Azərbaycanın böyük tərəfdaşları var

Image

İyunun 21-də “Euronews” televiziyasında Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi

çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci

Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərindən müsahibəsi

yayımlanıb. Həmin müsahibədə Bakı Enerji Həftəsi çərçivəsində həyata keçiriləcək planlar

haqqında Cənab Prezidentin məlumat vermişdir.Həmin planlar enerji sahəsi ilə bağlı bir çox

önəmli məsələləri əhatə edir.Cənab Prezident tərəfindən bu sahədə Azərbaycanın böyük

tərəfdaşları olduğu vurğulanıb. “Masdar” strateji tərəfdaşdır,“ACWA Power”, BP

sərmayədarlarımız sırasındadır və bizimlə işləməyi planlaşdıran digər ölkələrin bir çox

şirkətləri olduğu vurğulanıb. Onu da qeyd etmək lazımdır ki, “Masdar” şirkəti Azərbaycan

Dövlət Neft Şirkəti (SOCAR) ilə bərpa olunan enerji sahəsində ilk layihəsini həyata

keçirəcək. Azərbaycanla Avropa arasında imzalanmış analaşma memorandumlarına

görə, Azərbaycan Avropaya həm elektrik enerjisi, həm də “yaşıl hidogen” ixrac

edəcək”. “Masdar” şirkəti Azərbaycanda 2025-ci ilədək 1 qiqavat gücündə günəş, 2026-cı

ilədək quruda 1 qiqavat gücə malik külək, 2033-cü ilədək dənizdə 2 qiqavat gücə malik külək

enerjisi və yaşıl hidrogen layihəsini reallaşdırmağı, habelə 2037-ci ilədək dənizdə günəş

enerjisi, külək və dəniz küləyindən istifadənin daha da genişləndirilməsini planlaşdırır.

Cənab Prezident tərəfindən müsahibədə eyni zamanda Azərbaycanda yaxşı sərmayə

mühiti olunduğu qeyd olunub.Ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan

enerjiyə yönəldir. COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə

gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir.

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli

müdaxiləsinin qarşısını almaq məqsədilə 1992-ci ilin iyununda Rio-de-Janeyro şəhərində

keçirilmiş Yer Sammitində imzalanmış sazişdir. COP (Conference of Parties) abreviaturunun

ingilis dilindən tərcüməsi Tərəflər Konfransı deməkdir. Tərəflər Konfransı İqlim Dəyişikliyi

üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ali qərarverici orqandır. Burada tərəflər

Konvensiyaya üzv olan 198 ölkədir. Əgər tərəflərin fərqli qərarı olmazsa, COP hər il keçirilir.

COP-un ilk tədbiri 1995-ci ilin martında Berlində baş tutub, katibliyi Bonn şəhərində yerləşir.

COP-a sədrlik rotasiya əsasında BMT-nin 5 regionunun - Afrika, Asiya, Latın Amerikası,

Karib Hövzəsi və Avropa (Mərkəzi, Şərqi, Qərbi və digər) ölkələrinə keçir. Həmçinin bu

regionlardakı qrup ölkələri arasında da sədrliklə bağlı növbələşmə mövcuddur. Azərbaycanın

təşkilata sədrliyinə dair qərar da məhz Şərqi Avropa Qrupu ölkələrinin yekdil rəyi əsasında

verilib. 

Son illərdə aparılmış islahatların bir hissəsi bərpaolunan enerji istehsalı ilə bağlıdır. Bu

sahədə bir sıra təşəbbüslər uğurla reallaşdırılıb və bərpaolunan energetika sahəsi son

dövrlərdə yaşıl iqtisadiyyatın inkişafında önəmli yer tutub. Bu gün, burada xarici şirkətlərlə

yeni müqavilələrin imzalanması bu sahədə atılan ciddi addımlardan biridir. Bu müqavilələr

Azərbaycana sərmayə yatırılmasını nəzərdə tutur ki, bu da ilk növbədə milli iqtisadiyyatımıza

stimul verəcək, yeni iş yerləri açılacaq. Bu layihələr ölkəmizin enerji dayanıqlılığını təmin

edəcək. Bərpaolunan enerji istehsalı ölkəmizdə yaşıl iqtisadiyyatın inkişafına töhfə verəcək

Azərbaycan Respublikasının energetika sektorunda islahatların surətləndirilməsi

haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il tarixli 1209 nömrəli

Sərəncamına uyğun olaraq, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi

məqsədilə 9 beynəlxalq enerji şirkəti ilə əməkdaşlıq əlaqələri yaradılaraq,  intensiv

müzakirələr aparılıb. “ACWA Power”  və  “Masdar” şirkətləri təkliflərini təqdim edən 7 şirkət


arasında üç mərhələdən ibarət seçim prosesi nəticəsində müəyyən edilib. İlk mərhələdə

ölkədə müəyyənləşdirilmiş tariflərə uyğun qiymət təklifləri təqdim edən şirkətlər seçilib. İkinci

mərhələdə investorlara verilməsi nəzərdə tutulan zəmanətlər və götürüləcək öhdəliklər,

layihələrin həyata keçiriləcəyi ərazilər, habelə elektrik enerjisi  şəbəkəsində aparılacaq

gücləndirmə işləri üzrə ən əlverişli təklifləri verən şirkətlər seçilib. Üçüncü mərhələdə

 şeçilmiş şirkətlərlə şərtlərin daha da dəqiqləşdirilməsi və layihələrin iqtisadi cəlbediciliyinin

artırılması məqsədilə danışıqlar aparılıb və bu mərhələnin yekunu olaraq, 2019-cu ilin 31

oktyabr tarixində şirkətlərin təklifləri olan zərflər açılıb.  “ACWA Power” və “Masdar” şirkətləri

ilə  pilot layihələr üzrə əməkdaşlığa dair qərar qəbul edilib.

Səudiyyə Ərəbistanının enerji, xüsusilə bərpa olunan enerji ektorunda aparıcı

şirkətlərindən olan “Acwa Power” şirkəti 2004-cü ildə yaradılıb. Şirkət dünyanın bir sıra

ölkələrində bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı, duzsuzlaşdırılmış su

istehsalı üzrə layihələrdə developer, investor və operator kimi iştirak edir. Bu gün

Azərbaycana yatırılan 300 milyon ABŞ dollara yaxın sərmayə “ACWA Power”

şirkətinin Səudiyyə Ərəbistanı hüdudlarından kənarda qoyduğu ən iri sərmayədir. Bu

enerji stansiyasının gücü külək hesabına əldə olunan 240 meqavat olacaq ki, bunun

da sayəsində 300 min evin elektrik enerjisi təmin ediləcək.

Azərbaycanın enerji sektoruna investorların cəlb edilməsi, bərpa olunan enerjinin

səmərəliliyinin, alternativ enerji mənbələrinin enerji sektorunda payının artırılması ölkəmizin

iqtisadi inkişaf strategiyasında vacib məsələlərdəndir. Bu istiqamətdə bərpa olunan enerji

resursları sektorunda aparıcı şirkətlərdən olan “ACWA Power” şirkəti ilə əməkdaşlığa önəm

verilir. Ötən il şirkət tərəfindən Azərbaycanda 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik

Stansiyasının inşasına başlanılıb və bu layihə Azərbaycanda bərpa olunan enerji baxımından

gözlənilən böyük dəyişikliklərdən xəbər verir.

Cəfərli Ayşən,

Xəzər rayonu, 323 №li tam orta məktəbin müəllimi








XƏBƏR LENTİ

06.10.2024 | 14:48
5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür.

06.10.2024 | 14:44
Dövlət başçısı Azərbaycanın düşmənlərinə, regionu yenidən alova bürümək istəyən qüvvələrə, xüsusilə də 44 günlük müharibədə darmadağın edilən Ermənistana sərt ismarıc ünvanladı

06.10.2024 | 14:34
Vətən müharibəsində şəhid olan leytenantın anım günüdür - FOTO

06.10.2024 | 08:44
“Ermənistan seçim etməlidir” - Rəsmi Bakı

06.10.2024 | 08:42
YAP Yasamal rayon AMEA Mərkəzi Elmi Kitabxana üzrə ilk ərazi partiya təşkilatının sədr müavini seçilib

05.10.2024 | 22:49
BFT-də baş verənlər Fransanın özünün dar maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürüdür - XİN

05.10.2024 | 20:46
Goranboyda Şəhid Rauf Cabbarovun xatirəsi yad edilib-Fotolar

05.10.2024 | 20:34
Almatı Bəyannaməsi Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz - XİN

05.10.2024 | 20:31
“Bu, ötənilki ucuz şounun davamıdır” - Bəyanat

05.10.2024 | 20:30
Bir qrup deputat Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini, USAİD-in ölkəmizdəki fəaliyyətinə son qoyulmasını istəyib

05.10.2024 | 20:25
Bir qrup deputat Ceyhun Bayramova müraciət etdi

05.10.2024 | 20:21
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

05.10.2024 | 19:16
Elçin Əmirbəyov: "Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələr inkişaf edir"

05.10.2024 | 19:13
Əli Nağıyev Astanada mühüm tədbirdə iştirak edib

05.10.2024 | 18:31
Milli Kitabxanada "Macarıstan ədəbiyyatı guşəsi"nin açılış mərasimi keçirilib - FOTOLAR

05.10.2024 | 18:25
Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun görüşü keçirilib 47

05.10.2024 | 18:14
"Bu ölkələr üçün heç bir dəyər, ölçü vahidi yoxdur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

05.10.2024 | 18:10
Milli Məclisin deputatı ATƏT-in konfransında iştirak edəcək

05.10.2024 | 18:09
Deputatlarımız Qazaxıstanda keçiriləcək referendumu müşahidə edəcəklər

05.10.2024 | 18:06
Milli Məclisin deputatı Mahir Süleymanlı Vətən Müharibəsi şəhidi İlkin Ağaquliyevin doğum günündə ailəsini ziyarət edib

05.10.2024 | 18:02
Naxçıvana ayrılan vəsait azaldıldı - FƏRMAN

05.10.2024 | 17:59
Mahir Emrelinin komandası qalib gəldi

05.10.2024 | 17:57
Baş nazir “Azərenerji”nin prezidentinə şiddətli töhmət verdi

05.10.2024 | 17:55
İlham Əliyev deputatı ad günündə təltif etdi

05.10.2024 | 17:52
Onlara Prezident təqaüdü veriləcək - Siyahı

05.10.2024 | 17:46
Cəbrayılın yeni mənzərəsi dövlətimizin gücünü göstərir

05.10.2024 | 12:27
Siqaretlə bağlı cərimələr kəskin artırılır

05.10.2024 | 12:24
Azərbaycan nefti bahalaşdı

05.10.2024 | 11:20
Zərdabda narkokuryer saxlanılıb

05.10.2024 | 11:10
Azərbaycan öz təhlükəsizliyini, gələcək inkişafını təmin edib və edəcək Fotolar

05.10.2024 | 10:14
Bu gün müəllimlərin peşə bayramıdır.

05.10.2024 | 10:11
Mənzillərin kirayələnməsi zamanı sığorta məqsədilə depozit TƏLƏB OLUNUR?

05.10.2024 | 09:26
Azərbaycan Premyer Liqası: Bu gün IX turun daha iki oyunu keçiriləcək

05.10.2024 | 09:23
Prezident Cəbrayılın azad olunmasının dördüncü ildönümü ilə bağlı paylaşım edib

05.10.2024 | 09:15
Bu gün Beynəlxalq Müəllimlər Günüdür

05.10.2024 | 09:09
Bakıda obyektdə iyrənc mənzərə - Siçovul pirojkini belə yedi - Video

05.10.2024 | 09:02
Vətən müharibəsinin doqquzuncu günü - Cəbrayıl rayonunun daha üç kəndi işğaldan azad edilir 27

05.10.2024 | 09:00
Türkiyə millisinin heyəti açıqlandı

05.10.2024 | 08:59
Balqabaq minbir dərdə dəvadır!

05.10.2024 | 08:58
“Bozqurd” işarəsi ilə gündəmə gəlmişdi - Merihin heykəli ucaldıldı - Foto

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031