“Əsrin sərkərdəsi” kitabının təqdimatı və yaradıcılıq gecəsi keçirildi

Image

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş

Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası şair, yazıçı-

publisist, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Pərixanım

Mikayılqızının (Muradova) 70 illik yubileyi ilə əlaqədar yazıçının yaradıcılıq

gecəsi və “Əsrin sərkərdəsi” kitabının təqdimatı keçirildi.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi.

Vətən, torpaq uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir

dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət

işçisi, Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova açaraq,

qonaqları salamladı. O, Pərixanım Mikayılqızının yaradıcılığı haqqında

tədbir iştirakçılarına qısa məlumat verdi. Bildirdi ki, yazıçı 8 kitab, 200-ə

yaxın elmi və publisistik məqalələr, çoxsaylı şeir və hekayələr müəllifidir. O,

F.b.Köçərlinin yaradıcılığının tədqiqatçısıdır. F.b.Köçərli haqqında

F.b.Köçərli: “Ümmətdən millətə doğru” kitabının müəllifidir.

Filologiya üzrə fəlsəfə doktoru Lalə Hacıyeva çıxışında vurğuladı ki,

44 günlük savaşın eyforiyasının hələ də yaşamaqdadır, bu böyük

sərkərdəmiz İlham Əliyevin nailiyyəti idi. Pərixanım Mikayılqızı bu Qələbəni

şərtləndirən amilləri tədqiq etməyə çalışıb. “Əsrin sərkərdəsi” kitabı bu

günkü və gələcək nəsillər üçün maraqlı mənbə olacaqdır.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Səkinə Bayramova bugünkü

tədbirdə iştirak etdiyinə görə qürur hissi keçirdiyini bildirdi. İşığına

toplaşdığımız “Əsrin sərkərdəsi” kitabında da 44 günlük savaşın təsiri hiss

olunur. Dünyanın diqqət mərkəzinə Azərbaycanı gətirən Ali Baş

Komandanımız İlham Əliyev haqqında kitab yazmaq qürurvericidir.

Tanınmış şair, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu

Qadir Hüseynov Pərixanım Mikayılqızını təbrik etdi və “Sən də bir

əsgərsən, sən də bir əsgər” şeirini yazıçıya hədiyyə etdi.

“Azərbaycan Yazıçı Qadınlar” İctimai Birliyinin sədri, yazıçı, publisist

Nüşabə Məmmədli Pərixanım Mikayılqızını hər şeydən öncə humanist, incə

qəlbli yaradıcı biri kimi tanıdığını bildirdi. Onu yubiley və yeni kitabının işıq

üzü görməsi ilə təbrik etdi, yaradıcılıq uğurları arzuladı.

Hüquq elmləri doktoru, professor, Azərbaycanda mülki məcəllə üzrə

ilk alim xanım Məhəbbət Dəmirçiyeva P.Mikayılqızı haqqında öz müsbət


fikirlərini söylədi, onu təbrik etdi, nailiyyətlər arzuladı. O qeyd etdi ki,

Prezident İlham Əliyevdən yazılan kitab çox dəyərlidir.

“Yeni təfəkkür” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Şəmsiyyə

Kərimova müəllifi yubiley münasibətilə təbrik etdi, uğurlarının davamlı

olacağına ümid etdiyini vurğuladı.

Bakı Mühəndislik Universitetinin Həmkarlar Komitəsinin sədri, tarix

elmləri doktoru, professor Şikar Qasımov P.Mikayılqızının yaradıcılığını

çağlayan bulağa bənzətdi. Yazıçının “Əsrin sərkərdəsi” kitabı İlham Əliyev

yoluna verilən qiymətdir. O, müəllifə uğurlar arzuladı.

“Borçalı” nəşriyyatının baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru

Müşfiq Borçalı ZİM və Ziyainfo.az saytının təşəbbüsü ilə AJB-nın üzvü,

jurnalist P.Mikayılqızını 70 illik yubileyi münasibətilə Fəxri fərmanla təltif

etdi.

Filologiya elmləri doktoru, professor Sevil Həsənova çıxışında

vurğuladı ki, harada qadınlar varsa, orada xoşbəxtlik, səadət var. Kitaba

görə müəllifə minnətdarlığını bildirdi. Yazıçıya Cavid əbədiyaşarlığı

arzuladı.

Şair-publisist Təranə Cəbiyeva müəllifi təbrik etdi, ona yaradıcılıq

uğurları arzuladı

Filologiya elmləri doktoru, Əməkdar jurnalist Qərənfil Dünyaminqızı

P.Mikayılqızının “Ümmətdən millətə doğru” kitabına yazdığı məqalə

haqqında danışdı və qeyd etdi ki, “Əsrin sərkərdəsi” kitabı da dəyərli

kitabdır.

Şair, publisist Əzizə Ağahüseynqızı çıxışını Məmməd Aslanən şeiri ilə

başladı. Müəllifə yaradıcılıq uğurları arzuladı və özünün Azərbaycan

əsgərinə həsr etdiyi şeirini oxudu.

AYB-nin üzvü, “Azərbaycan və Türk Dünyası Yazıçıları” Birliyinin

üzvü, Səda TV-nin icraçı direktoru Hacı İlham Qurbanoğlu çıxışında qeyd

etdi ki, biz bu gün azadlığımızı, firavan yaşamağımızı şəhidlərimizə,

qazilərimizə borcluyuq. Ali Baş Komandan haqqında kitab yazmaq şərəfli

bir işdir. O, qadın haqqında şeir oxudu.

Şair, publisist, “Ədəbi incilər” jurnalının baş redaktoru Xalidə Nuray

“Əsrin sərkərdəsi” kitabına görə müəllifə təşəkkürünü bildirdi. X.Nuray “Şeir

qadını” şeirini oxudu.


Həvəskar şair İsmayıl Muradov bildirdi ki, “Əsrin sərkərdəsi” kitabı

möhtəşəm bir əsərdir. O, Ulu Öndər Heydər Əliyevə həsr olunan şeirini

oxudu.

Yazıçı Fazilə Heydərova tədbirə dəvətə görə təşəkkürünü bildirdi.

Qeyd etdi ki, P.Mikayılqızını tanımaq üçün kitablarını oxumaq kifayətdir.

“Ayət” qəzetinin təsisçisi və baş redaktoru Solmaz Şirin və şair

Qəzənfər Mənsimoğlu müəllifi təbrik edib, yaradıcılıq uğurları arzuladılar.

Pərixanım Mikayılqızı tədbirdə iştirakına görə qonaqlara və tədbirin

təşkilinə görə kitabxana kollektivinə minnətdarlığını bildirdi. O, “Əsrin

sərkərdəsi” kitabını Yasamal rayon Heydər Əliyev Mərkəzinə və qonaqlara

hədiyyə etdi.

Tədbirin bədii hissəsində müğənni Fuad Musayev “Ey həyat, sən nə

qəribəsən?”, “Mən gəzirəm hər yanı”, xanəndə Maya Cəbrayılova

“Azərbaycan”, “Yaşa Azərbaycan” mahnılarını və muğamlar ifa etdilər.

Şair, yazıçı-publisist Pərixanım Mikayılqızı M.Ş.Vazeh adına Mərkəzi

Kitabxananın sosial layihələrində fəal iştirakına və 70 illik yubileyi

münasibətilə Fəxri fərmanla təltif olundu.

Tədbirdə Pərixanım Mikayılqızının (Muradova) yaradıcılığına həsr

olunan videoçarx nümayiş olundu.

https://www.youtube.com/watch?v=N6m2bNa9pUg








XƏBƏR LENTİ

06.10.2024 | 14:48
5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür.

06.10.2024 | 14:44
Dövlət başçısı Azərbaycanın düşmənlərinə, regionu yenidən alova bürümək istəyən qüvvələrə, xüsusilə də 44 günlük müharibədə darmadağın edilən Ermənistana sərt ismarıc ünvanladı

06.10.2024 | 14:34
Vətən müharibəsində şəhid olan leytenantın anım günüdür - FOTO

06.10.2024 | 08:44
“Ermənistan seçim etməlidir” - Rəsmi Bakı

06.10.2024 | 08:42
YAP Yasamal rayon AMEA Mərkəzi Elmi Kitabxana üzrə ilk ərazi partiya təşkilatının sədr müavini seçilib

05.10.2024 | 22:49
BFT-də baş verənlər Fransanın özünün dar maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürüdür - XİN

05.10.2024 | 20:46
Goranboyda Şəhid Rauf Cabbarovun xatirəsi yad edilib-Fotolar

05.10.2024 | 20:34
Almatı Bəyannaməsi Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz - XİN

05.10.2024 | 20:31
“Bu, ötənilki ucuz şounun davamıdır” - Bəyanat

05.10.2024 | 20:30
Bir qrup deputat Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini, USAİD-in ölkəmizdəki fəaliyyətinə son qoyulmasını istəyib

05.10.2024 | 20:25
Bir qrup deputat Ceyhun Bayramova müraciət etdi

05.10.2024 | 20:21
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

05.10.2024 | 19:16
Elçin Əmirbəyov: "Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələr inkişaf edir"

05.10.2024 | 19:13
Əli Nağıyev Astanada mühüm tədbirdə iştirak edib

05.10.2024 | 18:31
Milli Kitabxanada "Macarıstan ədəbiyyatı guşəsi"nin açılış mərasimi keçirilib - FOTOLAR

05.10.2024 | 18:25
Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun görüşü keçirilib 47

05.10.2024 | 18:14
"Bu ölkələr üçün heç bir dəyər, ölçü vahidi yoxdur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

05.10.2024 | 18:10
Milli Məclisin deputatı ATƏT-in konfransında iştirak edəcək

05.10.2024 | 18:09
Deputatlarımız Qazaxıstanda keçiriləcək referendumu müşahidə edəcəklər

05.10.2024 | 18:06
Milli Məclisin deputatı Mahir Süleymanlı Vətən Müharibəsi şəhidi İlkin Ağaquliyevin doğum günündə ailəsini ziyarət edib

05.10.2024 | 18:02
Naxçıvana ayrılan vəsait azaldıldı - FƏRMAN

05.10.2024 | 17:59
Mahir Emrelinin komandası qalib gəldi

05.10.2024 | 17:57
Baş nazir “Azərenerji”nin prezidentinə şiddətli töhmət verdi

05.10.2024 | 17:55
İlham Əliyev deputatı ad günündə təltif etdi

05.10.2024 | 17:52
Onlara Prezident təqaüdü veriləcək - Siyahı

05.10.2024 | 17:46
Cəbrayılın yeni mənzərəsi dövlətimizin gücünü göstərir

05.10.2024 | 12:27
Siqaretlə bağlı cərimələr kəskin artırılır

05.10.2024 | 12:24
Azərbaycan nefti bahalaşdı

05.10.2024 | 11:20
Zərdabda narkokuryer saxlanılıb

05.10.2024 | 11:10
Azərbaycan öz təhlükəsizliyini, gələcək inkişafını təmin edib və edəcək Fotolar

05.10.2024 | 10:14
Bu gün müəllimlərin peşə bayramıdır.

05.10.2024 | 10:11
Mənzillərin kirayələnməsi zamanı sığorta məqsədilə depozit TƏLƏB OLUNUR?

05.10.2024 | 09:26
Azərbaycan Premyer Liqası: Bu gün IX turun daha iki oyunu keçiriləcək

05.10.2024 | 09:23
Prezident Cəbrayılın azad olunmasının dördüncü ildönümü ilə bağlı paylaşım edib

05.10.2024 | 09:15
Bu gün Beynəlxalq Müəllimlər Günüdür

05.10.2024 | 09:09
Bakıda obyektdə iyrənc mənzərə - Siçovul pirojkini belə yedi - Video

05.10.2024 | 09:02
Vətən müharibəsinin doqquzuncu günü - Cəbrayıl rayonunun daha üç kəndi işğaldan azad edilir 27

05.10.2024 | 09:00
Türkiyə millisinin heyəti açıqlandı

05.10.2024 | 08:59
Balqabaq minbir dərdə dəvadır!

05.10.2024 | 08:58
“Bozqurd” işarəsi ilə gündəmə gəlmişdi - Merihin heykəli ucaldıldı - Foto

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031