YAP yarandığı gündən ümumxalq partiyası kimi nüfuz qazanıb - FOTOLAR

Image



Yeni Azərbaycan Partiyası (YAP)  Xətai rayon təşkilatının Qaçaq Nəbi küçəsi 8 ünvanı üzrə ərazi partiya təşkilatında növbəti görüş keçirilib.,

"Gununxeberı.az " xəbər verir ki, görüşdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə cəmiyyətin avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyasının keçdiyi çətin və şərəfli yoldan geniş söhbət açıb. Bildirib ki, bu il təsis olunmasının 32-ci ildönümünü qeyd edəcək YAP yarandığı gündən ümumxalq partiyası kimi nüfuz qazanıb, sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmləndirib. Sözlə əməl birliyi partiyanın nüfuzunun artmasında əhəmiyyətli rol oynayır. Ümummilli Lider Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən danışarkən Yeni Azərbaycan Partiyasının yaradılması xüsusi qeyd edilir. Partiyanın dünəninə, bugününə və gələcəyinə böyük inamla yanaşan Ulu Öndər Heydər Əliyevin bu çağırışı da daim vurğulanır ki, YAP-a xidmət etmək dövlətə, xalqa xidmət etmək deməkdir.

Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycanın hər bir uğurunda Yeni Azərbaycan Partiyasının öz payı, rolu vardır. Bu reallıq daim önə çəkilir ki, partiyanın ilk Proqramı tarixi Zəfərimizə qədərki dövrün reallıqlarına uyğun  hədəfləri özündə əks etdirdi. Əsas hədəf  “Yeni Azərbaycan uğrunda” oldu. 2020-ci ildə tarixi Zəfərimiz bütün sahələrdə yeniliklərə, təkmilləşməyə yol açdı. Dövlət başçısı, YAP-ın Sədri İlham Əliyev partiyanın VII qurultayında müasir dövrün tələblərini özündə ehtiva edən yeni Proqramın işlənib hazırlanması tapşırığını verdi. 2021-ci ilin sonunda “Biz birlikdə güclüyük!” devizi əsasında təsdiqlənən yeni Proqramın uğurlu icrası istiqamətində mühüm addımlar atılır. Çağırışdan da göründüyü kimi, səylərin birləşdirilməsi, hədəflərə doğru birgə addımların atılması YAP-ın fəaliyyətində vacib amillərdən biridir. Sıralarında 800 minə yaxın üzvü birləşdirən Yeni Azərbaycan Partiyası yarandığı gündən qəbul etdiyi qərarları, yeni təşəbbüsləri ilə daim Azərbaycanın qüdrətlənməsinə, xalqımızın rifahının daha da yaxşılaşdırılmasına çalışıb.

YAP Xətai rayon təşkilatının sədri onu da qeyd edib ki, tarixi Zəfərimizdən sonra  həm ölkəmizin, həm də Yeni Azərbaycan Partiyasının həyatında yeni dövr başlayıb. Bu gün Azərbaycan möhtəşəm uğurları, Zəfərləri ilə dünyanın diqqətindədir. İnkişafın təkmil modelini nümayiş etdirən Azərbaycana hansı sahədən baxsaq  davamlı uğurların şahidi olarıq. Kompleks tədbirlərin həyata keçirilməsi, bütün sahələrin inkişafına yönələn Dövlət proqramlarının icrası ölkəmizin hərtərəfli inkişafını təmin edir. Hər bir Azərbaycan vətəndaşı, hər bir YAP üzvü qalib Azərbaycanın uğurlarının, tarixi həqiqətlərinin təbliğində fəal iştirakı özünə borc bilir. Dövlətimizin ədalətə və beynəlxalq hüquqa söykənən siyasətinin nəticələri göz qabağındadır. Qalib, ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş ölkənin vətəndaşı, Azərbaycanı uğurlu gələcəyə aparan ideyaların müəllifi, Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu, Prezident İlham Əliyevin hazırda uğurla inkişaf etdirdiyi partiyanın üzvü olmaq böyük şərəfdir.

Tədbirdə çıxış edən YAP ərazi partiya təşkilatının sədri Könül Məmmədli Azərbaycanın uğurlarından, Yeni Azərbaycan Partiyasının xalqın partiyası kimi möhkəmlənən mövqeyindən bəhs edib.

Sonda partiya sıralarına yeni qəbul olunanlara YAP-ın üzvlük vəsiqəsi təqdim edilib. Yeni üzvlərdən Səlbinaz Vəliyeva çıxışında bu gün dünya miqyasında böyük nüfuza malik qüdrətli ölkənin vətəndaşı, YAP kimi partiyanın üzvü olmaqdan qürur duyduğunu bildirib.

  • YAP yarandığı gündən ümumxalq partiyası kimi nüfuz qazanıb - FOTOLAR
  • YAP yarandığı gündən ümumxalq partiyası kimi nüfuz qazanıb - FOTOLAR
  • YAP yarandığı gündən ümumxalq partiyası kimi nüfuz qazanıb - FOTOLAR
  • YAP yarandığı gündən ümumxalq partiyası kimi nüfuz qazanıb - FOTOLAR








XƏBƏR LENTİ

06.10.2024 | 14:48
5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür.

06.10.2024 | 14:44
Dövlət başçısı Azərbaycanın düşmənlərinə, regionu yenidən alova bürümək istəyən qüvvələrə, xüsusilə də 44 günlük müharibədə darmadağın edilən Ermənistana sərt ismarıc ünvanladı

06.10.2024 | 14:34
Vətən müharibəsində şəhid olan leytenantın anım günüdür - FOTO

06.10.2024 | 08:44
“Ermənistan seçim etməlidir” - Rəsmi Bakı

06.10.2024 | 08:42
YAP Yasamal rayon AMEA Mərkəzi Elmi Kitabxana üzrə ilk ərazi partiya təşkilatının sədr müavini seçilib

05.10.2024 | 22:49
BFT-də baş verənlər Fransanın özünün dar maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürüdür - XİN

05.10.2024 | 20:46
Goranboyda Şəhid Rauf Cabbarovun xatirəsi yad edilib-Fotolar

05.10.2024 | 20:34
Almatı Bəyannaməsi Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz - XİN

05.10.2024 | 20:31
“Bu, ötənilki ucuz şounun davamıdır” - Bəyanat

05.10.2024 | 20:30
Bir qrup deputat Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini, USAİD-in ölkəmizdəki fəaliyyətinə son qoyulmasını istəyib

05.10.2024 | 20:25
Bir qrup deputat Ceyhun Bayramova müraciət etdi

05.10.2024 | 20:21
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

05.10.2024 | 19:16
Elçin Əmirbəyov: "Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələr inkişaf edir"

05.10.2024 | 19:13
Əli Nağıyev Astanada mühüm tədbirdə iştirak edib

05.10.2024 | 18:31
Milli Kitabxanada "Macarıstan ədəbiyyatı guşəsi"nin açılış mərasimi keçirilib - FOTOLAR

05.10.2024 | 18:25
Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun görüşü keçirilib 47

05.10.2024 | 18:14
"Bu ölkələr üçün heç bir dəyər, ölçü vahidi yoxdur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

05.10.2024 | 18:10
Milli Məclisin deputatı ATƏT-in konfransında iştirak edəcək

05.10.2024 | 18:09
Deputatlarımız Qazaxıstanda keçiriləcək referendumu müşahidə edəcəklər

05.10.2024 | 18:06
Milli Məclisin deputatı Mahir Süleymanlı Vətən Müharibəsi şəhidi İlkin Ağaquliyevin doğum günündə ailəsini ziyarət edib

05.10.2024 | 18:02
Naxçıvana ayrılan vəsait azaldıldı - FƏRMAN

05.10.2024 | 17:59
Mahir Emrelinin komandası qalib gəldi

05.10.2024 | 17:57
Baş nazir “Azərenerji”nin prezidentinə şiddətli töhmət verdi

05.10.2024 | 17:55
İlham Əliyev deputatı ad günündə təltif etdi

05.10.2024 | 17:52
Onlara Prezident təqaüdü veriləcək - Siyahı

05.10.2024 | 17:46
Cəbrayılın yeni mənzərəsi dövlətimizin gücünü göstərir

05.10.2024 | 12:27
Siqaretlə bağlı cərimələr kəskin artırılır

05.10.2024 | 12:24
Azərbaycan nefti bahalaşdı

05.10.2024 | 11:20
Zərdabda narkokuryer saxlanılıb

05.10.2024 | 11:10
Azərbaycan öz təhlükəsizliyini, gələcək inkişafını təmin edib və edəcək Fotolar

05.10.2024 | 10:14
Bu gün müəllimlərin peşə bayramıdır.

05.10.2024 | 10:11
Mənzillərin kirayələnməsi zamanı sığorta məqsədilə depozit TƏLƏB OLUNUR?

05.10.2024 | 09:26
Azərbaycan Premyer Liqası: Bu gün IX turun daha iki oyunu keçiriləcək

05.10.2024 | 09:23
Prezident Cəbrayılın azad olunmasının dördüncü ildönümü ilə bağlı paylaşım edib

05.10.2024 | 09:15
Bu gün Beynəlxalq Müəllimlər Günüdür

05.10.2024 | 09:09
Bakıda obyektdə iyrənc mənzərə - Siçovul pirojkini belə yedi - Video

05.10.2024 | 09:02
Vətən müharibəsinin doqquzuncu günü - Cəbrayıl rayonunun daha üç kəndi işğaldan azad edilir 27

05.10.2024 | 09:00
Türkiyə millisinin heyəti açıqlandı

05.10.2024 | 08:59
Balqabaq minbir dərdə dəvadır!

05.10.2024 | 08:58
“Bozqurd” işarəsi ilə gündəmə gəlmişdi - Merihin heykəli ucaldıldı - Foto

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031