“Elektrik şəbəkəsinə onlayn qoşulmanın əhatə dairəsi genişləndirilib”

Image





“Azərişıq” ASC-nin Mətbuat və İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Vaqif Mustafayev müsahibə verib.

“Gununxeberı.az Qafqazinfo” -a ıstınadin həmin müsahibəni təqdim edir:

- Elektrik enerjisi şəbəkəsinə qoşulma üzrə onlayn müraciətlərin əhatə dairəsinin genişləndirilməsi istiqamətində görülən tədbirlər barədə məlumat verərdiniz.

- Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən davamlı iqtisadi islahatlar iqtisadiyyatın şaxələndirilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığa dövlət dəstəyi və milli iqtisadiyyatın rəqabət qabiliyyətliyinin artırılması yolu ilə iqtisadiyyatda dayanıqlı və sürətli inkişafa nail olunmasına istiqamətlənib.

Cari ildə “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydası”nın qüvvəyə minməsi, eyni zamandan qanunvericilikdə aparılmış müvafiq dəyişikliklər nəticəsində tikinti obyektlərinin mövcud 0.4 kV-luq şəbəkədən enerji təchizatı şəbəkəsinə qoşulma gücü 150 kVt-dan 200 kVt-a artırılması nəticəsində onlayn müraciətlərin əhatə dairəsi genişləndirilib. Yəni ötən dövrlərdə ancaq 150 kVt enerji gücünə onlayn müraciət etmə imkanı olduğu halda hazırda bu hədd yüksəldilib.

- Enerji təchizatı şəbəkələrinə qoşulma ilə bağlı yeni qərarın tətbiqi ilə baş verən dəyişikliklər və onların təsirləri barədə məlumat verərdiniz.

- 03 iyun 2024-cü il tarixindən qüvvəyə minən “Tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması Qaydası”nın tətbiqi qoşulma prosedurunun şəffaflığını və səmərəliliyini artırmaq, həmçinin müştərilərə göstərilən xidmətin keyfiyyətini yüksəltmək məqsədi daşıyır.

Qərarın tətbiqi ilə aşağı gərginlikli şəbəkələrdən qoşulma zamanı tikinti obyektlərinin təlabat gücü 150 kVt-dan artırılaraq 200 kVt-a çatdırılıb. Bu qərar sahibkarlıq subyektlərinə 0.4 kV-luq şəbəkədən daha yüksək güc alma imkanı yaratmaqla, biznes xərclərini və zamanlamanı daha dəqiq və şəffaf şəkildə təyin etmə imkanlarını genişləndirir.

Bundan başqa, indiyə qədər tətbiq edilən qaydalara görə texniki  şərtlərin verilməsi zamanı minimal təlabat gücü 5 kVt-dan başladığı halda yeni qaydalara görə tələbat gücü 1 kVt-dan başlaya bilər və nəticədə ödəniş məbləği azalmış olur.

Daha sonra yeni qaydaların tətbiqi ilə məişət və sahibkarlara məxsus tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulmasında eyni tariflər tətbiq edilib, sahibkarların tikinti obyektlərinin enerji təchizatı şəbəkəsinə qoşulması zamanı obyektin təyinatına görə tətbiq edilən fərqli ödəniş məbləğləri də aradan qaldırılıb. Yeni ödəmə məbləğinə əsasən ticarət, ictimai iaşə, məişət və digər növ xidmət obyektlərində birfazlı təchizat sxemi üzrə aşağı güc qoşulmalarının (20 kVt daxil) ödəniş məbləğləri azalmış oldu.

- Yeni qərarın tətbiqinin əsas məqsədi nədir?

- Burada əsas məqsəd müştərilər və “Azərişıq” arasında qarşılıqlı əlaqənin təkmilləşdirilməsidir. Şəffaf prosedurlar, aydın müddətlər, prosedurların hər bir mərhələsinə nəzarət etmək imkanı müştərilər üçün prosesi daha proqnozlaşdırıla bilən edir. Yeni qanunun tətbiqi xidmətlərin təkmilləşdirilməsi, eyni zamanda sahibkarlıq fəaliyyətinin optimal gəlirliliyini təmin edəcək və rəqabət prinsiplərinə əsaslanacaq biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində mühüm bir addımdır.

- Yeni təşəbbüsün biznesin mühitinə təsiri ilə bağlı nə deyə bilərsiniz?

- Ölkədə əlverişli biznes mühiti üçün qanunvericiliyin və inzibatçılığın beynəlxalq standartlara uyğunlaşdırılmasında Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının özünəməxsus rolu var. Belə ki, ötən dövlərdə “Elektrik təchizatı şəbəkələrinə qoşulma işçi qrupu”nun komissiya üzvləri tərəfindən aparılmış müzakirələr nəticəsində özəl sektorun imkanlarının genişləndirilməsi, onlar üçün əlverişli biznes mühitinin daha da inkişafı məqsədi ilə enerji təchizatı şəbəkəsinə qoşulmanın əhatə dairəsinin genişləndirilməsi qərara alınıb. Bu məqsədlə ötən il Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Elektrik təchizatı şəbəkələrinə qoşulma işçi qrupu”tərəfindən belə bir təşəbbüs irəli sürülüb və cari ildə müraciətlərin əhatə dairəsinin genişləndirilməsi məqsədilə müvafiq qərarlar qəbul olunub.

- Elektron müraciətlərin sayında artım müşahidə olunurmu?

- “Azərişıq” ASC-nin də üzvü olduğu “Elektrik təchizatı şəbəkələrinə qoşulma işçi qrupu” tərəfindən dövri yol xəritələrinin və kommunikasiya strategiyalarının icrası ölkədə biznes mühiti üçün daha da münbit şərait yaratmaqdadır. Bütün bu kimi  tədbirlərin icrası sahibkarlıq subyektlərinin enerji təchizatı şəbəkəsinə elektron qoşulmaların sayına öz müsbət təsirini göstərir. Cari ildə biznes mühitinin inkişafı üçün vacib indikator olan sahibkarlıq subyektlərinin ETŞ qoşulması xidmət üzrə vətəndaşların 52.5%-i elektron olaraq müraciət edib.













XƏBƏR LENTİ

06.10.2024 | 14:48
5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür.

06.10.2024 | 14:44
Dövlət başçısı Azərbaycanın düşmənlərinə, regionu yenidən alova bürümək istəyən qüvvələrə, xüsusilə də 44 günlük müharibədə darmadağın edilən Ermənistana sərt ismarıc ünvanladı

06.10.2024 | 14:34
Vətən müharibəsində şəhid olan leytenantın anım günüdür - FOTO

06.10.2024 | 08:44
“Ermənistan seçim etməlidir” - Rəsmi Bakı

06.10.2024 | 08:42
YAP Yasamal rayon AMEA Mərkəzi Elmi Kitabxana üzrə ilk ərazi partiya təşkilatının sədr müavini seçilib

05.10.2024 | 22:49
BFT-də baş verənlər Fransanın özünün dar maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürüdür - XİN

05.10.2024 | 20:46
Goranboyda Şəhid Rauf Cabbarovun xatirəsi yad edilib-Fotolar

05.10.2024 | 20:34
Almatı Bəyannaməsi Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz - XİN

05.10.2024 | 20:31
“Bu, ötənilki ucuz şounun davamıdır” - Bəyanat

05.10.2024 | 20:30
Bir qrup deputat Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini, USAİD-in ölkəmizdəki fəaliyyətinə son qoyulmasını istəyib

05.10.2024 | 20:25
Bir qrup deputat Ceyhun Bayramova müraciət etdi

05.10.2024 | 20:21
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

05.10.2024 | 19:16
Elçin Əmirbəyov: "Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələr inkişaf edir"

05.10.2024 | 19:13
Əli Nağıyev Astanada mühüm tədbirdə iştirak edib

05.10.2024 | 18:31
Milli Kitabxanada "Macarıstan ədəbiyyatı guşəsi"nin açılış mərasimi keçirilib - FOTOLAR

05.10.2024 | 18:25
Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun görüşü keçirilib 47

05.10.2024 | 18:14
"Bu ölkələr üçün heç bir dəyər, ölçü vahidi yoxdur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

05.10.2024 | 18:10
Milli Məclisin deputatı ATƏT-in konfransında iştirak edəcək

05.10.2024 | 18:09
Deputatlarımız Qazaxıstanda keçiriləcək referendumu müşahidə edəcəklər

05.10.2024 | 18:06
Milli Məclisin deputatı Mahir Süleymanlı Vətən Müharibəsi şəhidi İlkin Ağaquliyevin doğum günündə ailəsini ziyarət edib

05.10.2024 | 18:02
Naxçıvana ayrılan vəsait azaldıldı - FƏRMAN

05.10.2024 | 17:59
Mahir Emrelinin komandası qalib gəldi

05.10.2024 | 17:57
Baş nazir “Azərenerji”nin prezidentinə şiddətli töhmət verdi

05.10.2024 | 17:55
İlham Əliyev deputatı ad günündə təltif etdi

05.10.2024 | 17:52
Onlara Prezident təqaüdü veriləcək - Siyahı

05.10.2024 | 17:46
Cəbrayılın yeni mənzərəsi dövlətimizin gücünü göstərir

05.10.2024 | 12:27
Siqaretlə bağlı cərimələr kəskin artırılır

05.10.2024 | 12:24
Azərbaycan nefti bahalaşdı

05.10.2024 | 11:20
Zərdabda narkokuryer saxlanılıb

05.10.2024 | 11:10
Azərbaycan öz təhlükəsizliyini, gələcək inkişafını təmin edib və edəcək Fotolar

05.10.2024 | 10:14
Bu gün müəllimlərin peşə bayramıdır.

05.10.2024 | 10:11
Mənzillərin kirayələnməsi zamanı sığorta məqsədilə depozit TƏLƏB OLUNUR?

05.10.2024 | 09:26
Azərbaycan Premyer Liqası: Bu gün IX turun daha iki oyunu keçiriləcək

05.10.2024 | 09:23
Prezident Cəbrayılın azad olunmasının dördüncü ildönümü ilə bağlı paylaşım edib

05.10.2024 | 09:15
Bu gün Beynəlxalq Müəllimlər Günüdür

05.10.2024 | 09:09
Bakıda obyektdə iyrənc mənzərə - Siçovul pirojkini belə yedi - Video

05.10.2024 | 09:02
Vətən müharibəsinin doqquzuncu günü - Cəbrayıl rayonunun daha üç kəndi işğaldan azad edilir 27

05.10.2024 | 09:00
Türkiyə millisinin heyəti açıqlandı

05.10.2024 | 08:59
Balqabaq minbir dərdə dəvadır!

05.10.2024 | 08:58
“Bozqurd” işarəsi ilə gündəmə gəlmişdi - Merihin heykəli ucaldıldı - Foto

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031