Abşeron rayonu, Xırdalan şəhər 9 nömrəli tam orta məktəbdə keçirilən “Son zəng” tədbiri-Fotolar
Abşeron rayonu, Xırdalan şəhər 9 nömrəli tam orta məktəbdə keçirilən “Son zəng” tədbirində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Vətən Müharibəsi şəhidi Ruslan İsmayılovun oğlu Ramiz İsmayılovu 11-ci sinifi bitirməsi münasibəti ilə, o cümlədən məzunları və pedaqoji kollektivi “Son zəng” münasibəti ilə təbrik edərək bildirib ki, ölkəmizdə, bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də böyük inkişaf əldə olunub. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci Vitsde-Prezidetn Mehriban xanım Əliyevanın təhsilə göstərdiyi diqqət və qayğı nəticəsində Abşeron rayonu da daxil olmaqla respublika ərazisində yüzlərlə orta məktəb tikilib, mövcud binalar isə əsaslı şəkildə təmir olunub, təhsil ocaqlarının maddi-texniki bazası gücləndirilib, tədrisin keyfiyyətinin artırılması istiqamətində islahatlar aparılıb.
Sonra məzunlar və məktəblilər tərəfindən hazırlanan bədii kompozisiyalar təqdim olunub.