Göygöl rayonunda “15 iyun Milli Qurtuluş Günü” münasibətilə tədbir keçirilmişdir.

Image

Göygöl Rayon Heydər Əliyev Mərkəzində 15 iyun Milli Qurtuluş Günü münasibətilə

“Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası müstəqilliyimizin dönməzliyini təmin

etdi” mövzusunda tədbir keçirilmişdir.

İlk öncə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri

düzülüb. Tədbir iştirakçıları tərəfindən Azərbaycan Respublikasının qurucusu xalqın

xilaskarı Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş

şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra 15 iyun Milli Qurtuluş Günü münasibətilə ulu öndər Heydər Əliyevin

Azərbaycana qayıdışına dair sənədli film nümayiş olunub.

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı cənab Elvin Paşayev giriş nitqi ilə çıxış

edərək Milli Qurtuluş Günü münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, 15 iyun

gününün Azərbaycan xalqının tarixində ən əlamətdar günlərdən biri olmaqla, zaman-

zaman tarixin çətin sınaqlarına məruz qalan xalqımızın xilası günü kimi daxil olduğunu

vurğulayaraq, qey etmişdir ki, o vaxtkı iqtidarın səriştəsizliyi ucbatından Azərbaycan

torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən

siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas

edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi.

Azərbaycanın öz müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşdığı zaman nicat yolunu Ulu

Öndərdə görən müdrik xalqımızın Heydər Əliyevin ölkə rəhbərliyinə gəlməsini tələb

etdiyini, məhz Ümummilli Liderin rəhbərliyi altında dövlətçiliyimizin itirilməsi təhlükəsinin

uğurla dəf olunduğunu, eyni zamanda böyük mənəvi sərvətlərimizdən biri olan milli

birliyimizin qorunub saxlandığını bildirmiş, bu gün Müzəffər Ali Baş Komandanımız

cənab İlham Əliyevin ətrafında xalqımızın daha monolit birləşdiyini diqqətə çatdırmışdır.

YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev “Ulu öndər Heydər Əliyevin

xilaskarlıq missiyası müstəqilliyimizin dönməzliyini təmin etdi” mövzusunda məruzə ilə

çıxış edərək, bildirmişdir ki, uzun illər idarəçilik sükanı arxasında olmuş görkəmli dövlət

xadimi Heydər Əliyevin zəngin təcrübəsi məhz 15 iyun günü Azərbaycan xalqının öz

müstəqilliyini qorumaq istəyi ilə birləşərək dağılmaq ərəfəsində olan ölkəmizi xilas etdi.

Xalqın siyasi iradəsini əks etdirən bu birliyə arxalanan Heydər Əliyevin xilaskarlıq

missiyası ölkəni vətəndaş müharibəsindən, daxili hərc-mərclikdən ləyaqətlə çıxara bildi.

Daxili sabitlik, iqtisadi islahatlar, demokratik mühitin güclənməsi, ölkə iqtisadiyyatının

davamlı inkişafını, dünyaya inteqrasiyasını və regionda həqiqi güc mərkəzinə

çevrilməsini təmin etdi. Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz

sosial-iqtisadi, siyasi və mənəvi tədbirlərin nəticəsi kimi, bir tərəfdən Azərbaycanın milli

mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın

müdafiə olunması ilə bağlı mühüm addımlar atılmağa başlandı, digər tərəfdən, bütün

siyasi və diplomatik vasitələrin işə salınması ilə 1994-cü ilin may ayında həyati

əhəmiyyət kəsb edən atəşkəs əldə edildi. Atəşkəsin həyati əhəmiyyəti onda idi ki, məhz

bu müqavilədən sonra ölkəmizin dünya birliyinə inteqrasiyası sürətləndi, öz iqtisadi

potensialından səmərəli istifadə edərək dünya bazarına daxil olmağa şərait yaradan

beynəlxalq müqavilələr, razılaşmalar əldə edildi. Ölkə daxilində yaranmış sabitlikdən,

həmçinin beynəlxalq aləmdə Azərbaycana münasibətdə artan inam və maraqdan

istifadə edərək 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi"nin imzalanması və onun

gerçəkləşdirilməsi də məhz ulu öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və

müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft

strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Dövlət müstəqilliyinin qorunub

saxlanılması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi prinsiplərinə əsaslanan Heydər

Əliyev siyasi kursunu 2003-cü ildən etibarən inamla davam etdirən Möhtərəm

Prezidentimiz cənab İlham Əliyev Ulu Öndərin milli dövlətçilik fəlsəfəsinə istinad edir və

bu gün cənab İlham Əliyevin həyata keçirdiyi çox sahəli islahatlar Azərbaycan dövlətinin


siyasi xarakterini və inkişaf yolunu müəyyən edir. Ulu Öndərin zaman baxımından başa

çatdıra bilmədiyi bütün işlər Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən

layiqincə yerinə yetirilir. Bunu Ulu Öndərin “Biz torpaqlarımıza qayıdacağıq” ifadəsinin

reallaşması, torpaqlarımızın işğaldan azad olunaraq Möhtəşəm Zəfərin əldə olunması

sübut edir.

Partiya veteranı Əmirxan Mövlayev, partiya fəallarından Günay Novruzzadə, Cavid

Əliyev və diğərləri çıxış edərək Azərbaycan tarixinin ən şanlı səhifəsi olan “Qurtuluş

Günü”nün xalqımıza bəxş etdiyi töhfələrdən, əldə olunan yüksək nailiyyətlərdən

danışmış, Müstəqil Azərbaycanın bu günü və xoşbəxt gələcəyi üçün ümümmilli lider

Heydər Əliyevə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım

Əliyevaya minnətdarlıq ifadə etmişlər.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən şəxslərə YAP

Göygöl rayon təşkilatının Fəxri Fərmanları və partiya üzvlüyünə yeni qəbul olunmuş bir

qrup gəncə üzvlük vəsiqələri təqdim olunub


 

 

 

 

 






















XƏBƏR LENTİ

06.10.2024 | 14:48
5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür.

06.10.2024 | 14:44
Dövlət başçısı Azərbaycanın düşmənlərinə, regionu yenidən alova bürümək istəyən qüvvələrə, xüsusilə də 44 günlük müharibədə darmadağın edilən Ermənistana sərt ismarıc ünvanladı

06.10.2024 | 14:34
Vətən müharibəsində şəhid olan leytenantın anım günüdür - FOTO

06.10.2024 | 08:44
“Ermənistan seçim etməlidir” - Rəsmi Bakı

06.10.2024 | 08:42
YAP Yasamal rayon AMEA Mərkəzi Elmi Kitabxana üzrə ilk ərazi partiya təşkilatının sədr müavini seçilib

05.10.2024 | 22:49
BFT-də baş verənlər Fransanın özünün dar maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürüdür - XİN

05.10.2024 | 20:46
Goranboyda Şəhid Rauf Cabbarovun xatirəsi yad edilib-Fotolar

05.10.2024 | 20:34
Almatı Bəyannaməsi Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz - XİN

05.10.2024 | 20:31
“Bu, ötənilki ucuz şounun davamıdır” - Bəyanat

05.10.2024 | 20:30
Bir qrup deputat Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini, USAİD-in ölkəmizdəki fəaliyyətinə son qoyulmasını istəyib

05.10.2024 | 20:25
Bir qrup deputat Ceyhun Bayramova müraciət etdi

05.10.2024 | 20:21
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

05.10.2024 | 19:16
Elçin Əmirbəyov: "Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələr inkişaf edir"

05.10.2024 | 19:13
Əli Nağıyev Astanada mühüm tədbirdə iştirak edib

05.10.2024 | 18:31
Milli Kitabxanada "Macarıstan ədəbiyyatı guşəsi"nin açılış mərasimi keçirilib - FOTOLAR

05.10.2024 | 18:25
Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun görüşü keçirilib 47

05.10.2024 | 18:14
"Bu ölkələr üçün heç bir dəyər, ölçü vahidi yoxdur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

05.10.2024 | 18:10
Milli Məclisin deputatı ATƏT-in konfransında iştirak edəcək

05.10.2024 | 18:09
Deputatlarımız Qazaxıstanda keçiriləcək referendumu müşahidə edəcəklər

05.10.2024 | 18:06
Milli Məclisin deputatı Mahir Süleymanlı Vətən Müharibəsi şəhidi İlkin Ağaquliyevin doğum günündə ailəsini ziyarət edib

05.10.2024 | 18:02
Naxçıvana ayrılan vəsait azaldıldı - FƏRMAN

05.10.2024 | 17:59
Mahir Emrelinin komandası qalib gəldi

05.10.2024 | 17:57
Baş nazir “Azərenerji”nin prezidentinə şiddətli töhmət verdi

05.10.2024 | 17:55
İlham Əliyev deputatı ad günündə təltif etdi

05.10.2024 | 17:52
Onlara Prezident təqaüdü veriləcək - Siyahı

05.10.2024 | 17:46
Cəbrayılın yeni mənzərəsi dövlətimizin gücünü göstərir

05.10.2024 | 12:27
Siqaretlə bağlı cərimələr kəskin artırılır

05.10.2024 | 12:24
Azərbaycan nefti bahalaşdı

05.10.2024 | 11:20
Zərdabda narkokuryer saxlanılıb

05.10.2024 | 11:10
Azərbaycan öz təhlükəsizliyini, gələcək inkişafını təmin edib və edəcək Fotolar

05.10.2024 | 10:14
Bu gün müəllimlərin peşə bayramıdır.

05.10.2024 | 10:11
Mənzillərin kirayələnməsi zamanı sığorta məqsədilə depozit TƏLƏB OLUNUR?

05.10.2024 | 09:26
Azərbaycan Premyer Liqası: Bu gün IX turun daha iki oyunu keçiriləcək

05.10.2024 | 09:23
Prezident Cəbrayılın azad olunmasının dördüncü ildönümü ilə bağlı paylaşım edib

05.10.2024 | 09:15
Bu gün Beynəlxalq Müəllimlər Günüdür

05.10.2024 | 09:09
Bakıda obyektdə iyrənc mənzərə - Siçovul pirojkini belə yedi - Video

05.10.2024 | 09:02
Vətən müharibəsinin doqquzuncu günü - Cəbrayıl rayonunun daha üç kəndi işğaldan azad edilir 27

05.10.2024 | 09:00
Türkiyə millisinin heyəti açıqlandı

05.10.2024 | 08:59
Balqabaq minbir dərdə dəvadır!

05.10.2024 | 08:58
“Bozqurd” işarəsi ilə gündəmə gəlmişdi - Merihin heykəli ucaldıldı - Foto

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031