Tarixi köklərə və möhkəm təmələ əsaslanan Türkiyə–Azərbaycan birliyi sarsılmazdır

Image



 

        Regional təhlükəsizliyə, sülhə, müttəfiqliyə və əməkdaşlığın inkişafına əsaslanan “Şuşa Bəyannaməsi”nin üç il öncə Azərbaycanın Milli Qurtuluş Günündə işğaldan azad edilən Şuşada imzalanması iki ölkə arasında olan dostluğun və qardaşlığın ən yüksək səviyyədə təqdimatı oldu. Bu təqdimat həm də dünyaya Azərbaycan-Türkiyə birliyinin sarsılmaz və əbədi olduğunu göstərməklə, iki qardaş ölkənin dünya miqyasında daha güclü mərkəzə və regionda söz sahibinə çevrilməsini təmin etdi.

        44 günlük Vətən müharibəsi zamanı qardaş Türkiyənin Azərbaycana  güclü siyasi və mənəvi dəstək verməsi, savaş dövrünün ilk günlərdən etibarən Türkiyə Prezidentinin “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” kimi ardıcıl açıqlamalar verməsi  əslində, bir çox ölkələr və beynəlxalq təşkilatlar üçün ciddi bir mesaj idi. 

     “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqın­da Şuşa Bəyannaməsi”nin imzalanması tarixi köklərə, möhkəm təmələ əsaslanan Türkiyə–Azərbaycan birliyinin sar­sılmaz olduğunu bir daha göstərdi. Eyni zamanda, bu tarixi sənəd hər iki qardaş ölkənin ümumi maraqla­rının qorunmasında imkanların birləşdirilməsinin, regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətin qarşılıqlı şəkildə əlaqələndirilməsinin bundan sonra da diqqətdə saxlanılacağı əminliyi yaratdı. Buna görə də bəyannamə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və dövlətimizin başçısı İlham Əliyev tərəfindən “iki ölkə arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin yol xəritəsi” kimi yüksək dəyərləndirildi. “Şuşa Bəyannaməsi”ndə Azərbaycan və Türkiyə arasındakı ikitərəfli münasibətlərin daha da genişləndirilməsi perspektivləri diqqət mərkəzində saxlanılaraq, siyasi, müdafiə, mədəni, hu­manitar, səhiyyə, təhsil, sosial, gənclər, idman sahələrində imkan və potensiallarının birləşdirilməsi, dərinləşdirilməsi xüsusi yer tutur. Eyni zamanda, bu sırada iqtisadi əməkdaşlığın gücləndirilməsi, müştərək maraq daşıyan regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsi də önəmli vəzifələrdən biri kimi qarşıya qoyulmuşdur.

       Şuşa Bəyannaməsində Türkiyə ilə Azərbaycanın dost­luq və qardaşlıq münasibətlərini daha da gücləndirmək, region­da sülhü və sabitliyi qorumaq, möhkəmləndirmək məqsədi daşı­yan bir sıra önəmli vəzifələr diqqət çəkir. Həmin vəzifələr Vətən müharibəsindən sonra bölgədə yara­nan yeni əməkdaşlıq imkanlarını reallaşdırmaq istiqamətində önəmli addımlar atan iki qardaş ölkənin sülhə, əmin-amanlığa sa­diq qaldığını göstərməklə bərabər, Cənubi Qafqazı sülh regionuna çevirmək məqsədi daşıdığından xəbər verir. 

       Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşı­lıqlı hərbi yardım məsələləri də xüsusi diqqət çəkir. Başqa sözlə, sənəddə ordumuzun yeni çağırış­lara uyğun olaraq yenidən formalaşdırılması, modernləşdirilməsi və hərbi təhlükəsizliyin möhkəmləndirilməsində mühüm önəm daşıyır. İki qardaş ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunması istiqamətində sıx əməkdaşlığı da nəzərdə tutulur.

      Tarixi sənəddə Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, milli iqtisadiyyatla­rın və ixracın şaxələndirilməsi üzrə səylərin artırılması, Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadəsi, Azərbaycan ilə Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, region­da nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi kimi aktual məsələlərin yer alması xüsusi önəm kəsb edir.

      Bu bəyannamə iki xalqın tarix, soy-kök, din, dil, mədəniyyət birliyinə söykəndiyini bir daha təsdiqləməklə yanaşı, ölkələrimiz arasında dostluq və qardaşlığın nümunəvi xarakterindən xəbər verir.  Prezident İlham Əliyevin təbirincə desək, dünyanın heç bir yerində Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin alternativi yoxdur və bu münasibət ümummilli lider Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fəlsəfəsinə uyğun olaraq inkişaf edir.   Bu gün hər iki ölkə xoş gündə də, dar gündə də bir-birinin yanındadır. Bu birlik həm də düşmənlərə göz dağıdır. Artıq Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri tam mənası ilə özünü sübut etmişdir. Üstəlik, bu prosesə digər türk dövlətləri də sürətlə qoşulmaqda, siyasi, iqti­sadi, mədəni əlaqələrimizdə birliyə, bərabərliyə doğru bir axın müşahidə olunmaqdadır.

      Monolit birliyin nəticəsidir ki, işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinə start verilən ilk gündən dövlətimizin başçısı İlham Əliyevin “dost, qardaş ölkələr quruculuq proseslərdə də fəal iştirak edə bilərlər və onları yanımızda görmək istəyirik” çağırışına qardaş münasibətinin nəticəsi olaraq, hazırda Qarabağın və Şərqi Zəngəzurun bərpası işində ən başlıca rolu Türkiyə şirkətləri oynayırlar. Birgə reallaşdırılan enerji və nəqliyyat layihələri dövlətləri, xalqları birləşdirir, əlaqələrin inkişafı fonunda çoxtərəfli əməkdaşlığa geniş imkanlar açır.

      Bu gün Azərbaycanla Türkiyə ara­sında əlaqələrin yüksək səviyyədə inkişafı təkcə bu dövlətlərin deyil, həm də bütöv bir regionun ümumi tərəqqisinə, Cənubi Qafqazda sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Əminliklə deyə bilərik ki, bu monolit birlik regionda sabitliyin, təhlükəsizliyin qarantıdır. 

 

 

Vüqar İsayev,

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri

 








XƏBƏR LENTİ

06.10.2024 | 14:48
5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür.

06.10.2024 | 14:44
Dövlət başçısı Azərbaycanın düşmənlərinə, regionu yenidən alova bürümək istəyən qüvvələrə, xüsusilə də 44 günlük müharibədə darmadağın edilən Ermənistana sərt ismarıc ünvanladı

06.10.2024 | 14:34
Vətən müharibəsində şəhid olan leytenantın anım günüdür - FOTO

06.10.2024 | 08:44
“Ermənistan seçim etməlidir” - Rəsmi Bakı

06.10.2024 | 08:42
YAP Yasamal rayon AMEA Mərkəzi Elmi Kitabxana üzrə ilk ərazi partiya təşkilatının sədr müavini seçilib

05.10.2024 | 22:49
BFT-də baş verənlər Fransanın özünün dar maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürüdür - XİN

05.10.2024 | 20:46
Goranboyda Şəhid Rauf Cabbarovun xatirəsi yad edilib-Fotolar

05.10.2024 | 20:34
Almatı Bəyannaməsi Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz - XİN

05.10.2024 | 20:31
“Bu, ötənilki ucuz şounun davamıdır” - Bəyanat

05.10.2024 | 20:30
Bir qrup deputat Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini, USAİD-in ölkəmizdəki fəaliyyətinə son qoyulmasını istəyib

05.10.2024 | 20:25
Bir qrup deputat Ceyhun Bayramova müraciət etdi

05.10.2024 | 20:21
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

05.10.2024 | 19:16
Elçin Əmirbəyov: "Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələr inkişaf edir"

05.10.2024 | 19:13
Əli Nağıyev Astanada mühüm tədbirdə iştirak edib

05.10.2024 | 18:31
Milli Kitabxanada "Macarıstan ədəbiyyatı guşəsi"nin açılış mərasimi keçirilib - FOTOLAR

05.10.2024 | 18:25
Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun görüşü keçirilib 47

05.10.2024 | 18:14
"Bu ölkələr üçün heç bir dəyər, ölçü vahidi yoxdur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

05.10.2024 | 18:10
Milli Məclisin deputatı ATƏT-in konfransında iştirak edəcək

05.10.2024 | 18:09
Deputatlarımız Qazaxıstanda keçiriləcək referendumu müşahidə edəcəklər

05.10.2024 | 18:06
Milli Məclisin deputatı Mahir Süleymanlı Vətən Müharibəsi şəhidi İlkin Ağaquliyevin doğum günündə ailəsini ziyarət edib

05.10.2024 | 18:02
Naxçıvana ayrılan vəsait azaldıldı - FƏRMAN

05.10.2024 | 17:59
Mahir Emrelinin komandası qalib gəldi

05.10.2024 | 17:57
Baş nazir “Azərenerji”nin prezidentinə şiddətli töhmət verdi

05.10.2024 | 17:55
İlham Əliyev deputatı ad günündə təltif etdi

05.10.2024 | 17:52
Onlara Prezident təqaüdü veriləcək - Siyahı

05.10.2024 | 17:46
Cəbrayılın yeni mənzərəsi dövlətimizin gücünü göstərir

05.10.2024 | 12:27
Siqaretlə bağlı cərimələr kəskin artırılır

05.10.2024 | 12:24
Azərbaycan nefti bahalaşdı

05.10.2024 | 11:20
Zərdabda narkokuryer saxlanılıb

05.10.2024 | 11:10
Azərbaycan öz təhlükəsizliyini, gələcək inkişafını təmin edib və edəcək Fotolar

05.10.2024 | 10:14
Bu gün müəllimlərin peşə bayramıdır.

05.10.2024 | 10:11
Mənzillərin kirayələnməsi zamanı sığorta məqsədilə depozit TƏLƏB OLUNUR?

05.10.2024 | 09:26
Azərbaycan Premyer Liqası: Bu gün IX turun daha iki oyunu keçiriləcək

05.10.2024 | 09:23
Prezident Cəbrayılın azad olunmasının dördüncü ildönümü ilə bağlı paylaşım edib

05.10.2024 | 09:15
Bu gün Beynəlxalq Müəllimlər Günüdür

05.10.2024 | 09:09
Bakıda obyektdə iyrənc mənzərə - Siçovul pirojkini belə yedi - Video

05.10.2024 | 09:02
Vətən müharibəsinin doqquzuncu günü - Cəbrayıl rayonunun daha üç kəndi işğaldan azad edilir 27

05.10.2024 | 09:00
Türkiyə millisinin heyəti açıqlandı

05.10.2024 | 08:59
Balqabaq minbir dərdə dəvadır!

05.10.2024 | 08:58
“Bozqurd” işarəsi ilə gündəmə gəlmişdi - Merihin heykəli ucaldıldı - Foto

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031