Şuşa Bəyannaməsi: Azərbaycan və Türkiyə Qardaşlığının Yeni Zirvəsi

Image


 

2021-ci il iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Şuşada imzalanan Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında tarixi əlaqələrin yeni mərhələsinin təməlini qoyaraq, Azərbaycan və Türkiyənin qardaşlığını bütün dünyaya elan etdi.

Bu Bəyannaməsi, iki dövlət arasındakı müttəfiqlik əlaqələrinin geostrateji əhəmiyyətini artıraraq, qardaşlığın yeni tarixi dövrünü müəyyənləşdirir. Bu sənəd, Azərbaycan və Türkiyə arasındakı münasibətlərin hər sahədə davamlı inkişafını təmin edir. Bəyannamə, siyasət, beynəlxalq müstəvidə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və digər strateji sahələri əhatə edir. Bu, iki ölkə arasındakı müttəfiqlik əlaqələrinin hər sahədə inkişafını təmin edir.

Şuşa Bəyannaməsi, bölgədə inteqrasiya proseslərini stimullaşdıraraq, sülh və inteqrasiyaya yeni yollar açır. Bu sənəd, bölgədəki iqtisadi və geostrateji proseslərə yeni perspektivlər gətirir. Əraziyə yeni sərmayə qoyuluşunu təşviq edərək, regionun artan investisiya potensialının formalaşmasına səbəb olacaq Bəyannamə Şuşa və ətrafının turizm imkanlarını genişləndirəcəkdir. Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq və regional əhəmiyyətli iqtisadi layihələr, ölkələrin beynəlxalq nüfuzunu artırır. Bu sənəd, Azərbaycanın və Türkiyənin beynəlxalq arenadakı mövqelərini gücləndirir.

 Şuşa Bəyannaməsində Mustafa Kamal Atatürk və Heydər Əliyevin kəlamlarına hörmət göstərilərək, bu liderlərin baxışları əks olunur. Bu da, iki ölkə arasındakı tarixi və siyasi bağların gücləndirilməsinə xidmət edir. Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərin yenidən qurulması prosesində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur. Zəngəzur dəhlizi, böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir iqtisadi dəhliz açılacaqdır. Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi reallığa çevrilir və geosiyasi əhəmiyyət daşıyır.

Bəyannamədə əks olunan və iqtisadi inkişafa təkan verəcək məsələlərdən biri də qarşılıqlı investisiya qoyuluşlarıdır. Bu, ölkələrin iqtisadiyyatının sürətli inkişafına, zəruri sahələrin genişləndirilməsinə və strateji sahələrin daha da təkmilləşdirilməsinə şərait yaradır. Müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi bir nailiyyətdir. Ölkələr, bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı, hərbi gücü artıracaqdır.

Azərbaycan Prezidenti İlham Əliyev, Bəyannamənin imzalanmasının tarixi əhəmiyyətini vurğulayaraq demişdir: "Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşada imzalanmış bu Bəyannamə gələcək iş birliyimizin istiqamətini göstərir."

Bəyannamə, Ermənistandakı revanşist qüvvələrə mühüm bir mesajdır. Türkiyə, açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünün pozulması halında ordu ilə ölkəmizin yanında yer alacağını beynəlxalq ictimaiyyətə bildirir. Bəyannamədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi, ölkələr arasında əməkdaşlığın dərinləşməsinə, regional inteqrasiyaya və təhlükəsizliyə xidmət edir. Bu da, Azərbaycanın və Türkiyənin milli gücünü artırır və dünyada mövqeyini gücləndirir.

Xaricdə yaşayan türk və Azərbaycan icmaları arasında informasiya mübadiləsini artırmaq və diplomatik səyləri birləşdirmək üçün vacib olan Bəyannamə həmçinin diaspor sahəsində və media platformasında qarşılıqlı əlaqələrin genişləndirilməsini nəzərdə tutur. 15 iyun 2022-ci ildə, Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə "Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir" mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransda dövlət rəsmiləri və Azərbaycanda fəaliyyət göstərən 40-a yaxın siyasi partiya rəhbəri iştirak etmişdir. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına müraciəti oxunmuşdur.

 

Aytən Məmmədova,

Xəzər rayonu, 206 nömrəli məktəbin müəllimi

 








XƏBƏR LENTİ

06.10.2024 | 14:48
5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür.

06.10.2024 | 14:44
Dövlət başçısı Azərbaycanın düşmənlərinə, regionu yenidən alova bürümək istəyən qüvvələrə, xüsusilə də 44 günlük müharibədə darmadağın edilən Ermənistana sərt ismarıc ünvanladı

06.10.2024 | 14:34
Vətən müharibəsində şəhid olan leytenantın anım günüdür - FOTO

06.10.2024 | 08:44
“Ermənistan seçim etməlidir” - Rəsmi Bakı

06.10.2024 | 08:42
YAP Yasamal rayon AMEA Mərkəzi Elmi Kitabxana üzrə ilk ərazi partiya təşkilatının sədr müavini seçilib

05.10.2024 | 22:49
BFT-də baş verənlər Fransanın özünün dar maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürüdür - XİN

05.10.2024 | 20:46
Goranboyda Şəhid Rauf Cabbarovun xatirəsi yad edilib-Fotolar

05.10.2024 | 20:34
Almatı Bəyannaməsi Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz - XİN

05.10.2024 | 20:31
“Bu, ötənilki ucuz şounun davamıdır” - Bəyanat

05.10.2024 | 20:30
Bir qrup deputat Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini, USAİD-in ölkəmizdəki fəaliyyətinə son qoyulmasını istəyib

05.10.2024 | 20:25
Bir qrup deputat Ceyhun Bayramova müraciət etdi

05.10.2024 | 20:21
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

05.10.2024 | 19:16
Elçin Əmirbəyov: "Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələr inkişaf edir"

05.10.2024 | 19:13
Əli Nağıyev Astanada mühüm tədbirdə iştirak edib

05.10.2024 | 18:31
Milli Kitabxanada "Macarıstan ədəbiyyatı guşəsi"nin açılış mərasimi keçirilib - FOTOLAR

05.10.2024 | 18:25
Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun görüşü keçirilib 47

05.10.2024 | 18:14
"Bu ölkələr üçün heç bir dəyər, ölçü vahidi yoxdur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

05.10.2024 | 18:10
Milli Məclisin deputatı ATƏT-in konfransında iştirak edəcək

05.10.2024 | 18:09
Deputatlarımız Qazaxıstanda keçiriləcək referendumu müşahidə edəcəklər

05.10.2024 | 18:06
Milli Məclisin deputatı Mahir Süleymanlı Vətən Müharibəsi şəhidi İlkin Ağaquliyevin doğum günündə ailəsini ziyarət edib

05.10.2024 | 18:02
Naxçıvana ayrılan vəsait azaldıldı - FƏRMAN

05.10.2024 | 17:59
Mahir Emrelinin komandası qalib gəldi

05.10.2024 | 17:57
Baş nazir “Azərenerji”nin prezidentinə şiddətli töhmət verdi

05.10.2024 | 17:55
İlham Əliyev deputatı ad günündə təltif etdi

05.10.2024 | 17:52
Onlara Prezident təqaüdü veriləcək - Siyahı

05.10.2024 | 17:46
Cəbrayılın yeni mənzərəsi dövlətimizin gücünü göstərir

05.10.2024 | 12:27
Siqaretlə bağlı cərimələr kəskin artırılır

05.10.2024 | 12:24
Azərbaycan nefti bahalaşdı

05.10.2024 | 11:20
Zərdabda narkokuryer saxlanılıb

05.10.2024 | 11:10
Azərbaycan öz təhlükəsizliyini, gələcək inkişafını təmin edib və edəcək Fotolar

05.10.2024 | 10:14
Bu gün müəllimlərin peşə bayramıdır.

05.10.2024 | 10:11
Mənzillərin kirayələnməsi zamanı sığorta məqsədilə depozit TƏLƏB OLUNUR?

05.10.2024 | 09:26
Azərbaycan Premyer Liqası: Bu gün IX turun daha iki oyunu keçiriləcək

05.10.2024 | 09:23
Prezident Cəbrayılın azad olunmasının dördüncü ildönümü ilə bağlı paylaşım edib

05.10.2024 | 09:15
Bu gün Beynəlxalq Müəllimlər Günüdür

05.10.2024 | 09:09
Bakıda obyektdə iyrənc mənzərə - Siçovul pirojkini belə yedi - Video

05.10.2024 | 09:02
Vətən müharibəsinin doqquzuncu günü - Cəbrayıl rayonunun daha üç kəndi işğaldan azad edilir 27

05.10.2024 | 09:00
Türkiyə millisinin heyəti açıqlandı

05.10.2024 | 08:59
Balqabaq minbir dərdə dəvadır!

05.10.2024 | 08:58
“Bozqurd” işarəsi ilə gündəmə gəlmişdi - Merihin heykəli ucaldıldı - Foto

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031