Xəzərdə 23 yaşlı gənc batdı
Xəzər dənizində 23 yaşlı gənc batıb.
“Gununxeberı.az ” APA-ya istinadən xəbər verir ki, hadisə Novxanı çimərliyində qeydə alınıb.
2001-ci il təvəllüdlü Samir Mikayıl oğlu Haqverdiyev dənizdə çimərkən boğulub.
Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.