Xəzər rayonunda 15 iyun - Milli Qurtuluş Günü" münasibətilə tədbir keçirilib

Image


Xəzər Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Xəzər Rayon Təşkilatının

birgə təşkilatçılığı ilə "15 iyun - Milli Qurtuluş Günü"nə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon

təşkilatının sədri Namiq Əhmədov, Milli Məclisin deputatları Sadiq Qurbanov, Jalə

Əhmədova, Azərbaycan Respublikası Prezidenti Katibliyinin sabiq rəisi, 1-ci dərəcəli dövlət

müşaviri, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə, RİH başçısının müavinləri, RİH

başçısı Aparatının şöbə müdirləri, təhsil və səhiyyə müəssisələrinin rəhbərləri, rayon

ictimaiyyətinin nümayəndələri və şəhid ailələrinin üzvləri iştirak edib.

Zirə Mədəniyyət Mərkəzi - Eko-Parkda təşkil olunan tədbirdə qonaqlar öncə Ulu Öndər

Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respubikasının ərazi bütövlüyü

naminə canından keçən şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə

başlayıb.

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov çıxış edərək qeyd edib ki,

müasir Azərbaycan dövlətçiliyinin tarixi başlanğıcı sayılan Milli Qurtuluş Günü çağdaş

tariximizin qızıl hərflərlə yazılmış ən şanlı səhifələrindən biridir. Ümummilli Lider Heydər

Əliyevin böyük xilaskarlıq fəaliyyətinə başladığı 15 iyun tarixində müstəqil Azərbaycan

dövlətinin və xalqının həyatında tamamilə yeni bir dövrə qədəm qoyuldu. Ulu Öndər Heydər

Əliyev hakimiyyətə qayıtdıqdan sonra zəngin dövlətçilik təcrübəsinə və ümummilli maraqlara

əsaslanaraq ölkəmizi siyasi böhrandan xilas etdi. Ulu Öndər müstəqilliyimizin məhv olması,

ölkəmizin parçalanması, daxili və xarici qüvvələrin məkrli oyunlarının qarşısını böyük

məharətlə almaqla yanaşı, dövlətçiliyimizin inkişafı naminə yeni strategiya müəyyənləşdirdi.

Ümummilli Lider Heydər Əliyev tərəfindən həyata keçirilən islahatlar, beynəlxalq əhəmiyyətli

sosial-iqtisadi və siyasi layihələr dövlətimizin tərəqqisinin əsasını qoydu. 15 İyun – Milli

Qurtuluş Günündən başlayan böyük siyasi kurs Azərbaycan Respublikasının Prezidenti

cənab İlham Əliyev tərəfindən çox uğurla davam etdirildiyini qeyd edən E.Salahov eyni

zamanda aparılan daxili, xarici və iqtisadi siyasət nəticəsində Azərbaycanın əldə etdiyi qüdrət

qloballaşan dünyada dövlətimizin qarantına çevrildiyini vurğuladı. 44 günlük Vətən

müharibəsində Azərbaycan əsgəri sözün əsl mənasında xalqımızın hərb və qürur tarixini

yazdı. Rəşadətli Silahlı Qüvvələrimiz Müzəffər Ali Baş Komandanımızın müdrik siyasəti və

qətiyyəti sayəsində uzun müddət davam edən münaqişənin cəmi 44 gün ərzində hərbi yolla

sürətli və ədalətli həllinin mümkünlüyünü bütün dünyaya sübut etdi. 30 ilə yaxın müddətdə

düşmən əsarətində olan torpaqlarımız azad olundu. Torpaqlarımızı azad etməklə biz

dünyaya qalib xalq, qalib dövlət kimi tanındıq.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikası və Azərbaycan xalqı

qarşısında olan misilsiz xidmətlərindən danışan Milli Məclisin deputatları Sadiq Qurbanov,

Jalə Əhmədova eyni zamanda Ulu öndərlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşdülər.

Çıxış edən Azərbaycan Respublikası Prezidenti Katibliyinin sabiq rəisi, 1-ci dərəcəli

dövlət müşaviri, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə bəşər tarixində nadir

insanların həyat və fəaliyyəti bütün millətin, xalqın, dövlətin taleyini həll etmiş olduğunu qeyd

edərək, Heydər Əliyevin də məhz belə bir şəxsiyyət kimi tarixdə həkk olunduğunu vurğuladı.

Vahid, bölünməz Azərbaycanın qorunması və möhkəmləndirilməsi xalqımızın Ümummilli

lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edərək, onun həyat və fəaliyyəti barədə

danışdı və Ulu öndərlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşdü.


Tədbirdə çıxış edən Namiq Əhmədov Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən,

müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində Ümummilli Lider Heydər Əliyevin

misilsiz xidmətlərindən danışaraq, 1993-cü ildə ölkəmizdə xaos və anarxiyanın hökm sürdüyü

günlərdə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtması

nəticəsində siyasi-ictimai sabitliyin bərpa olunduğunu, vətəndaş müharibəsinin qarşısının

alındığını qeyd edib və bu tarixi gün, eyni zamanda, müasir Azərbaycan dövlətçiliyinin xilası

günü olduğunu vurğuladı.

Tədbirin sonunda xatirə şəkli çəkildi.































XƏBƏR LENTİ

06.10.2024 | 14:48
5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür.

06.10.2024 | 14:44
Dövlət başçısı Azərbaycanın düşmənlərinə, regionu yenidən alova bürümək istəyən qüvvələrə, xüsusilə də 44 günlük müharibədə darmadağın edilən Ermənistana sərt ismarıc ünvanladı

06.10.2024 | 14:34
Vətən müharibəsində şəhid olan leytenantın anım günüdür - FOTO

06.10.2024 | 08:44
“Ermənistan seçim etməlidir” - Rəsmi Bakı

06.10.2024 | 08:42
YAP Yasamal rayon AMEA Mərkəzi Elmi Kitabxana üzrə ilk ərazi partiya təşkilatının sədr müavini seçilib

05.10.2024 | 22:49
BFT-də baş verənlər Fransanın özünün dar maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürüdür - XİN

05.10.2024 | 20:46
Goranboyda Şəhid Rauf Cabbarovun xatirəsi yad edilib-Fotolar

05.10.2024 | 20:34
Almatı Bəyannaməsi Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz - XİN

05.10.2024 | 20:31
“Bu, ötənilki ucuz şounun davamıdır” - Bəyanat

05.10.2024 | 20:30
Bir qrup deputat Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini, USAİD-in ölkəmizdəki fəaliyyətinə son qoyulmasını istəyib

05.10.2024 | 20:25
Bir qrup deputat Ceyhun Bayramova müraciət etdi

05.10.2024 | 20:21
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

05.10.2024 | 19:16
Elçin Əmirbəyov: "Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələr inkişaf edir"

05.10.2024 | 19:13
Əli Nağıyev Astanada mühüm tədbirdə iştirak edib

05.10.2024 | 18:31
Milli Kitabxanada "Macarıstan ədəbiyyatı guşəsi"nin açılış mərasimi keçirilib - FOTOLAR

05.10.2024 | 18:25
Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun görüşü keçirilib 47

05.10.2024 | 18:14
"Bu ölkələr üçün heç bir dəyər, ölçü vahidi yoxdur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

05.10.2024 | 18:10
Milli Məclisin deputatı ATƏT-in konfransında iştirak edəcək

05.10.2024 | 18:09
Deputatlarımız Qazaxıstanda keçiriləcək referendumu müşahidə edəcəklər

05.10.2024 | 18:06
Milli Məclisin deputatı Mahir Süleymanlı Vətən Müharibəsi şəhidi İlkin Ağaquliyevin doğum günündə ailəsini ziyarət edib

05.10.2024 | 18:02
Naxçıvana ayrılan vəsait azaldıldı - FƏRMAN

05.10.2024 | 17:59
Mahir Emrelinin komandası qalib gəldi

05.10.2024 | 17:57
Baş nazir “Azərenerji”nin prezidentinə şiddətli töhmət verdi

05.10.2024 | 17:55
İlham Əliyev deputatı ad günündə təltif etdi

05.10.2024 | 17:52
Onlara Prezident təqaüdü veriləcək - Siyahı

05.10.2024 | 17:46
Cəbrayılın yeni mənzərəsi dövlətimizin gücünü göstərir

05.10.2024 | 12:27
Siqaretlə bağlı cərimələr kəskin artırılır

05.10.2024 | 12:24
Azərbaycan nefti bahalaşdı

05.10.2024 | 11:20
Zərdabda narkokuryer saxlanılıb

05.10.2024 | 11:10
Azərbaycan öz təhlükəsizliyini, gələcək inkişafını təmin edib və edəcək Fotolar

05.10.2024 | 10:14
Bu gün müəllimlərin peşə bayramıdır.

05.10.2024 | 10:11
Mənzillərin kirayələnməsi zamanı sığorta məqsədilə depozit TƏLƏB OLUNUR?

05.10.2024 | 09:26
Azərbaycan Premyer Liqası: Bu gün IX turun daha iki oyunu keçiriləcək

05.10.2024 | 09:23
Prezident Cəbrayılın azad olunmasının dördüncü ildönümü ilə bağlı paylaşım edib

05.10.2024 | 09:15
Bu gün Beynəlxalq Müəllimlər Günüdür

05.10.2024 | 09:09
Bakıda obyektdə iyrənc mənzərə - Siçovul pirojkini belə yedi - Video

05.10.2024 | 09:02
Vətən müharibəsinin doqquzuncu günü - Cəbrayıl rayonunun daha üç kəndi işğaldan azad edilir 27

05.10.2024 | 09:00
Türkiyə millisinin heyəti açıqlandı

05.10.2024 | 08:59
Balqabaq minbir dərdə dəvadır!

05.10.2024 | 08:58
“Bozqurd” işarəsi ilə gündəmə gəlmişdi - Merihin heykəli ucaldıldı - Foto

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031