Mənim söz dünyam
Mavi səmaları gəzən xəyalım ,
Bəmlərə söykənib , mənim söz dünyam .
Şeyda bülbül kimi , fəğan eylərəm.
Qəmlərə söykənib , mənim söz dünyam .
Ömrümün yolları kəsəkli ,daşlı
Gah sevinç çuğlayır , gah gözü yaşlı ,
Baharı xəzanlı , boranlı qışlı
Dəmlərə söykənib , mənim söz dünyam .
Bir anlıq sadətə , ömür deyərəm ,
Ömrümü bu ana , qurban verərəm .
Gah Əsli söyləyən , gah Lələ Kərəm ,
Simlərə söykənib , mənim söz dünyam .
Rəfail unutma ,gəl haqqı - sayı ,
Odur insanlığın ,müqəddəs payı .
Bizə oğul deyən , eldən savayı ,
Kimlərə söykənib , mənim söz dünyam ?
RƏFAİL QURBANOĞLU