Arda Ronaldonu da keçdi - Tarixə düşdü
Türkiyə millisinin üzvü Arda Gülər Avropa çempionatları tarixinə düşüb.
“Gununxeberı.az ” xəbər verir ki, yarımmüdafiəçi qitə birinciliklərində qol vuran ən gənc futbolçu adına yiyələnib.
A.Gülər buna Kriştianu Ronaldonu geridə qoymaqla nail olub.
Belə ki, Ronaldo 2004-cü ildə Portuqaliyada keçirilən AÇ-də qol vurarkən 19 yaş 128 günlüyündə idi. Arda isə 19 yaş 114 günlüyündə fərqlənməklə bu rekordu qırıb.