Əmək və sosial siyasət komitəsinin iclasında

Image

İyunun 13-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası

keçirilib. Komitə sədri Musa Quliyev bildirib ki, gündəliyə cənab Prezidentin imzası ilə

Milli Məclisə daxil olmuş iki qanun layihəsinin müzakirəsi daxil edilib.

Komitədə əvvəlcə Əmək Məcəlləsində, Vergi Məcəlləsində, Cəzaların İcrası

Məcəlləsində, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının

qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında”,

“Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”,

“Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Dövlət

qulluğu haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə

haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət sosial sığorta sistemində fərdi

uçot haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Məşğulluq haqqında” qanunlarda

dəyişiklik edilməsi barədə qanun layihəsinə (birinci oxunuş) baxılıb.

Sənədin elektron hökumət quruculuğu prosesinin daha da genişləndirilməsinə,

əmək münasibətlərinin elektronlaşdırılmasının daha geniş hüquqi bazasının

yaradılmasına xidmət etdiyini deyən Musa Quliyev layihəni təqdim etmək üçün Milli

Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyevə söz verib.

Adil Vəliyev layihənin əmək münasibətləri, dövlət sosial sığorta və məşğulluq

sahələrində rəqəmsal xidmətlərin genişləndirilməsinin hüquqi əsaslarını müəyyən edən

normativ hüquqi aktların təkmilləşdirilməsi məqsədilə hazırlandığını bildirib. O deyib ki,

11 qanun üzrə 142 adda dəyişikliyi ehtiva edən layihə əmək münasibətlərinin

rəsmiləşdirilməsi, əməyin təşkili, ödənilməsi və mühafizəsi, həyata keçirilən məşğulluq

tədbirlərinin və digər məsələlərin tam elektronlaşdırılmasına zəmin yaradacaq.

Sonra əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev məsələ ilə

bağlı çıxış edib. Təqdim olunan layihəni Azərbaycanda əmək və məşğulluq sahəsində

həyata keçirilən islahatların davamı kimi dəyərləndirən nazir müavini ölkədə əmək

hüquqlarının qorunması və layiqli əməyin təmin olunması, beynəlxalq standartların

tətbiqi istiqamətində görülən işlərdən bəhs edib.

Anar Əliyev bildirib ki, Əmək Məcəlləsinə və digər 10 qanunvericilik aktına təklif

olunan dəyişikliklərin əsas qayəsini əmək və məşğulluq münasibətlərinin tamamilə

elektronlaşdırılması təşkil edir. Qeyd olunub ki, bu sahədə əsas addımlardan biri əmək

müqaviləsi bildirişlərinin ləğv edilməsindən və işəgötürənlə işçi arasında əmək

müqavilələrinin elektron formada bağlanması imkanının yaradılmasından ibarətdir.

Bundan başqa, qanunvericiliyə “ştat vahidi” anlayışı gətirilir və əmək və məşğulluq

münasibətlərinin elektronlaşdırılması sayəsində işsiz şəxslərin məşğulluğunun təmin


edilməsi, əmək fəaliyyətinin tənzimlənməsi kimi bir sıra proseslər elektron informasiya

sistemi vasitəsi ilə aparılacaq, peşə hazırlığının təşkili və digər müvafiq dövlət

proqramları təkmilləşdiriləcək.

Layihənin müzakirəsində komitə sədri Musa Quliyev, komitə üzvləri Ziyad

Səmədzadə, Vüqar Bayramov, İlham Məmmədov, Rauf Əliyev və Sevinc Hüseynova

çıxış ediblər. Onlar əmək müqavilələrinin müddətlərinin optimallaşdırılması, əhalinin

məşğulluğu strukturunun təkmilləşdirilməsi, elektron dövlət xidmətlərinə çıxış xərclərinin

minimallaşdırılması və digər məsələlərlə bağlı fikirlərini bildiriblər, təklif olunan

dəyişikliklər üzrə qeydlərini və suallarını səsləndiriblər.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev qaldırılan

məsələlərə münasibətini bildirəndən sonra qanun layihəsi birinci oxunuşda baxılmaq

üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Sonra komitədə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər

haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) nəzərdən

keçirilib.

Layihə barədə məlumat verən komitə sədri Musa Quliyev bildirib ki, şəhid

ailələrinin, müharibə veteranları və qazilərin sosial müdafiəsinin gücləndirilməsi, rifah

halının daim yaxşılaşdırılması ölkə başçısının bilavasitə rəhbərliyi ilə həyata keçirilən

dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Hazırda 20 adda təminat və sosial

qayğı ilə əhatə olunmuş şəhid ailələrinin mənzil problemi də dövlətin xüsusi

nəzarətindədir. Bu baxımdan müzakirəyə çıxarılan qanun layihəsini növbəti müsbət

addım kimi dəyərləndirən komitə sədri vurğulayıb ki, təklif olunan dəyişiklik şəhid ailəsi

üzvlərinin mənzil şəraitinin yaxşılaşdırılması və yaşayış sahəsinə ehtiyacı olan şəxs

qismində uçota alınma üzrə normativ tənzimləmənin təkmilləşdirilməsi məqsədilə

hazırlanıb.

Müzakirədə deputatlar Aqil Məmmədov və Arzu Nağıyev çıxış edərək layihə ilə

bağlı fikirlərini səsləndiriblər.

Yekunda bu qanun layihəsi də birinci oxunuşda baxılmaq üçün Milli Məclisin

plenar iclasına tövsiyə olunub.

İclasda deputat Əziz Ələkbərov və digər rəsmi şəxslər iştirak ediblər.


Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

 

 


 








XƏBƏR LENTİ

06.10.2024 | 14:48
5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür.

06.10.2024 | 14:44
Dövlət başçısı Azərbaycanın düşmənlərinə, regionu yenidən alova bürümək istəyən qüvvələrə, xüsusilə də 44 günlük müharibədə darmadağın edilən Ermənistana sərt ismarıc ünvanladı

06.10.2024 | 14:34
Vətən müharibəsində şəhid olan leytenantın anım günüdür - FOTO

06.10.2024 | 08:44
“Ermənistan seçim etməlidir” - Rəsmi Bakı

06.10.2024 | 08:42
YAP Yasamal rayon AMEA Mərkəzi Elmi Kitabxana üzrə ilk ərazi partiya təşkilatının sədr müavini seçilib

05.10.2024 | 22:49
BFT-də baş verənlər Fransanın özünün dar maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürüdür - XİN

05.10.2024 | 20:46
Goranboyda Şəhid Rauf Cabbarovun xatirəsi yad edilib-Fotolar

05.10.2024 | 20:34
Almatı Bəyannaməsi Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz - XİN

05.10.2024 | 20:31
“Bu, ötənilki ucuz şounun davamıdır” - Bəyanat

05.10.2024 | 20:30
Bir qrup deputat Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini, USAİD-in ölkəmizdəki fəaliyyətinə son qoyulmasını istəyib

05.10.2024 | 20:25
Bir qrup deputat Ceyhun Bayramova müraciət etdi

05.10.2024 | 20:21
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

05.10.2024 | 19:16
Elçin Əmirbəyov: "Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələr inkişaf edir"

05.10.2024 | 19:13
Əli Nağıyev Astanada mühüm tədbirdə iştirak edib

05.10.2024 | 18:31
Milli Kitabxanada "Macarıstan ədəbiyyatı guşəsi"nin açılış mərasimi keçirilib - FOTOLAR

05.10.2024 | 18:25
Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun görüşü keçirilib 47

05.10.2024 | 18:14
"Bu ölkələr üçün heç bir dəyər, ölçü vahidi yoxdur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

05.10.2024 | 18:10
Milli Məclisin deputatı ATƏT-in konfransında iştirak edəcək

05.10.2024 | 18:09
Deputatlarımız Qazaxıstanda keçiriləcək referendumu müşahidə edəcəklər

05.10.2024 | 18:06
Milli Məclisin deputatı Mahir Süleymanlı Vətən Müharibəsi şəhidi İlkin Ağaquliyevin doğum günündə ailəsini ziyarət edib

05.10.2024 | 18:02
Naxçıvana ayrılan vəsait azaldıldı - FƏRMAN

05.10.2024 | 17:59
Mahir Emrelinin komandası qalib gəldi

05.10.2024 | 17:57
Baş nazir “Azərenerji”nin prezidentinə şiddətli töhmət verdi

05.10.2024 | 17:55
İlham Əliyev deputatı ad günündə təltif etdi

05.10.2024 | 17:52
Onlara Prezident təqaüdü veriləcək - Siyahı

05.10.2024 | 17:46
Cəbrayılın yeni mənzərəsi dövlətimizin gücünü göstərir

05.10.2024 | 12:27
Siqaretlə bağlı cərimələr kəskin artırılır

05.10.2024 | 12:24
Azərbaycan nefti bahalaşdı

05.10.2024 | 11:20
Zərdabda narkokuryer saxlanılıb

05.10.2024 | 11:10
Azərbaycan öz təhlükəsizliyini, gələcək inkişafını təmin edib və edəcək Fotolar

05.10.2024 | 10:14
Bu gün müəllimlərin peşə bayramıdır.

05.10.2024 | 10:11
Mənzillərin kirayələnməsi zamanı sığorta məqsədilə depozit TƏLƏB OLUNUR?

05.10.2024 | 09:26
Azərbaycan Premyer Liqası: Bu gün IX turun daha iki oyunu keçiriləcək

05.10.2024 | 09:23
Prezident Cəbrayılın azad olunmasının dördüncü ildönümü ilə bağlı paylaşım edib

05.10.2024 | 09:15
Bu gün Beynəlxalq Müəllimlər Günüdür

05.10.2024 | 09:09
Bakıda obyektdə iyrənc mənzərə - Siçovul pirojkini belə yedi - Video

05.10.2024 | 09:02
Vətən müharibəsinin doqquzuncu günü - Cəbrayıl rayonunun daha üç kəndi işğaldan azad edilir 27

05.10.2024 | 09:00
Türkiyə millisinin heyəti açıqlandı

05.10.2024 | 08:59
Balqabaq minbir dərdə dəvadır!

05.10.2024 | 08:58
“Bozqurd” işarəsi ilə gündəmə gəlmişdi - Merihin heykəli ucaldıldı - Foto

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031