtiyar Həsənov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilat nümayəndələri və YAP fəalları iştirak ediblər. 

       Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla anılıb. Konfrans dövlət himni ilə açıq elan olunub, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Ulu Öndərə həsr olunmuş sənədli film təqdim olunub.

      Konfransda çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanılması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz Ümummilli Liderimiz Heydər Əliyevin xidmətlərinin nəticəsi olduğunu diqqətə çatdırıb. Millət vəkili Elşad Mirbəşiroğlu çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyev həyatının hər gününü müstəqil Azərbaycanın inkişafına həsr edib. Təsadüfü deyil ki, Ulu Öndərin fəaliyyəti öz miqyası və əhəmiyyəti etibarilə Azərbaycanın hüdudlarından çox-çox kənara çıxır. Dünya miqyasında ən nüfuzlu dövlət başçıları, politoloqlar tərəfindən dəfələrlə bəyan edildiyi kimi, Azərbaycan və böyük türk dünyasının dahi oğlu Heydər Əliyev zəmanəmizin ən yüksək zirvəsində duran tanınmış siyasi xadimlər sırasında öz layiqli yerini tutub. 

       Yeni Azərbaycan Partiyası Göygöl rayon Təşkilatının sədri Vüqar İsayev məruzəsində Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən bəhs edib, dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, dövlətimiz və xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışmış, Ümummilli Liderimizin Azərbaycanda müstəqil dövlətçiliyi yaradan və yaşadan Lider olduğunu vurğulayaraq, onun xidmətlərinin miqyasının ölçüyəgəlməzliyinin bugünkü Azərbaycanın reallıqlarında aydın ifadəsini tapdığını diqqətə çatdırıb O bildirib ki, Heydər Əliyevin təşəbbüsü ilə Yeni Azərbaycan Partiyasının yaradılması dövlətçiliyimizin, müstəqilliyimizin qorunması və daha da möhkəmlənməsi istiqamətində atılan mühüm addımlardandır. 

       Konfransda AMEA Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan Tarixi şöbəsinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Cəbi Bəhramov, Tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Həsənov mövzu ilə bağlı çıxışlarında böyük strateq Heydər Əliyevin vətəninə və xalqına olan misilsiz xidmətlərindən söz açaraq, bugünkü müasir Azərbaycanın iqtisadi, sosial və mədəni potensialının formalaşdığını diqqətə çatdırıblar. 

      Konfransın sonunda Ulu Öndər Heydər Əliyevin 101 illiyi ilə bağlı Göygöl rayonunda keçirilən silsilə tədbirlərin qalibləri mükafatlandırılıb, rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup şəxsə Fəxri Fərmanlar təqdim olunub, yeni YAP üzvlüyünə qəbul olmuş şəxslərə vəsiqələr verilib. Konfrans Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb və tədbirin bədii hissəsi Göygöl şəhər Heydər Əliyev adına mədəniyyət və istirahət parkında yerləşən “Yay kinoteatrı”nda geniş konsert proqramı ilə davam etmişdir.











XƏBƏR LENTİ

20.05.2024 | 22:33
“Çoxları övladlarının hərbi xidmətdən yayınması üçün Ermənistandan gedib”

20.05.2024 | 22:28
BMT-nin Baş katibi Antonio Quterreş İran İslam Respublikasına başsağlığı verib.

20.05.2024 | 22:24
İlham Əliyev Ərdoğanla danışdı

20.05.2024 | 22:18
Türkiyədə 1 günlük matəm elan edildi

20.05.2024 | 22:14
“YAŞAT” daha bir qazimizə dəstək oldu - Video

20.05.2024 | 22:06
Sement istehsalçıları “Xalis Sıfır Sürətləndirici” təşəbbüsü ilə COP29-a hazırlaşır

20.05.2024 | 20:52
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyiyə başsağlığı verib

20.05.2024 | 19:12
Rəisinin qəzaya uğramış helikopteri heç bir fövqəladə siqnal verməyib - Nazir

20.05.2024 | 19:10
Media nümayəndələri Zəngilanda "Ağalı" hoteldə olublar (FOTO)

20.05.2024 | 19:02
Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında

20.05.2024 | 18:56
Mayın 20-də ölkəmizdə rəsmi səfərdə olan Latviya Respublikası parlamentinin sədri Daiga Mierina ilə Milli Məclisdə mətbuat konfransı keçirilib. Jurnalistlərin suallarına cavab verən Latviya parlamentinin sədri ölkəmizə səfəri çərçivəsində Prezident

20.05.2024 | 18:53
Milli Məclisdə mətbuat konfransı

20.05.2024 | 18:39
Milli Məclisin sədri Sahibə Qafarova Latviya Respublikası Seyminin sədri ilə görüşüb

20.05.2024 | 18:25
Peşəkar Çövkən Liqasının təntənəli açılış mərasiminə həsr olunmuş mətbuat konfransı keçirilib

20.05.2024 | 18:19
Peşəkar Çövkən Liqasının təntənəli açılış mərasiminə həsr olunmuş mətbuat konfransı keçirilib

20.05.2024 | 18:10
Peşəkar Çövkən Liqasında iştirak edəcək komandaların adları müəyyənləşib

20.05.2024 | 18:01
Müvəqqəti İran prezidentindən ilk açıqlama

20.05.2024 | 17:52
“Elektroenergetika haqqında” qanuna dəyişiklik edilib - FƏRMAN

20.05.2024 | 17:48
“Elektron məhkəmə” informasiya sistemi üzərində sahiblik Məhkəmə-Hüquq Şurasına ötürülüb - FƏRMAN

20.05.2024 | 17:43
Dövlət orqanlarında normayaratma fəaliyyətinin təkmilləşdirilməsi və bir sıra məsələlərin tənzimlənməsində dəyişiklik edilib - FƏRMAN

20.05.2024 | 17:34
Ədliyyə Nazirliyinin məhkəmələrlə bağlı bir çox səlahiyyəti Məhkəmə-Hüquq Şurasına həvalə edilib

20.05.2024 | 17:32
“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilib - FƏRMAN

20.05.2024 | 17:15
Cavanşir körpüsünün söküntüsünə başlanıldı - YENİLƏNİB

20.05.2024 | 17:13
Ermənistanla Azərbaycan arasında sonuncu sərhəd dirəkləri quraşdırılıb

20.05.2024 | 17:11
İlham Əliyevdən müddətli həqiqi hərbi xidmətlə bağlı SƏRƏNCAM

20.05.2024 | 17:08
"Kişilər ayrılanda maaşlarını dəqiq göstərmirlər" - Komitə sədri

20.05.2024 | 17:06
"Kəndi qadından daha yaxşı tanıyan şəxs ola bilməz" - Deputat

20.05.2024 | 17:04
"İcra hakimiyyətlərinin müavinləri deyiləndə çox narahat oluram" - Sədr müavini

20.05.2024 | 17:01
Prezident onu Qarabağ Universitetinə rektor TƏYİN ETDİ - FOTO

20.05.2024 | 16:57
Azərbaycan Tayvanın müstəqilliyini tanımır - XİN

20.05.2024 | 16:54
Bu küçədə hərəkət məhdudlaşdırılacaq

20.05.2024 | 16:52
Zakir Həsənov da başsağlığı verdi

20.05.2024 | 16:48
"Xala, dayı və bibi uşaqları arasında olan evlilikləri qadağan edə bilərikmi?"

20.05.2024 | 16:46
İlham Əliyev Latviya Seyminin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

20.05.2024 | 16:46
Qəzadan sonra bir saat sağ qalan kim olub…

20.05.2024 | 16:44
Milli Məclisin deputatları MDB PA-nın komissiya iclaslarında iştirak edəcəklər

20.05.2024 | 16:41
Milli Məclisin sədri Sahibə Qafarova İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibafa başsağlığı verib

20.05.2024 | 16:29
Muxtar Babayev Latviya Seyminin sədri ilə COP29-a hazırlığı müzakirə etdi

20.05.2024 | 16:27
Nikah yaşının 1 il azadılması qaydası LƏĞV EDİLSİN!

20.05.2024 | 16:26
Azərbaycanda qadın hərbçilərin sayı açıqlandı

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031