Rusiya tezliklə Qafanda Baş Konsulluq açmağı planlaşdırır
“Rusiya yaxın zamanlarda Ermənistanın Sünik vilayətinin Qafan şəhərində ölkənin Baş Konsulluğunu açmağı planlaşdırır”.
“Gununxeberi.az ” xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiyanın xarici işlər nazirinin müavini Yevgeni İvanov deyib.
Bununla belə, rusiyalı diplomat Ermənistanda Baş Konsulluğun açılacağı dəqiq tarixi açıqlamayıb.
Qeyd edək ki, daha əvvəl Qafanda Rusiya Baş Konsulluğunun cari ilin əvvəlində fəaliyyətə başlayacağı gözlənilirdi.