Güclü dövlət, güclü ordu

Image



         Məlumdur ki, yaşadığımız müasir dünyada beynəlxalq hüququn işləmədiyi getdikcə daha aşkar formada özünü büruzə verməkdədir. Planetin müxtəlif guşələrində mütəmadi olaraq yaranan münaqişələrdə məhz güc amilinin həlledici faktor kimi çıxış etməsi də yüksək döyüş qabiliyyətinə malik ordunun hər bir müstəqil ölkə üçün onun suverenliyinin yeganə qarantı olduğunu deməyə tam əsas verir. Təsadüfi deyil ki, bu gün Azərbaycanda ordu quruculuğu işi şəxsən Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin prioritet elan etdiyi və hər zaman xüsusi diqqət mərkəzində saxladığı ən vacib sahələrdən biridir. Buna görə də Azərbaycan bu gün strateji tərəfdaşlıq etdiyi dost ölkələrlə əməkdaşlıq əlaqələrində müdafiə və müdafiə sənayesi kimi sahələrə xüsusi önəm verir.

         Yeri gəlmişkən, qeyd edək ki, 1920-ci ildə Sovet Rusiyası Azərbaycanı ilhaq edərək özünə birləşdirəndən sonra respublikamızda AXC dövründə dövlət quruculuğu istiqamətində ilk addımların atıldığı bütün sahələrdə tam durğunluq yarandı. Əlbəttə ki, həmin illərdə Azərbaycanda ordu quruculuğundan da heç bir söhbət gedə bilməzdi. Yalnız 1969-cu ildə, Ulu Öndər Heydər Əliyevin respublika rəhbərliyinə gəlişindən sonra Azərbaycanda hərbi kadrların hazırlanması prosesi yenidən başlandı. Həmin dövrdə Ümummilli Liderimizin bu istiqamətdə atdığı ən mühüm, ən vacib addımlardan biri əlbəttə ki, 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması oldu. Ulu Öndər özünün mahir diplomatiyası, uzaqgörən siyasəti və böyük zəhməti ilə hərbi məktəbin açılmasına nail oldu. Yenə də məhz Ümummilli Liderimizin səyləri nəticəsində o dövrdə azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxumaları, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbulu mümkün olmuşdu. Etiraf etmək lazımdır ki, Ümummilli Liderimizin atdığı təkcə bu addımlar artıq Azərbaycanda ordu quruculuğu prosesinin ən əhəmiyyətli tarixi mərhələlərinin məhz Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrlərdə həyata keçdiyini deməyə əsas verir.

       Onu da qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu ilə bağlı gördüyü ən möhtəşəm işlər artıq müstəqillik illərinə təsadüf edir. Müstəqilliyimizin ilk illərində o dövrkü iqtidarın səriştəsizliyi və yersiz ambisiyaları ucbatından ölkə sözün əsl mənasında xaos içərisində idi. Belə bir şəraitdə ordu quruculuğundan söhbət belə getmirdi. Pərakəndə halda olan silahlı birləşmələr isə, xalqın və dövlətin deyil, ayrı-ayrı siyasi qüvvələrin maraqlarına xidmət edirdilər. Yalnız 1993-cü ilin yayında Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra bu sahədə də vəziyyət kökündən dəyişdi. Ulu Öndərin səyləri nəticəsində 1994-cü ilin may ayında Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Milli Ordumuzun formalaşması prosesi daha da sürətləndi. Bu istiqamətdə əhatəli islahatlar aparıldı, qısa müddət ərzində hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması başa çatdırıldı, Silahlı Qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı. Azərbaycan Ordusu qısa zaman ərzində böyük inkişaf yolu keçərək, bölgənin ən güclü silahlı qüvvələrinə çevrildi. Bütün bu inkişafın, uğur və nailiyyətlərin ən başlıca səbəbi, ordu quruculuğuna dövlətin müstəqilliyinə, xalqın milli maraqlarına sonsuz sədaqət və məhəbbət mücəssəməsi olan Ulu Öndər Heydər Əliyevin rəhbərlik etməsi idi. Bir məqamı da qeyd etmək lazımdır ki, Ümummilli Lider ötən əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən milli ordunun yaradılması istiqamətində atılmış addımları kifayət qədər yüksək qiymətləndirirdi. Təsadüfi deyil ki, 1918-ci ildə ilk nizami hərbi hissə olan Əlahiddə Azərbaycan Korpusunun yaradıldığı tarixi gün – 26 iyun, Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu.

         Xüsusilə qeyd etmək lazımdır ki, 2003-cü ildən sonra ölkəmizdə ordu quruculuğu tamamilə yeni, keyfiyyətcə daha yüksək bir mərhələyə keçid etdi. Məhz bu mərhələdə Azərbaycan Ordusunun dünya hərb sənayesinin ən son texnoloji məhsulları ilə, ən müasir hərbi texnika ilə təchiz olunması geniş vüsət aldı. Ölkənin iqtisadi gücündən maksimum faydalanaraq Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev ordumuzu Türkiyə, İsrail, Rusiya, Belarus və digər dövlətlərin müasir hərbi texnikaları ilə təchiz etdi, modernləşməni həyata keçirdi. Bununla da Azərbaycan Ordusu peşəkar, ən müasir tələblərə cavab verən orduya çevrildi. Nəhayət 44 günlük Vətən müharibəsi Şanlı Ordumuzun gücünü-qüdrətini bütün dünyaya canlı olaraq nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 2020-ci ildə 44 gün ərzində apardığı Vətən müharibəsində tarixi Zəfər əldə etdi. Əldə olunmuş bu tarixi Qələbə birmənalı olaraq 2003-2020-ci illər ərzində cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilmiş çoxşaxəli hazırlıq işləri sayəsində təmin edildi. 

     Ən əsası, ölkəmizin güclü bir dövlətə çevrilməsinə və nəticə etibarı ilə öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsinə zəmin yaratmış ən önəmli faktor məhz ölkəmizdə xüsusilə müharibəyə qədər keçmiş 17 ildə müşahidə olunan dinamik iqtisadi inkişaf amili və bu əsasda həyata keçirilən qüdrətli ordu quruculuğu işidir.

           Siyavuş Quliyev,

YAP Göygöl rayon təşkilatı üzrə Sarısu kən ərazi partiya təşkilatının sədri

 








XƏBƏR LENTİ

06.10.2024 | 14:48
5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür.

06.10.2024 | 14:44
Dövlət başçısı Azərbaycanın düşmənlərinə, regionu yenidən alova bürümək istəyən qüvvələrə, xüsusilə də 44 günlük müharibədə darmadağın edilən Ermənistana sərt ismarıc ünvanladı

06.10.2024 | 14:34
Vətən müharibəsində şəhid olan leytenantın anım günüdür - FOTO

06.10.2024 | 08:44
“Ermənistan seçim etməlidir” - Rəsmi Bakı

06.10.2024 | 08:42
YAP Yasamal rayon AMEA Mərkəzi Elmi Kitabxana üzrə ilk ərazi partiya təşkilatının sədr müavini seçilib

05.10.2024 | 22:49
BFT-də baş verənlər Fransanın özünün dar maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürüdür - XİN

05.10.2024 | 20:46
Goranboyda Şəhid Rauf Cabbarovun xatirəsi yad edilib-Fotolar

05.10.2024 | 20:34
Almatı Bəyannaməsi Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz - XİN

05.10.2024 | 20:31
“Bu, ötənilki ucuz şounun davamıdır” - Bəyanat

05.10.2024 | 20:30
Bir qrup deputat Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini, USAİD-in ölkəmizdəki fəaliyyətinə son qoyulmasını istəyib

05.10.2024 | 20:25
Bir qrup deputat Ceyhun Bayramova müraciət etdi

05.10.2024 | 20:21
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

05.10.2024 | 19:16
Elçin Əmirbəyov: "Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələr inkişaf edir"

05.10.2024 | 19:13
Əli Nağıyev Astanada mühüm tədbirdə iştirak edib

05.10.2024 | 18:31
Milli Kitabxanada "Macarıstan ədəbiyyatı guşəsi"nin açılış mərasimi keçirilib - FOTOLAR

05.10.2024 | 18:25
Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun görüşü keçirilib 47

05.10.2024 | 18:14
"Bu ölkələr üçün heç bir dəyər, ölçü vahidi yoxdur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

05.10.2024 | 18:10
Milli Məclisin deputatı ATƏT-in konfransında iştirak edəcək

05.10.2024 | 18:09
Deputatlarımız Qazaxıstanda keçiriləcək referendumu müşahidə edəcəklər

05.10.2024 | 18:06
Milli Məclisin deputatı Mahir Süleymanlı Vətən Müharibəsi şəhidi İlkin Ağaquliyevin doğum günündə ailəsini ziyarət edib

05.10.2024 | 18:02
Naxçıvana ayrılan vəsait azaldıldı - FƏRMAN

05.10.2024 | 17:59
Mahir Emrelinin komandası qalib gəldi

05.10.2024 | 17:57
Baş nazir “Azərenerji”nin prezidentinə şiddətli töhmət verdi

05.10.2024 | 17:55
İlham Əliyev deputatı ad günündə təltif etdi

05.10.2024 | 17:52
Onlara Prezident təqaüdü veriləcək - Siyahı

05.10.2024 | 17:46
Cəbrayılın yeni mənzərəsi dövlətimizin gücünü göstərir

05.10.2024 | 12:27
Siqaretlə bağlı cərimələr kəskin artırılır

05.10.2024 | 12:24
Azərbaycan nefti bahalaşdı

05.10.2024 | 11:20
Zərdabda narkokuryer saxlanılıb

05.10.2024 | 11:10
Azərbaycan öz təhlükəsizliyini, gələcək inkişafını təmin edib və edəcək Fotolar

05.10.2024 | 10:14
Bu gün müəllimlərin peşə bayramıdır.

05.10.2024 | 10:11
Mənzillərin kirayələnməsi zamanı sığorta məqsədilə depozit TƏLƏB OLUNUR?

05.10.2024 | 09:26
Azərbaycan Premyer Liqası: Bu gün IX turun daha iki oyunu keçiriləcək

05.10.2024 | 09:23
Prezident Cəbrayılın azad olunmasının dördüncü ildönümü ilə bağlı paylaşım edib

05.10.2024 | 09:15
Bu gün Beynəlxalq Müəllimlər Günüdür

05.10.2024 | 09:09
Bakıda obyektdə iyrənc mənzərə - Siçovul pirojkini belə yedi - Video

05.10.2024 | 09:02
Vətən müharibəsinin doqquzuncu günü - Cəbrayıl rayonunun daha üç kəndi işğaldan azad edilir 27

05.10.2024 | 09:00
Türkiyə millisinin heyəti açıqlandı

05.10.2024 | 08:59
Balqabaq minbir dərdə dəvadır!

05.10.2024 | 08:58
“Bozqurd” işarəsi ilə gündəmə gəlmişdi - Merihin heykəli ucaldıldı - Foto

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031