Davamlı əməkdaşlığın əsas meyarı.

Image

Davamlı əməkdaşlığın əsas meyarı.

 

İki ölkəarasında diplomatik əlaqələr 1993-cü ilin yanvar ayının 19-da qurulmuşdur. 1996-cı ilin ortalarında Azərbaycan Respublikasının Qırğızıstan Respublikasında, 1998-ci ilin may ayında Qırğızıstan Respublikasının Azərbaycan Respublikasında səfirlikləri fəaliyyətə başlayıb. İkitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. Bu baxımdan Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun Azərbaycana  26-27 may 1996-cı il tarixdə ilk rəsmi səfəri xüsusi qeyd olunmalıdır. Qarşılıqlı anlaşma və dostluq şəraitində keçən səfər ərzində iki ölkə arasında 19 sazişdən ibarət xüsusi sənəd paketi, o cümlədən  "Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə" imzalanıb. Səfər çərçivəsində Özbəkistan Prezidenti İslam Kərimova Bakı Dövlət Universitetinin fəxri doktoru diplomu təqdim olunub. Bu kontekstdə Azərbaycan Mərkəzi Asiyanın önəmli ölkəsi olan Qırğız Respublikası ilə də ikitərəfli münasibətləri inamla inkişaf etdirir.

Ölkələrimiz arasında münasibətlər hazırda yüksək səviyyədədir və getdikcə yeni məzmunla zənginləşir. Azərbaycan və Qırğız Respublikasını çoxillik tarixi, möhkəm dostluq və qardaşlıq ənənələri birləşdirir. Bu, dövlətlərarası əlaqələrin yeni şəkildə genişləndirilməsi üçün yaxşı imkanlar yaradır. Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana səfəri də iki ölkə arasında münasibətlərin daha da güclənməsinə kömək edəcək. 

Ümumiyyətlə, cənab Japarovun ölkəmizə səfəri ikitərəfli münasibətlərin inkişafı baxımından çox məhsuldar oldu. Ondan çox sazişin imzalanması əlaqələrin yüksələn xətt üzrə inkişaf etməsi üçün əlverişli hüquqi baza olacaq. Qeyd edək ki, hazırda Azərbaycan və Qırğızıstan arasında ticarət dövriyyəsi nəzərəçarpacaq dərəcədə artır, ölkələr birgə layihələr həyata keçirir, həmçinin qarşılıqlı investisiyaları və özəl sektorun işini həvəsləndirir. 

2023-cü ilin sonunda Azərbaycan ilə Qırğızıstan arasında ticarət dövriyyəsi 2022-ci illə müqayisədə 6 dəfədən çox artaraq 65 milyon dollara çatıb. Xüsusilə, Qırğızıstan qeyri-neft məhsullarının satışı baxımından Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Qırğızıstan liderinin ölkəmizə səfəri həm də böyük mədəniyyət hadisəsi ilə yadda qaldı. Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılışında  Prezident İlham Əliyevin bildirdiyi kimi, qardaşlıq münasibətləri tarixində əlamətdar günə çevrildi. Prezident İlham Əliyev xüsusilə vurğuladı ki, bu, iki xalqın dostluğunun, qardaşlığının və birliyinin daha bir rəmzi olacaq. Çingiz Aytmatov dünya şöhrətli yazıçı, həyatı boyu həm Sovet İttifaqı məkanında, həm də dünya miqyasın da öz xalqını layiqincə təmsil etmiş qırğız xalqının böyük oğludur. Azərbaycan xalqı Çingiz Aytmatovu sevir. Xalq onun yaradıcılığını sevir və fəal vətəndaş mövqeyinə, milli ruhuna və köklərinə sadiqliyinə görə ləyaqətli insan kimi hörmət bəsləyir.

Təkcə Qırğızıstanın deyil, həm də bütün Türk dünyasının qüruru olan Çingiz Aytmatovun abidəsinin Bakıda ucaldılması xalqlarımızın yaxınlaşması baxımından da son dərəcə vacib rol oynayacaqdır. Beləliklə, Azərbaycan və Qırğızıstan arasında bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı ortaq mövqe var. Bununla belə, qarşılıqlı iqtisadi fəaliyyətə xüsusi önəm verilir. Əminliklə qeyd etmək olar ki, Qırğızıstan liderinin son səfəri iki türk dövləti arasında münasibətləri yeni zirvəyə daşıyacaq.

Azərbaycan regionun  lider dövləti kimi artıq beynəlxalq layihələrin də əsas aparıcı qüvvəsi kimi çıxış edir. Bu baxımdan Qırğızıstanla əlaqələr həm də ölkəmizin Türk Dövlətləri Təşkilatındakı mövqeyi və qarşıya qoyduğu hədəflərlə birbaşa bağlıdır. Azərbaycan tarixi köklərdən irəli gələn əlaqələr üzərində Cənubi Qafqazla məhdudlaşmayaraq bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir.

 

 

Xəzər rayonu,

136 saylı tam orta məktəbin tarix müəllimi

Zaxarova Sevinc 







XƏBƏR LENTİ

07.05.2024 | 23:04
Zaqataladakı kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparılır - YENİLƏNİB

07.05.2024 | 23:02
Ermənistan-Azərbaycan sərhədində zəlzələ oldu

07.05.2024 | 21:10
Sabunçuda Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş konsert təşkil edildi - Fotolar

07.05.2024 | 20:48
600-dən çox sürücüyə taksi fəaliyyəti üçün icazə verilib - RƏSMİ

07.05.2024 | 20:43
Dünyanın ən yaxşı 20 futbol məşqçisi - SİYAHI

07.05.2024 | 20:41
Dinləyənlər heyrətlənir - Səxavət Məmmədovla səhv saldılar

07.05.2024 | 20:39
Ankarada Ulu Öndər Heydər Əliyevin gününə həsr olunmuş tədbirlər keçiriləcək

07.05.2024 | 20:36
Milli Məclisin iclasında

07.05.2024 | 18:23
QDİƏT-in turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə baş tutub

07.05.2024 | 17:36
Pirallahı rayonunda Ulu Öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə aksiyası və konfrans keçirildi

07.05.2024 | 17:25
Mənim söz dünyam

07.05.2024 | 17:17
Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

07.05.2024 | 17:10
Ankarada Ulu Öndər Heydər Əliyevin gününə həsr olunmuş tədbirlər keçiriləcək

07.05.2024 | 16:28
Paşinyan: Vasitəçilərin səmərəsizliyi Bakı ilə danışıqlardan imtina etmək üçün əsas deyil

07.05.2024 | 16:26
Ukraynadan Azərbaycana gətirilən 20 ton ət məhsulu yararsız çıxıb

07.05.2024 | 16:25
Azərbaycan-Slovakiya sənədləri imzalandı - Foto

07.05.2024 | 16:25
Kuba Prezidenti Rusiyada səfərdədir

07.05.2024 | 16:19
Bolqarıstan Prezidenti Rumen Radev bu gün Azərbaycana rəsmi səfərə gəlib.

07.05.2024 | 16:17
Novruz Məmmədov vəzifəsindən azad edildi

07.05.2024 | 16:03
Hafiz Kərimov: Heydər Əliyev tükənməz istedadını, zəngin təcrübəsini azad və müstəqil dövlət qurmağa sərf edib və hər şeydən əvvəl xalqın xilaskarı olub

07.05.2024 | 15:58
Suriyadan 5-i azyaşlı olmaqla 11 ABŞ vətəndaşı ölkələrinə qaytarılıb

07.05.2024 | 15:48
Türkiyədə terrorçuların 27 sığınacağı məhv edilib

07.05.2024 | 15:47
2030-cu ilədək dünyada nə qədər rəsmi iş yerinə ehtiyac olacağı açıqlanıb

07.05.2024 | 15:46
Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib

07.05.2024 | 15:45
Rusiyanın Parisdəki səfiri Fransa XİN-ə çağırılıb

07.05.2024 | 15:01
Manaf Manafov: Heydər Əliyev Azərbaycanın qələbəyə doğru atılan addımlarının əsaslarının qoyulması istiqamətində əhəmiyyətli xidmətlər göstərib

07.05.2024 | 14:20
Prezident İlham Əliyev: Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir

07.05.2024 | 14:17
Robert Fitso: İmkan olan kimi Qarabağa səfər etmək istərdim

07.05.2024 | 14:16
Bakının Səbail rayonunda yerləşən məşhur hotellərin birində dəhşətli hadisə baş verib.

07.05.2024 | 14:14
Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər (FOTO) (YENİLƏNİB)

07.05.2024 | 14:11
İlham Əliyev: “Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır”

07.05.2024 | 14:05
"Qadın sahibkarlar gömrük və vergilərin böyük yük olduğunu bildirirlər" - Bahar Muradova

07.05.2024 | 14:04
"O vaxt büdcə gəlirlərimiz cəmi 100 milyon manat idi" - Deputat

07.05.2024 | 14:02
Qarabağ Universitetində təhsil alanlara bu güzəştlər EDİLƏCƏK

07.05.2024 | 13:37
İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB

07.05.2024 | 13:34
Hərbi qulluqçuların vəzifələri artırılır

07.05.2024 | 13:30
Prezidentin Slovakiya Baş naziri ilə təkbətək görüşü oldu - Foto

07.05.2024 | 13:06
Bu gün Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir" adlı tədbir keçirilib

07.05.2024 | 13:02
Milli Məclisin sədri Sahibə Qafarovanın parlamentin 7 may tarixli plenar iclasında çıxışı

07.05.2024 | 12:59
Mayın 7-də Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Baş naziri Robert Fitso ilə geniş tərkibdə görüşü başlayıb

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031