Bizim ailəmiz Türk dünyasıdır

Image


       “Dövlət başçısı İlham Əliyev daim belə bir çağırışı edir ki, türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına və müasir hərbi imkanlara malikdir. Türk dünyası böyük bir ailədir. Bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm  ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq.
  Türk dünyasının birliyi bütün dövrlər üçün aktuallığını qoruyur. Tarixi Zəfərimiz regionda və dünyada yeni reallıqlar yaratmaqla yanaşı, türk ailəsinin birliyinə də öz müsbət təsirini göstərdi. Bunun üçün  şanlı Qələbəmizdən ötən dörd ilə yaxın dövr ərzində türkdilli ölkələrin dövlət başçılarının qarşılıqlı səfərlərinin say tərkibinə, imzalanan sənədlərə diqqət yetirmək kifayətdir. Hər bir səfər  münasibətlərin inkişafında  yeni bir mərhələnin başlanğıcı, imzalanan sənədlər isə əlaqələrin inkişafında hüquqi bazadır. Hazırkı dövrdə əsas hədəflərdən birinin məhz işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması olduğunu nəzərə alsaq türkdilli ölkələrin dövlət başçılarının bu torpaqlara səfərləri, dost, qardaş hədiyyələri hər birimizdə böyük qürur hissi yaradır. Cənab İlham Əliyev daim çıxışlarında bu məqama xüsusi diqqət yönəldir ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderləri Şuşaya səfərlər etmişlər. Türkiyə, Özbəkistan, Qazaxıstan və  Qırğızıstan prezidentləri  Ağdamda və Füzulidə olmuşlar. Bu, işğal edilmiş torpaqların bərpası üçün böyük məna daşıyır. Bir daha qardaş dəstəyini hiss edirik. Azad edilmiş torpaqlarda qardaş ölkələrin təşəbbüsü və maliyyə dəstəyi ilə artıq bir məktəb və bir incəsənət mərkəzi fəaliyyətə başlayıb.  Bunlar Özbəkistan və Qazaxıstan tərəfindən inşa edilib. Bir məktəbin təməli isə  Qırğızıstan Prezidentinin iştirakı ilə  Ağdam rayonunda qoyuldu. Bütün bunlar bir daha birliyimizi göstərir.”
 Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.
  Millət vəkili vurğulayıb ki,  milli köklərimizlə, ortaq dəyərlərimizlə, din, dil birliyimizlə sıx bağlı olduğumuz türk xalqlarının, dövlətlərinin birliyi bu gün ən yüksək zirvəyə çatıb: “Xalqlarımız üçün zamanın çağırışı olan türk birliyinin gücünün əhəmiyyətini isə 44 günlük İkinci Qarabağ müharibəsində gördük. Vətən müharibəsi Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının fonunda türk dünyasının birliyinin təqdimatı oldu. Azərbaycanın türk dünyasının birliyinə töhfələri hər zaman təqdir edilir.   Bu günlərdə TÜRKPA-nın nümayəndə heyətini qəbul edərkən dövlət başçısı İlham Əliyev bu kimi məqamlara bir daha diqqət yönəltdi. Azərbaycanın Türk Dövlətləri Təşkilatına sədrliyi müddətində həm türk dünyasının birliyi, həm də təşkilatın beynəlxalq nüfuzunun artması istiqamətində atdığı addımlara diqqət yetirmək kifayətdir. Məqsəd böyük ailə kimi dəyərləndirilən türk dünyasının həmrəyliyini daha da gücləndirməkdir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, türk dünyasının gücləndirilməsi, birləşməsi türk dünyasını, Türk Dövlətləri Təşkilatını dünya miqyasında böyük bir güc mərkəzinə çevirəcək. Çünki mövcud olan güc mərkəzləri böhran içindədir.  Bizim isə əksinə, potensialımız gündən-günə çiçəklənir. Xəritəyə baxsaq görərik ki, türk dünyasının ucu-bucağı yoxdur, böyük coğrafiyanı əhatə edir. Bu birlik təbiidir. Bu birliyin təməlində ortaq köklər var. Ona görə bu birlik bütün başqa birliklərdən daha qüvvətli, daha güclüdür.”
   Əliabbas Salahzadə diqqəti gələn ay Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünə də yönəldib: “Tədbirin Şuşada keçirilməsinin böyük rəmzi mənası vardır. Bu, bir tərəfdən tarixi Zəfərimizin reallıqlarının dünyaya təqdimatıdır, digər tərəfdən isə  türk dövlətlərinin Qarabağın və Şərqi Zəngəzurun dirçəlməsində, soydaşlarımızın bu torpaqlara qayıtmasında, bir sözlə, tarixi sahibinə qovuşmuş ərazilərimizin cənnət məkana çevrilməsində nə qədər maraqlı olduqlarını və dəstəklərini əsirgəmədiklərini təsdiqləyir. Dövlət başçısı İlham Əliyevin TÜRKPA-nın nümayəndə heyəti ilə görüşündə  Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş bildirdi ki, qarşımızda, əslində, dünya tarixi baxımından yeni bir dövrün qapıları açılıb. İndi qarşımızda çoxqütblü bir dövrün başlanğıcı var. Orta Asiya dediyimiz Özbəkistandan, Qazaxıstandan başlayan, Qafqazdan Anadoluya, oradan da Avropaya – ta Macarıstana qədər uzanan coğrafiyada təxminən 300 milyon türk yaşayır. Bu, böyük bir potensialdır. Həm insan gücü, həm də yeraltı, yerüstü sərvətlər baxımından qeyri-adi böyük bir potensialdır. Türk dövlətləri bunu öz aralarında ən doğru şəkildə istifadə edərək yeni dünyada böyük bir güc mərkəzinə çevriləcək. Türk dünyasının önəmli bir güc balansı olması dünyada sülhə əsla təhdid deyil, tam əksinə, dünyada sülhün təmin edilməsi üçün bir imkan, bir fürsətdir. Qarşıdakı dövr hər halda biz Türk Dövlətləri Təşkilatının üzv ölkələri və digər qardaşlarımızla birlikdə Türk dünyasının böyük bir güc mərkəzi olması üçün bütün imkanlarımızı səfərbər edəcəyik, birliyimizi, bərabərliyimizi, qardaşlığımızı gücləndirəcəyik.”
  Millət vəkili qeyd edib ki, 15 İyun-Milli Qurtuluş Günündə Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Şuşada keçirilən “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda beynəlxalq konfrans da türk dünyasının  birliyinə xidmət edən mühüm addımlar sırasındadır. Dövlətimizin başçısı İlham Əliyev konfrans iştirakçılarına müraciətində bu məqamı xüsusi qeyd etdi ki, Türk Dövlətləri Təşkilatında bir araya gələn ölkələrin siyasi partiyalarının qarşılıqlı faydalı əməkdaşlığı da müştərək məqsədlərin həyata keçirilməsində əhəmiyyətli rol oynayır. Belə bir əminlik də ifadə edildi ki,  Azərbaycan xalqı üçün əlamətdar olan mühüm tarixdə – Milli Qurtuluş Günündə və Şuşa Bəyannaməsinin imzalanmasının növbəti ildönümündə Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə “İslam dünyasının mədəniyyət paytaxtı” Şuşa şəhərində keçirilən, bu səbəbdən xüsusi rəmzi mənaya və mənəvi-siyasi önəmə malik bu tədbir ölkələrimiz arasında çoxşaxəli münasibətlərin inkişafına, türk dünyasında birliyin daha da möhkəmlənməsinə, yeni hədəflərin reallaşmasına dəyərli töhfələr verəcək.


Gununxeberi.az 







XƏBƏR LENTİ

06.10.2024 | 14:48
5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür.

06.10.2024 | 14:44
Dövlət başçısı Azərbaycanın düşmənlərinə, regionu yenidən alova bürümək istəyən qüvvələrə, xüsusilə də 44 günlük müharibədə darmadağın edilən Ermənistana sərt ismarıc ünvanladı

06.10.2024 | 14:34
Vətən müharibəsində şəhid olan leytenantın anım günüdür - FOTO

06.10.2024 | 08:44
“Ermənistan seçim etməlidir” - Rəsmi Bakı

06.10.2024 | 08:42
YAP Yasamal rayon AMEA Mərkəzi Elmi Kitabxana üzrə ilk ərazi partiya təşkilatının sədr müavini seçilib

05.10.2024 | 22:49
BFT-də baş verənlər Fransanın özünün dar maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürüdür - XİN

05.10.2024 | 20:46
Goranboyda Şəhid Rauf Cabbarovun xatirəsi yad edilib-Fotolar

05.10.2024 | 20:34
Almatı Bəyannaməsi Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz - XİN

05.10.2024 | 20:31
“Bu, ötənilki ucuz şounun davamıdır” - Bəyanat

05.10.2024 | 20:30
Bir qrup deputat Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini, USAİD-in ölkəmizdəki fəaliyyətinə son qoyulmasını istəyib

05.10.2024 | 20:25
Bir qrup deputat Ceyhun Bayramova müraciət etdi

05.10.2024 | 20:21
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

05.10.2024 | 19:16
Elçin Əmirbəyov: "Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələr inkişaf edir"

05.10.2024 | 19:13
Əli Nağıyev Astanada mühüm tədbirdə iştirak edib

05.10.2024 | 18:31
Milli Kitabxanada "Macarıstan ədəbiyyatı guşəsi"nin açılış mərasimi keçirilib - FOTOLAR

05.10.2024 | 18:25
Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun görüşü keçirilib 47

05.10.2024 | 18:14
"Bu ölkələr üçün heç bir dəyər, ölçü vahidi yoxdur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

05.10.2024 | 18:10
Milli Məclisin deputatı ATƏT-in konfransında iştirak edəcək

05.10.2024 | 18:09
Deputatlarımız Qazaxıstanda keçiriləcək referendumu müşahidə edəcəklər

05.10.2024 | 18:06
Milli Məclisin deputatı Mahir Süleymanlı Vətən Müharibəsi şəhidi İlkin Ağaquliyevin doğum günündə ailəsini ziyarət edib

05.10.2024 | 18:02
Naxçıvana ayrılan vəsait azaldıldı - FƏRMAN

05.10.2024 | 17:59
Mahir Emrelinin komandası qalib gəldi

05.10.2024 | 17:57
Baş nazir “Azərenerji”nin prezidentinə şiddətli töhmət verdi

05.10.2024 | 17:55
İlham Əliyev deputatı ad günündə təltif etdi

05.10.2024 | 17:52
Onlara Prezident təqaüdü veriləcək - Siyahı

05.10.2024 | 17:46
Cəbrayılın yeni mənzərəsi dövlətimizin gücünü göstərir

05.10.2024 | 12:27
Siqaretlə bağlı cərimələr kəskin artırılır

05.10.2024 | 12:24
Azərbaycan nefti bahalaşdı

05.10.2024 | 11:20
Zərdabda narkokuryer saxlanılıb

05.10.2024 | 11:10
Azərbaycan öz təhlükəsizliyini, gələcək inkişafını təmin edib və edəcək Fotolar

05.10.2024 | 10:14
Bu gün müəllimlərin peşə bayramıdır.

05.10.2024 | 10:11
Mənzillərin kirayələnməsi zamanı sığorta məqsədilə depozit TƏLƏB OLUNUR?

05.10.2024 | 09:26
Azərbaycan Premyer Liqası: Bu gün IX turun daha iki oyunu keçiriləcək

05.10.2024 | 09:23
Prezident Cəbrayılın azad olunmasının dördüncü ildönümü ilə bağlı paylaşım edib

05.10.2024 | 09:15
Bu gün Beynəlxalq Müəllimlər Günüdür

05.10.2024 | 09:09
Bakıda obyektdə iyrənc mənzərə - Siçovul pirojkini belə yedi - Video

05.10.2024 | 09:02
Vətən müharibəsinin doqquzuncu günü - Cəbrayıl rayonunun daha üç kəndi işğaldan azad edilir 27

05.10.2024 | 09:00
Türkiyə millisinin heyəti açıqlandı

05.10.2024 | 08:59
Balqabaq minbir dərdə dəvadır!

05.10.2024 | 08:58
“Bozqurd” işarəsi ilə gündəmə gəlmişdi - Merihin heykəli ucaldıldı - Foto

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031