Bu gün futbol üzrə XVII Avropa çempionatı start götürür
Bu gün futbol üzrə XVII Avropa çempionatına start veriləcək.
A qrupunun ilk oyununda ev sahibi Almaniya millisi Şotlandiya ilə qarşılaşacaq.
Münhendəki "Allianz Arena"da keçiriləcək bu oyunu fransalı FIFA referisi Kleman Tyurpen idarə edəcək.
Görüş saat 23:00-da başlayacaq.
Qeyd edək ki, A qrupunun digər oyunu sabah saat 17:00-da Macarıstan və İsveçrə yığmaları arasında keçiriləcək.