Toyda zəhərlənənlər arasında bəylə gəlin də olub
Dünən Ağstafada rayonunda yerləşən şadlıq saraylarından birində keçirilən toy mərasimində zəhərlənənlərin içərisində bəy və gəlin də olub.
“Gununxeberı.az ” Report-a istinadən xəbər verir ki, ümumilikdə toyda iştirak edənlərdən 43 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət ediblər.
Onların qidadan zəhərləndiyi bildirilir.