Almaniya qrup lideri oldu, İsveçrə 1/8 finalda - Yenilənib
Bu gün AÇ-2024-də qrup mərhələsinin 3-cü turuna start veriləcək.
“Gununxeberı.az ” xəbər verir ki, A qrupunda iki oyun keçiriləcək.
Artıq 1/8 final mərhələsinə vəsiqəni təmin edən Almaniya millisi İsveçrə ilə qarşılaşacaq.
Qrupun digər matçında isə Şotlandiya ilə Macarıstan üz-üzə gələcək. Bu oyunlardan sonra A qrupunun 2-cisi də bəlli olacaq. Hər iki matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
23 iyun
Avro-2024
A qrupu
23:00. İsveçrə - Almaniya
23:00. Şotlandiya - Macarıstan
***
Matçlar başladı.
***
İsveçrə - Almaniya oyununda hesab açıldı. 28-ci dəqiqədə Ndoye fərqləndi.
***
Hər iki oyunda fasilə olur.
***
Hər iki matçda ikinci hissə başladı
***
Almaniya hesabı bərabərləşdirir. Fülkruq 90+2-ci dəqiqədə fərqlənir.
***
İsveçrə - Almaniya matçı 1:1 hesabı ilə başa çatdı. Hər iki komanda 1/8 finala çıxır. Almanlar qrup lideri, İsveçrə isə qrup ikincisi olur.
***
Macarıstan hesabı açır. Csobot 90+10-cu dəqiqədə fərqlənir.
***
Macarıstan Şotlandiyanı 1:0 hesabı ilə məğlub edərək qrup üçüncüsü olur.