Elektron Təhlükəsizlik Xidməti (ETX) və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Elektron Təhlükəsizlik Xidməti (ETX) və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzdində Elektron Təhlükəsizlik Xidməti (ETX) və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Memorandumun əsas məqsədi informasiya təhlükəsizliyi və fərdi məlumatların mühafizəsi üzrə məlumatlılığın artırılması sahəsində, eləcə də sosial şəbəkələrdən istifadə qaydaları kimi mövzularda əməkdaşlığın gücləndirilməsi, inkişaf etdirilməsi və birgə fəaliyyətin təşkil edilməsidir.
Əməkdaşlıq çərçivəsində ETX-nin “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin iştirakçılarına bilik mübadiləsi sessiyalarının keçirilməsi, maarifləndirmə xarakterli tədbirlərin və təlimlərin təşkili, həmin təlimlərin iştirakçılarına ETX tərəfindən materiallar və sertifikatların təqdim edilməsi, İctimai Birlik tərəfindən təşkil olunan tədbirlərdə ETX-nin əməkdaşlarının qonaq spiker qismində çıxış etməsi nəzərdə tutulur.
Məlumat üçün bildirək ki, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi 30 avqust 2012-ci ildən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb və yarandığı ilk gündən etibarən hər zaman gənclər siyasətinə dəstək olaraq, bu sahədə atılan addımlarda ön sıralarda yer alıb.
Birlik gənclərin vətənpərvərlik hisslərinin və dövlətçilik dəyərlərinin yüksəldilməsi məqsədilə gənclər sektorunda mühüm rol oynayan müxtəlif istiqamətlər üzrə çoxsaylı layihələr həyata keçirir.
--
Gununxeberi.az