Həcc ziyarətində istilərə görə yüzlərlə insan həlak olub - Yenilənib
Səudiyyə Ərəbistanında builki Həcc ziyarəti zamanı yüksək temperatur səbəbindən yüzlərlə zəvvar həlak olub.
“Gununxeberı.az ” xəbər verir ki, bu barədə “Wahingtonpost” məlumat yayıb.
Bildirilib ki, Səudiyyə Ərəbistanı ölənlərin sayı ilə bağlı şərh verməsə də, yüzlərlə insan Məkkənin Əl-Muaisem məhəlləsindəki Təcili Yardım Kompleksində növbəyə düzülərək, itkin düşən ailə üzvləri haqqında məlumat almağa çalışırlar.
Rəsmi olmayan məlumata görə, beş günlük Həcc ziyarəti zamanı ən azı 550 nəfərin öldüyü bildirilir.
***
AFP-nin məlumatına görə, ölənlərdən 323-ü Misir, 60-ı isə İordaniya vətəndaşıdır.
Qeyd edilib ki, bu il Həcc dövründə Məkkədə temperatur 52 dərəcəyə çatır.