Ekoloji problemlər ölkəmizin gündəmindədir

Image

Ekoloji problemlər ölkəmizin gündəmindədir.

 

2020-ci ildə Qarabağ azad edildikdən sonra “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli Fərmanı ilə verilmiş tapşırıqlara əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ekoloji tarazlığın bərpa olunması istiqamətində meşə ehtiyatlarının, fauna və floranın, xüsusi mühafizə olunan təbiət ərazilərinin, su ehtiyatlarının,  faydalı qazıntı yataqlarının qiymətləndirilməsi işlərinə başlanılmışdır. Son illərdə ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması, o cümlədən təbii sərvətlərdən səmərəli istifadə, çirklənmiş ərazilərin bərpası, su ehtiyatlarının mühafizəsi, xüsusi mühafizə olunan təbiət ərazilərinin, meşə və yaşıllıq sahələrinin artırılması və s. istiqamətlərdə həyata keçirilmiş layihələr ətraf mühitin komponentlərinin bərpasında rol oynamışdır.

COP29-un keçirilməsi bizə həvalə edilməmişdən əvvəl biz ekoloji problemlərlə ciddi məşğul olurduq və iqlim dəyişikliyinin mənfi fəsadlarını azaltmağa çalışırdıq. Hər kəs xüsusilə yayda çimərliyə gedəndə dənizin hər il geri çəkildiyini görə bilər və bu, heç vaxt belə olmamışdır. Bir vaxtlar dəniz irəliyə gəlib geri çəkilirdi, lakin bu, bir proses idi. İndi isə dəniz yalnız geri çəkilir. Bu, ətraf mühit, eləcə də ticarət üçün ciddi problemdir. Biz gəmilər üçün daha çox kanal qazmalıyıq və əgər Xəzər dənizinin geri çəkilməsi olduğu kimi davam edərsə, biz nəinki təkcə ciddi ekoloji problemlə, kommunikasiya layihələri ilə də bağlı problemlər yaşayacağıq. Çünki hazırda icra edilməkdə olan vacib layihələrdən biri - Orta Dəhliz Xəzər dənizindən keçir. Beləliklə, burada bir çox məsələlər var. Biz burada ətraf mühitin mühafizəsi ilə bağlı çoxlu işlər görürük. Bu sözlər cənab İlham Əliyev öz çıxışında tədbir iştirakçılarına çatdırmışdır.

Qeyd etməliyik ki, COP tədbirlərinin məqsədi, Paris Sazişinin tələbi olaraq dünyada karbon qazının (CO2) miqdarını sənayeləşmədən əvvəlki dövrdə olduğu kimi 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq üzrə irəliləyişə nail olmaqdır. Bundan başqa, inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinin təsirini azaltmaq və uyğunlaşmaqda kömək etmək məqsədi ilə maliyyə yardımı üçün fond toplamalarını həyata keçirməkdir. İqlim dəyişikliyi Yer kürəsində ümumi temperaturun və hava şəraitinin uzunmüddətli dəyişməsidir. Bu dəyişikliklər insanlar arasında sosial münasibətdən, dövlətlər arasındakı iqtisadi münasibətlərə qədər hər şeyə təsir etmək iqtidarındadır. Azərbaycan bu mötəbər tədbirə ev sahibliyi etməklə böyük uğurlara imza atacağını əminliklə deyə bilərik.

 

XəzərrayonuƏ.Quliyev adına

121 nömrəli məktəbin ibtidai sinif müəllimi

İsmayılova Sevda Məcid qızı







XƏBƏR LENTİ

07.05.2024 | 23:04
Zaqataladakı kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparılır - YENİLƏNİB

07.05.2024 | 23:02
Ermənistan-Azərbaycan sərhədində zəlzələ oldu

07.05.2024 | 21:10
Sabunçuda Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş konsert təşkil edildi - Fotolar

07.05.2024 | 20:48
600-dən çox sürücüyə taksi fəaliyyəti üçün icazə verilib - RƏSMİ

07.05.2024 | 20:43
Dünyanın ən yaxşı 20 futbol məşqçisi - SİYAHI

07.05.2024 | 20:41
Dinləyənlər heyrətlənir - Səxavət Məmmədovla səhv saldılar

07.05.2024 | 20:39
Ankarada Ulu Öndər Heydər Əliyevin gününə həsr olunmuş tədbirlər keçiriləcək

07.05.2024 | 20:36
Milli Məclisin iclasında

07.05.2024 | 18:23
QDİƏT-in turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə baş tutub

07.05.2024 | 17:36
Pirallahı rayonunda Ulu Öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə aksiyası və konfrans keçirildi

07.05.2024 | 17:25
Mənim söz dünyam

07.05.2024 | 17:17
Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

07.05.2024 | 17:10
Ankarada Ulu Öndər Heydər Əliyevin gününə həsr olunmuş tədbirlər keçiriləcək

07.05.2024 | 16:28
Paşinyan: Vasitəçilərin səmərəsizliyi Bakı ilə danışıqlardan imtina etmək üçün əsas deyil

07.05.2024 | 16:26
Ukraynadan Azərbaycana gətirilən 20 ton ət məhsulu yararsız çıxıb

07.05.2024 | 16:25
Azərbaycan-Slovakiya sənədləri imzalandı - Foto

07.05.2024 | 16:25
Kuba Prezidenti Rusiyada səfərdədir

07.05.2024 | 16:19
Bolqarıstan Prezidenti Rumen Radev bu gün Azərbaycana rəsmi səfərə gəlib.

07.05.2024 | 16:17
Novruz Məmmədov vəzifəsindən azad edildi

07.05.2024 | 16:03
Hafiz Kərimov: Heydər Əliyev tükənməz istedadını, zəngin təcrübəsini azad və müstəqil dövlət qurmağa sərf edib və hər şeydən əvvəl xalqın xilaskarı olub

07.05.2024 | 15:58
Suriyadan 5-i azyaşlı olmaqla 11 ABŞ vətəndaşı ölkələrinə qaytarılıb

07.05.2024 | 15:48
Türkiyədə terrorçuların 27 sığınacağı məhv edilib

07.05.2024 | 15:47
2030-cu ilədək dünyada nə qədər rəsmi iş yerinə ehtiyac olacağı açıqlanıb

07.05.2024 | 15:46
Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib

07.05.2024 | 15:45
Rusiyanın Parisdəki səfiri Fransa XİN-ə çağırılıb

07.05.2024 | 15:01
Manaf Manafov: Heydər Əliyev Azərbaycanın qələbəyə doğru atılan addımlarının əsaslarının qoyulması istiqamətində əhəmiyyətli xidmətlər göstərib

07.05.2024 | 14:20
Prezident İlham Əliyev: Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir

07.05.2024 | 14:17
Robert Fitso: İmkan olan kimi Qarabağa səfər etmək istərdim

07.05.2024 | 14:16
Bakının Səbail rayonunda yerləşən məşhur hotellərin birində dəhşətli hadisə baş verib.

07.05.2024 | 14:14
Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər (FOTO) (YENİLƏNİB)

07.05.2024 | 14:11
İlham Əliyev: “Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır”

07.05.2024 | 14:05
"Qadın sahibkarlar gömrük və vergilərin böyük yük olduğunu bildirirlər" - Bahar Muradova

07.05.2024 | 14:04
"O vaxt büdcə gəlirlərimiz cəmi 100 milyon manat idi" - Deputat

07.05.2024 | 14:02
Qarabağ Universitetində təhsil alanlara bu güzəştlər EDİLƏCƏK

07.05.2024 | 13:37
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB

07.05.2024 | 13:34
Hərbi qulluqçuların vəzifələri artırılır

07.05.2024 | 13:30
Prezidentin Slovakiya Baş naziri ilə təkbətək görüşü oldu - Foto

07.05.2024 | 13:06
Bu gün Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir" adlı tədbir keçirilib

07.05.2024 | 13:02
Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin 7 may tarixli plenar iclasında çıxışı

07.05.2024 | 12:59
Mayın 7-də Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Baş naziri Robert Fitso ilə geniş tərkibdə görüşü başlayıb

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031