Komanda hərbi hissələrinin yaradılması

Image

Komanda hərbi hissələrinin yaradılması


Vətən Müharibəsindəki tarixi Zəfərimiz bir daha göstərdi ki, ölkəmiz nəinki, regionda hətta MDB məkanında ən güclü orduya malikdir. Məhz bu gücün nəticəsidir ki, qısa müddətdə, cəmi 44 günlük Müharibədə işğal altındakı 8 rayonumuzu, bir qala şəhərimizi azad etdik. Bu, hər beş günə bir rayonun azad edilməsi demək idi. Azərbaycan Ordusu postmüharibə dövründə daha da təkmilləşərək öz döyüş qabiliyyətini xeyli artırdı. Məhz bunun nəticəsidir ki, ordumuz Qarabağdakı separatçı- terrorçu xuntaya və onun hər növ silah və sursatla təmin edilmiş silahlılarına qarşı keçirdiyi lokal xarakterli antiterror tədbirlərini qısa müddətdə, uğurla başa çatdırdı. Xankəndidəki xunta rəhbərləri ağ bayraq qaldıraraq təslim oldular. Bu dəfə də ordumuz öz döyüş qabiliyyətini dünyaya nümayiş etdirərək 23 saat 42 dəqiqəyə minlərlə kvadrat kilometr ərazi də işğalçılardan azad etdi. 

Bu bir həqiqətdir ki, müharibədən ötən 3 il yarımda ordumuzun döyüş hazırlığının yüksək səviyyəyə çatdırılması, onun müasir silah, hərbi texnika ilə təchizatı və bir sıra digər tədbirlər Azərbaycanın Ermənistan üzərində üstünlüyünün qorunub saxlanmasını təmin edir. Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov mətbuata müsahibələrində məhz bu məsələlərə toxunaraq qeyd etmişdi ki, müharibədən sonra Ali Baş Komandan İlham Əliyev Azərbaycan Ordusu qarşısında yeni tapşırıqlar qoyub və hərbi islahatların növbəti mərhələsinin başlanması barədə göstərişlər verib. Müzəffər Ali Baş Komandan modernləşmə, silahlanma və hazırlıq sahələrində ordunun ən yüksək göstəricilərə sahib olması üçün konkret plan və tədbirlər hazırlayıb, onların təxirəsalınmaz icrasını tapşırıb.

Hal- hazırda bəzi hərbi hissələrimiz azad edilmiş ərazilərimizdə xidmətlərini mükəmməl şəkildə aparırlar. Həmçinin bu torpaqlarda yeni hərbi hissələr, hərbi şəhərciklər salınmaqla fəaliyyət göstərirlər. Azərbacan Prezidenti, Ali Baş Komandanımızın tapşırıqlarından biri də Komando hərbi hissələrinin təşkil edilməsi idi. Artıq bu tapşırıq da uğurla icra olunmaqla işğaldan azad edilmiş Xocavənd və Kəlbəcər rayonlarında Komando briqadaları yaradılıb. Komando briqadalarının yaradılması ölkəmiz üçün yenilikdir. Bu briqadalarda yüksək təlim keçmiş, iradəli və Vətən uğrunda özlərini fəda etməyə hazır olan hərbçilər xidmət edirlər. Komando briqadası ən son hərbi avadanlıq və silahlarla təchiz edilmiş müqaviləli mütəxəssislərdən ibarət daim hazırlıqlı, yüksək mobil hava-desant hücum birləşməsidir. Onlar günün istənilən vaxtında həm dağlıq, həm meşəlik ərazilərdə, həm də şəhər şəraitində hər an baş verə biləcək silahlı münaqişələrdə dərhal döyüşməyə hazırdırlar. Bu briqadalar təcrid olunmuş və ya əsas qüvvələrdən ayrı qaldığı halda vahid informasiya- kommunikasiya məkanında qalmaqla döyüş əməliyyatlarını aparmağa qadirdilər. Məhz bu qüdrətinə görə də yeni yaradılan Komando hərbi hissələri ermənilərin kabusuna çevrilib. 

Təbii ki, hər zaman olduğu kimi Azərbaycan Ordusu öz bayramını- 26 iyun Azərbaycan Silahlı Qüvvələri Gününü böyük tarixi qələbələrlə qarşılayır. Məhz Müzəffər Ordumuzun şəxsi heyəti döyüş qəhrəmanlıqlarına və hərbi-nizam–intizamına görə bu gün də bizim qürur mənbəyimizdir.


Əsədov Nazim, 

Xəzər rayonu, 256 saylı tam orta məktəbin müəllimi 

Gununxeberı.az 







XƏBƏR LENTİ

06.10.2024 | 14:48
5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür.

06.10.2024 | 14:44
Dövlət başçısı Azərbaycanın düşmənlərinə, regionu yenidən alova bürümək istəyən qüvvələrə, xüsusilə də 44 günlük müharibədə darmadağın edilən Ermənistana sərt ismarıc ünvanladı

06.10.2024 | 14:34
Vətən müharibəsində şəhid olan leytenantın anım günüdür - FOTO

06.10.2024 | 08:44
“Ermənistan seçim etməlidir” - Rəsmi Bakı

06.10.2024 | 08:42
YAP Yasamal rayon AMEA Mərkəzi Elmi Kitabxana üzrə ilk ərazi partiya təşkilatının sədr müavini seçilib

05.10.2024 | 22:49
BFT-də baş verənlər Fransanın özünün dar maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürüdür - XİN

05.10.2024 | 20:46
Goranboyda Şəhid Rauf Cabbarovun xatirəsi yad edilib-Fotolar

05.10.2024 | 20:34
Almatı Bəyannaməsi Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz - XİN

05.10.2024 | 20:31
“Bu, ötənilki ucuz şounun davamıdır” - Bəyanat

05.10.2024 | 20:30
Bir qrup deputat Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini, USAİD-in ölkəmizdəki fəaliyyətinə son qoyulmasını istəyib

05.10.2024 | 20:25
Bir qrup deputat Ceyhun Bayramova müraciət etdi

05.10.2024 | 20:21
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

05.10.2024 | 19:16
Elçin Əmirbəyov: "Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələr inkişaf edir"

05.10.2024 | 19:13
Əli Nağıyev Astanada mühüm tədbirdə iştirak edib

05.10.2024 | 18:31
Milli Kitabxanada "Macarıstan ədəbiyyatı guşəsi"nin açılış mərasimi keçirilib - FOTOLAR

05.10.2024 | 18:25
Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun görüşü keçirilib 47

05.10.2024 | 18:14
"Bu ölkələr üçün heç bir dəyər, ölçü vahidi yoxdur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

05.10.2024 | 18:10
Milli Məclisin deputatı ATƏT-in konfransında iştirak edəcək

05.10.2024 | 18:09
Deputatlarımız Qazaxıstanda keçiriləcək referendumu müşahidə edəcəklər

05.10.2024 | 18:06
Milli Məclisin deputatı Mahir Süleymanlı Vətən Müharibəsi şəhidi İlkin Ağaquliyevin doğum günündə ailəsini ziyarət edib

05.10.2024 | 18:02
Naxçıvana ayrılan vəsait azaldıldı - FƏRMAN

05.10.2024 | 17:59
Mahir Emrelinin komandası qalib gəldi

05.10.2024 | 17:57
Baş nazir “Azərenerji”nin prezidentinə şiddətli töhmət verdi

05.10.2024 | 17:55
İlham Əliyev deputatı ad günündə təltif etdi

05.10.2024 | 17:52
Onlara Prezident təqaüdü veriləcək - Siyahı

05.10.2024 | 17:46
Cəbrayılın yeni mənzərəsi dövlətimizin gücünü göstərir

05.10.2024 | 12:27
Siqaretlə bağlı cərimələr kəskin artırılır

05.10.2024 | 12:24
Azərbaycan nefti bahalaşdı

05.10.2024 | 11:20
Zərdabda narkokuryer saxlanılıb

05.10.2024 | 11:10
Azərbaycan öz təhlükəsizliyini, gələcək inkişafını təmin edib və edəcək Fotolar

05.10.2024 | 10:14
Bu gün müəllimlərin peşə bayramıdır.

05.10.2024 | 10:11
Mənzillərin kirayələnməsi zamanı sığorta məqsədilə depozit TƏLƏB OLUNUR?

05.10.2024 | 09:26
Azərbaycan Premyer Liqası: Bu gün IX turun daha iki oyunu keçiriləcək

05.10.2024 | 09:23
Prezident Cəbrayılın azad olunmasının dördüncü ildönümü ilə bağlı paylaşım edib

05.10.2024 | 09:15
Bu gün Beynəlxalq Müəllimlər Günüdür

05.10.2024 | 09:09
Bakıda obyektdə iyrənc mənzərə - Siçovul pirojkini belə yedi - Video

05.10.2024 | 09:02
Vətən müharibəsinin doqquzuncu günü - Cəbrayıl rayonunun daha üç kəndi işğaldan azad edilir 27

05.10.2024 | 09:00
Türkiyə millisinin heyəti açıqlandı

05.10.2024 | 08:59
Balqabaq minbir dərdə dəvadır!

05.10.2024 | 08:58
“Bozqurd” işarəsi ilə gündəmə gəlmişdi - Merihin heykəli ucaldıldı - Foto

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031