M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın 45 illik yubileyi ilə əlaqədar informasiya lövhəsi hazırlandı
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının 45 illik
yubileyi ilə əlaqədar kitabxananın fəaliyyətini əks etdirən informasiya
lövhəsi hazırlandı.
İnformasiya lövhəsində M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın təşkil
olunması, kitab fondu, oxucuları haqqında məlumat verilir. Mərkəzi
Kitabxananın sosial şəbəkələrdə 2 Facebook (Yasamal MKS və “Sərhədsiz
informasiya tribunası”), İnstagram (yasamalmks) sosial şəbəkələrində və
YouTube kanalında səhifələrinin olduğu qeyd olunur.
İnformasiya lövhəsində M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın
Azərbaycanın tarixi, mədəniyyəti, ictimai-siyasi həyatı, Azərbaycanın
azadlığı və ərazi bütövlüyü uğrunda şücaət göstərmiş qəhrəman oğulları
haqqında tədbirlər, ədəbi axşamlar, vətəndaşlıq və vətənpərvərlik saatları,
poeziya günləri, yaradıcılıq gecələri, söhbətlər, icmallar haqqında qısa
məlumat verilir. Kitab sərgilərinin, videoçarxların hazırlanması, şair və
yazıçıların kitablarının müzakirəsi, yazıçı və şairlərlə görüşlərin təşkil
olunduğu vurğulanır.
M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Beynəlxalq əməkdaşlığı,
davamlı layihələri haqqında məlumat, kitabxananın KİV-lərlə əlaqəsi,
tərəfdaşları, hazırladığı nəşrlər də stenddə əks olunub.
“Şəhidlər ölməz, Vətən bölünməz”, “Qəhrəmanlar unudulmur”, “Milli
Qəhrəmanlarımızı tanıyaq”, “Nağıllar aləminə səyahət”, “Yaradıcı
oxucularımız”, “Yubileylər silsiləsi”, “Kitabxanaya kitab hədiyyə edirik”,
“Kitabxananın Beynəlxalq əlaqələri”, “Kitabsevər uşaqlar”, “Tarix yazan igid
veteran və qazilərimiz”, ”Azad olmuş şəhərlərimiz”, “Təbiətə valeh olanlar”,
“Mədəniyyətimizin incisi – Şuşa” kimi davamlı sosial layihələr haqqında
məlumat təqdim edilir.
Kitabxananın əməkdaşlıq etdiyi KİV-lər və Veb saytların adları qeyd
olunur.
İnformasiya lövhəsində kitabxananın nəşrə hazırladığı Sevinc Ağa
Xəlilqızının “Bu dünyanın fidanları. Дети – сияние планеты”, Zöhrə
Əsgərovanın «Здесь ангел пролетел…», Reyhan Mirzəzadənin “Rus
ədəbiyyatı qəlbimin işığında”, “60 çiçək – bir çələng” (Azərbaycan
qadınlarının Zəfər almanaxı), “Azərbaycanın zəngin mədəniyyəti var”
kitablar, “Uşaqlar – Tanrının səltənətidir. Дети – сокровище Творца”,
“Zəfərin mübarək, Azərbaycan!!!”, Qadir Hüseynovun “Mənim dünyam...”
elektron kitablar əks olunub.
2018-ci ildən M.Ş.Vazeh adına Mərkəzi Kitabxanada Fəxri oxucular
institutu yaradılıb. Kitabxananın Fəxri oxucuları olan tanınmış
ziyalılarımızın adları da stenddə öz əksini tapıb (Vahid Əziz, Aydın
Mirzəzadə, Elçin Şıxlı, Sevinc Ağa Xəlilqızı, Xanım İsmayılqızı, Gülnur
Aslan, Nüşabə Məmmədli, Baba Vəziroğlu, Gülzar İbrahimova, Reyhan
Mirzəzadə, Ramiz Dəniz, Zöhrə Əsgərova, Ramiz Qusarçaylı, Qadir
Hüseynov və b.)
İnformasiya lövhəsində kitabxananın tərəfdaşları haqqında məlumat
verilib.
İnformasiya lövhəsinin elektron varianti aşağıdakı keçiddə
yerləşdirilib:
https://drive.google.com/file/d/17Qu876YFeoozllXkE3ajqdPTK1dKjt03/view
?usp=drivesdk