Sevastopoldakı terror aktında ABŞ izi… – Lavrov açıqladı
“ABŞ-ın Sevastopoldakı terror aktında iştirakı şübhə doğurmur”.
Gununxeberı.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Müvafiq səlahiyyətli orqanlar günahkarların dərhal müəyyən olunması üçün hər şeyi edir. Biz ABŞ-ın və onun ukraynalı himayədarlarının iştirakına şübhə etmirik. ABŞ-ın Kiyevə verdiyi silahlar Amerika ordusunun birbaşa iştirakı, o cümlədən peyk imkanları olmadan istifadə edilə bilməz”, – deyə Lavrov vurğulayıb.