Pirallahı rayonunda 15 iyun-Milli Qurtuluş Günü münasibətilə “Qurtuluş Günü: Milli Birlik və Qürur Günü” mövzusunda konfrans keçirilmişdir

Image

Pirallahı rayonunda 15 iyun-Milli Qurtuluş Günü münasibətilə “Qurtuluş Günü: Milli Birlik və Qürur Günü” mövzusunda konfrans keçirilmişdir

      13 iyun 2024-cü il tarixdə Pirallahı rayonunda 15 iyun-Milli Qurtuluş Günü münasibətilə “Qurtuluş Günü: Milli Birlik və Qürur Günü” mövzusunda konfrans keçirilmişdir. Tədbirdə RİH başçısı Vasif İmanov, “Səs” Media qrupunun rəhbəri Bəhruz Quliyev, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, RİH başçısı Aparatının məsul əməkdaşları, rayon ərazisində fəaliyət göstərən idarə, müəssisə, təşkilat rəhbərləri və kollektiv üzvləri, Qeyri-hökumət təşkilatlarının nümayəndələri, Vətən müharibəsi iştirakçıları, şəhid ailələri, fəal gənclər iştirak etdilər.      

      Tədbir Rayon İcra Hakimiyyətinin foyesində Ulu öndər Heydər Əliyevin büstü önünə gül qoyma mərasimi ilə başlamışdır.

         İlk öncə dövlət himnimiz səsləndirilmiş, ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad  edilmişdir. 15 iyun-Milli Qurtuluş gününə həsr olunmuş video-çarxa baxılmışdır.

       YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov çıxış edərək bildirdi ki, hər bir xalqın taleyində elə günlər olur ki, onlar tarixə qızıl hərflərlə yazılır. Azərbaycan xalqının da taleyində böyük əhəmiyyəti olan günlərdən biri və ən önəmlisi 15 İyun - Milli Qurtuluş Günüdür. Həmin tarixi gündən bizi 31 illik zaman ayırır. 1990-1993-cü illərdə ölkəmizdə baş verən hadisələr onu göstərdi ki, Azərbaycanın nicatı yalnız ulu öndərin ideyalarındadır. Ölkəmizdə anarxiya və xaos hökm sürürdü. Torpaqlarımız işğal olunur, Azərbaycan məhvə sürüklənirdi. Ölkəmiz real olaraq parçalanmaq təhlükəsi qarşısında qalmışdı. Bir sözlə, qurtuluş Azərbaycanda qaçılmaz zərurətə çevrilmişdi. Bu qurtuluşu isə yalnız ümummilli liderimiz Heydər Əliyev kimi dahi şəxsiyyət həyata keçirə bilərdi. Məhz bu tarixi qayıdış Azərbaycanın varlığını, müstəqilliyini, dövlətçiliyini qoruyub saxladı, ölkəni parçalanmaqdan, vətəndaş müharibəsindən xilas etdi. 

     Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Arzu Əliyevaya çıxışında bildirdi ki, Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra  ölkəyə rəhbərlik etdiyi müddətdə Azərbaycanı çətin vəziyyıətdən çıxarmaq üçün zəruri addımlar atmışdır. Azərbaycan-Ermənistan arasında atəşkəsin imzalanmasına nail olunmuş, ölkə iqtisadiyyatının inkişafına təkan verən ən böyük strateji əhəmiyyətli “Əsrin müqaviləsi” imzalanmış, dövlət quruculuğu istiqamətində yeni Konstitutsiya qəbul olunmuş, müstəqillik dövründə Milli Məclisə seçkilər keçirilmiş, yerli özünüidarəetmə orqanlarının formalaşdırılması istiqamətində bələdiyyə seçkiləri keçirilmiş, Azərbaycan Respublikası Avropa Şurasına qəbul edilmiş, Dünya Azərbaycanlılarının I Qurultayı təşkil olunmuşdur. Bu gün biz qurtuluşun əhəmiyyətini dərk edərək, Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirmək və ölkəmizin inkişafına öz töhfəmizi vermək üçün birlikdə çalışmalıyıq.

          “Səs” Media qrupunun rəhbəri Bəhruz Quliyev bildirmişdir ki, bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, dünyada Azərbaycanın nüfuzu daha da artır. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynadı. Bütün varlığı ilə vətəninə bağlı olan dünya şöhrətli  dövlət xadimi Heydər Əliyev çağdaş tariximizdə əbədiləşmiş, respublikamıza rəhbərliyinin bütün dövrlərində xalq qarşısında misilsiz xidmətlər, xilaskarıq missiyası, zəngin dövlətçilik nümunəsi göstərmişdir. Azərbaycana rəhbərlik etdiyi vaxtlarda xalqımızın rifahını düşünərək bu ali amal uğrunda yorulmaz fəaliyyət göstərərək, qəlblərdə daim sevgi, xatirələrdə əbədiyaşarlıq qazanmışdır.

       Tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov çıxışında vurğuladı ki, Azərbaycan xalqının taleyində əlamətdar yer tutan bu gün, ölkəmizin suverenliyinin qorunması və müstəqilliyimizin təmin olunmasında müstəsna əhəmiyyət kəsb edir. 1993-cü ilin həmin günündə xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçilərək ölkənin rəhbərliyinə gəldi və Azərbaycanı vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas etdi. Beləliklə, Azərbaycan üçün tarixi dönüş nöqtəsi başladı. O vaxt ölkə ciddi siyasi və iqtisadi böhran içində idi, daxili çəkişmələr və parçalanma təhlükəsi hər an baş verə bilərdi. Belə bir çətin zamanda Heydər Əliyevin uzaqgörən və qətiyyətli liderliyi sayəsində Azərbaycan bu təhlükələrdən xilas oldu və stabillik yoluna qədəm qoydu. Ümumilikdə, Ulu Öndər Heydər Əliyevin fəaliyyəti, müasir Azərbaycanın inkişafı üçün mühüm bir təməl yaratdı. Onun uzaqgörən siyasəti, ölkənin müstəqilliyini möhkəmləndirərək, Azərbaycanı regionda güclü və sabit bir dövlətə çevirdi. 

       Sonda Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov bu əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik edərək bildirdi ki, bu gün mühüm nailiyyətin əldə edilməsində ümummilli lider Heydər Əliyevin fədakar xidmətlərinin müstəsna əhəmiyyəti vardır. Xalqımız artıq neçə ildir ki, bu bayramı yüksək əhvali-ruhiyyə, milli qürur hissi, Qələbə ovqatı ilə qeyd edir. Qurucusu Ümummilli Lider Heydər Əliyev olan şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində parlaq Qələbə qazanaraq işğal altındakı torpaqlarımızı azad etdi, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Ulu Öndərin arzuları 27 ildən sonra reallaşdı, cənab İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Noyabr ayında COP-29 kimi nəhəng və möhtəşəm tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq aləmdə qazandığı böyük diplomatik və siyasi qüdrətin təntənəsidir. Müasir müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin davamçısı olan cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, ardıcıl nailiyyətlər qazanaraq yeni zirvələr fəth edir.

      Tədbirdə rayonun ictimai həyatında fərqlənən bir qrup şəxs Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərmanlarla təltif olunmuşdur.

Gununxeberı.az 










XƏBƏR LENTİ

06.10.2024 | 14:48
5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür.

06.10.2024 | 14:44
Dövlət başçısı Azərbaycanın düşmənlərinə, regionu yenidən alova bürümək istəyən qüvvələrə, xüsusilə də 44 günlük müharibədə darmadağın edilən Ermənistana sərt ismarıc ünvanladı

06.10.2024 | 14:34
Vətən müharibəsində şəhid olan leytenantın anım günüdür - FOTO

06.10.2024 | 08:44
“Ermənistan seçim etməlidir” - Rəsmi Bakı

06.10.2024 | 08:42
YAP Yasamal rayon AMEA Mərkəzi Elmi Kitabxana üzrə ilk ərazi partiya təşkilatının sədr müavini seçilib

05.10.2024 | 22:49
BFT-də baş verənlər Fransanın özünün dar maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürüdür - XİN

05.10.2024 | 20:46
Goranboyda Şəhid Rauf Cabbarovun xatirəsi yad edilib-Fotolar

05.10.2024 | 20:34
Almatı Bəyannaməsi Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz - XİN

05.10.2024 | 20:31
“Bu, ötənilki ucuz şounun davamıdır” - Bəyanat

05.10.2024 | 20:30
Bir qrup deputat Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini, USAİD-in ölkəmizdəki fəaliyyətinə son qoyulmasını istəyib

05.10.2024 | 20:25
Bir qrup deputat Ceyhun Bayramova müraciət etdi

05.10.2024 | 20:21
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

05.10.2024 | 19:16
Elçin Əmirbəyov: "Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələr inkişaf edir"

05.10.2024 | 19:13
Əli Nağıyev Astanada mühüm tədbirdə iştirak edib

05.10.2024 | 18:31
Milli Kitabxanada "Macarıstan ədəbiyyatı guşəsi"nin açılış mərasimi keçirilib - FOTOLAR

05.10.2024 | 18:25
Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun görüşü keçirilib 47

05.10.2024 | 18:14
"Bu ölkələr üçün heç bir dəyər, ölçü vahidi yoxdur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

05.10.2024 | 18:10
Milli Məclisin deputatı ATƏT-in konfransında iştirak edəcək

05.10.2024 | 18:09
Deputatlarımız Qazaxıstanda keçiriləcək referendumu müşahidə edəcəklər

05.10.2024 | 18:06
Milli Məclisin deputatı Mahir Süleymanlı Vətən Müharibəsi şəhidi İlkin Ağaquliyevin doğum günündə ailəsini ziyarət edib

05.10.2024 | 18:02
Naxçıvana ayrılan vəsait azaldıldı - FƏRMAN

05.10.2024 | 17:59
Mahir Emrelinin komandası qalib gəldi

05.10.2024 | 17:57
Baş nazir “Azərenerji”nin prezidentinə şiddətli töhmət verdi

05.10.2024 | 17:55
İlham Əliyev deputatı ad günündə təltif etdi

05.10.2024 | 17:52
Onlara Prezident təqaüdü veriləcək - Siyahı

05.10.2024 | 17:46
Cəbrayılın yeni mənzərəsi dövlətimizin gücünü göstərir

05.10.2024 | 12:27
Siqaretlə bağlı cərimələr kəskin artırılır

05.10.2024 | 12:24
Azərbaycan nefti bahalaşdı

05.10.2024 | 11:20
Zərdabda narkokuryer saxlanılıb

05.10.2024 | 11:10
Azərbaycan öz təhlükəsizliyini, gələcək inkişafını təmin edib və edəcək Fotolar

05.10.2024 | 10:14
Bu gün müəllimlərin peşə bayramıdır.

05.10.2024 | 10:11
Mənzillərin kirayələnməsi zamanı sığorta məqsədilə depozit TƏLƏB OLUNUR?

05.10.2024 | 09:26
Azərbaycan Premyer Liqası: Bu gün IX turun daha iki oyunu keçiriləcək

05.10.2024 | 09:23
Prezident Cəbrayılın azad olunmasının dördüncü ildönümü ilə bağlı paylaşım edib

05.10.2024 | 09:15
Bu gün Beynəlxalq Müəllimlər Günüdür

05.10.2024 | 09:09
Bakıda obyektdə iyrənc mənzərə - Siçovul pirojkini belə yedi - Video

05.10.2024 | 09:02
Vətən müharibəsinin doqquzuncu günü - Cəbrayıl rayonunun daha üç kəndi işğaldan azad edilir 27

05.10.2024 | 09:00
Türkiyə millisinin heyəti açıqlandı

05.10.2024 | 08:59
Balqabaq minbir dərdə dəvadır!

05.10.2024 | 08:58
“Bozqurd” işarəsi ilə gündəmə gəlmişdi - Merihin heykəli ucaldıldı - Foto

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031