Tarixi köklərə və möhkəm təmələ əsaslanan Türkiyə–Azərbaycan birliyi sarsılmazdır

Image

Regional təhlükəsizliyə, sülhə, müttəfiqliyə və əməkdaşlığın inkişafına

əsaslanan “Şuşa Bəyannaməsi”nin üç il öncə Azərbaycanın Milli Qurtuluş

Günündə işğaldan azad edilən Şuşada imzalanması iki ölkə arasında olan

dostluğun və qardaşlığın ən yüksək səviyyədə təqdimatı oldu. Bu təqdimat həm də

dünyaya Azərbaycan-Türkiyə birliyinin sarsılmaz və əbədi olduğunu göstərməklə,

iki qardaş ölkənin dünya miqyasında daha güclü mərkəzə və regionda söz sahibinə

çevrilməsini təmin etdi.

44 günlük Vətən müharibəsi zamanı qardaş Türkiyənin Azərbaycana güclü

siyasi və mənəvi dəstək verməsi, savaş dövrünün ilk günlərdən etibarən Türkiyə

Prezidentinin “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” kimi

ardıcıl açıqlamalar verməsi əslində, bir çox ölkələr və beynəlxalq təşkilatlar üçün

ciddi bir mesaj idi.

“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik

münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması tarixi köklərə,

möhkəm təmələ əsaslanan Türkiyə–Azərbaycan birliyinin sarsılmaz olduğunu bir

daha göstərdi. Eyni zamanda, bu tarixi sənəd hər iki qardaş ölkənin ümumi

maraqlarının qorunmasında imkanların birləşdirilməsinin, regional və beynəlxalq

strateji məsələlərdə fəaliyyətin qarşılıqlı şəkildə əlaqələndirilməsinin bundan sonra

da diqqətdə saxlanılacağı əminliyi yaratdı. Buna görə də bəyannamə Türkiyə

Prezidenti Rəcəb Tayyib Ərdoğan və dövlətimizin başçısı İlham Əliyev tərəfindən

“iki ölkə arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin yol xəritəsi” kimi

yüksək dəyərləndirildi. “Şuşa Bəyannaməsi”ndə Azərbaycan və Türkiyə arasındakı

ikitərəfli münasibətlərin daha da genişləndirilməsi perspektivləri diqqət

mərkəzində saxlanılaraq, siyasi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil,

sosial, gənclər, idman sahələrində imkan və potensiallarının birləşdirilməsi,

dərinləşdirilməsi xüsusi yer tutur. Eyni zamanda, bu sırada iqtisadi əməkdaşlığın

gücləndirilməsi, müştərək maraq daşıyan regional və beynəlxalq strateji

məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsi də önəmli

vəzifələrdən biri kimi qarşıya qoyulmuşdur.

Şuşa Bəyannaməsində Türkiyə ilə Azərbaycanın dostluq və qardaşlıq

münasibətlərini daha da gücləndirmək, regionda sülhü və sabitliyi qorumaq,

möhkəmləndirmək məqsədi daşıyan bir sıra önəmli vəzifələr diqqət çəkir. Həmin

vəzifələr Vətən müharibəsindən sonra bölgədə yaranan yeni əməkdaşlıq

imkanlarını reallaşdırmaq istiqamətində önəmli addımlar atan iki qardaş ölkənin

sülhə, əmin-amanlığa sadiq qaldığını göstərməklə bərabər, Cənubi Qafqazı sülh

regionuna çevirmək məqsədi daşıdığından xəbər verir.

Bəyannamədə müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım

məsələləri də xüsusi diqqət çəkir. Başqa sözlə, sənəddə ordumuzun yeni çağırışlara


uyğun olaraq yenidən formalaşdırılması, modernləşdirilməsi və hərbi

təhlükəsizliyin möhkəmləndirilməsində mühüm önəm daşıyır. İki qardaş ölkənin

silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir

texnologiyalara əsaslanan silah və sursatların idarə olunması istiqamətində sıx

əməkdaşlığı da nəzərdə tutulur.

Tarixi sənəddə Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha da

inkişaf etdirilməsi, milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərin

artırılması, Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadəsi, Azərbaycan ilə

Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-

kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının

təşviqi kimi aktual məsələlərin yer alması xüsusi önəm kəsb edir.

Bu bəyannamə iki xalqın tarix, soy-kök, din, dil, mədəniyyət birliyinə

söykəndiyini bir daha təsdiqləməklə yanaşı, ölkələrimiz arasında dostluq və

qardaşlığın nümunəvi xarakterindən xəbər verir. Prezident İlham Əliyevin

təbirincə desək, dünyanın heç bir yerində Azərbaycan-Türkiyə qardaşlıq

münasibətlərinin alternativi yoxdur və bu münasibət ümummilli lider Heydər

Əliyevin “Biz bir millət, iki dövlətik” fəlsəfəsinə uyğun olaraq inkişaf edir. Bu

gün hər iki ölkə xoş gündə də, dar gündə də bir-birinin yanındadır. Bu birlik həm

də düşmənlərə göz dağıdır. Artıq Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri tam

mənası ilə özünü sübut etmişdir. Üstəlik, bu prosesə digər türk dövlətləri də sürətlə

qoşulmaqda, siyasi, iqtisadi, mədəni əlaqələrimizdə birliyə, bərabərliyə doğru bir

axın müşahidə olunmaqdadır.

Monolit birliyin nəticəsidir ki, işğaldan azad edilmiş ərazilərimizdə bərpa və

quruculuq işlərinə start verilən ilk gündən dövlətimizin başçısı İlham Əliyevin

“dost, qardaş ölkələr quruculuq proseslərdə də fəal iştirak edə bilərlər və onları

yanımızda görmək istəyirik” çağırışına qardaş münasibətinin nəticəsi olaraq,

hazırda Qarabağın və Şərqi Zəngəzurun bərpası işində ən başlıca rolu Türkiyə

şirkətləri oynayırlar. Birgə reallaşdırılan enerji və nəqliyyat layihələri dövlətləri,

xalqları birləşdirir, əlaqələrin inkişafı fonunda çoxtərəfli əməkdaşlığa geniş

imkanlar açır.

Bu gün Azərbaycanla Türkiyə arasında əlaqələrin yüksək səviyyədə inkişafı

təkcə bu dövlətlərin deyil, həm də bütöv bir regionun ümumi tərəqqisinə, Cənubi

Qafqazda sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Əminliklə deyə

bilərik ki, bu monolit birlik regionda sabitliyin, təhlükəsizliyin qarantıdır.


Vüqar İsayev,

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri








XƏBƏR LENTİ

06.10.2024 | 14:48
5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür.

06.10.2024 | 14:44
Dövlət başçısı Azərbaycanın düşmənlərinə, regionu yenidən alova bürümək istəyən qüvvələrə, xüsusilə də 44 günlük müharibədə darmadağın edilən Ermənistana sərt ismarıc ünvanladı

06.10.2024 | 14:34
Vətən müharibəsində şəhid olan leytenantın anım günüdür - FOTO

06.10.2024 | 08:44
“Ermənistan seçim etməlidir” - Rəsmi Bakı

06.10.2024 | 08:42
YAP Yasamal rayon AMEA Mərkəzi Elmi Kitabxana üzrə ilk ərazi partiya təşkilatının sədr müavini seçilib

05.10.2024 | 22:49
BFT-də baş verənlər Fransanın özünün dar maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürüdür - XİN

05.10.2024 | 20:46
Goranboyda Şəhid Rauf Cabbarovun xatirəsi yad edilib-Fotolar

05.10.2024 | 20:34
Almatı Bəyannaməsi Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz - XİN

05.10.2024 | 20:31
“Bu, ötənilki ucuz şounun davamıdır” - Bəyanat

05.10.2024 | 20:30
Bir qrup deputat Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini, USAİD-in ölkəmizdəki fəaliyyətinə son qoyulmasını istəyib

05.10.2024 | 20:25
Bir qrup deputat Ceyhun Bayramova müraciət etdi

05.10.2024 | 20:21
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

05.10.2024 | 19:16
Elçin Əmirbəyov: "Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələr inkişaf edir"

05.10.2024 | 19:13
Əli Nağıyev Astanada mühüm tədbirdə iştirak edib

05.10.2024 | 18:31
Milli Kitabxanada "Macarıstan ədəbiyyatı guşəsi"nin açılış mərasimi keçirilib - FOTOLAR

05.10.2024 | 18:25
Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun görüşü keçirilib 47

05.10.2024 | 18:14
"Bu ölkələr üçün heç bir dəyər, ölçü vahidi yoxdur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

05.10.2024 | 18:10
Milli Məclisin deputatı ATƏT-in konfransında iştirak edəcək

05.10.2024 | 18:09
Deputatlarımız Qazaxıstanda keçiriləcək referendumu müşahidə edəcəklər

05.10.2024 | 18:06
Milli Məclisin deputatı Mahir Süleymanlı Vətən Müharibəsi şəhidi İlkin Ağaquliyevin doğum günündə ailəsini ziyarət edib

05.10.2024 | 18:02
Naxçıvana ayrılan vəsait azaldıldı - FƏRMAN

05.10.2024 | 17:59
Mahir Emrelinin komandası qalib gəldi

05.10.2024 | 17:57
Baş nazir “Azərenerji”nin prezidentinə şiddətli töhmət verdi

05.10.2024 | 17:55
İlham Əliyev deputatı ad günündə təltif etdi

05.10.2024 | 17:52
Onlara Prezident təqaüdü veriləcək - Siyahı

05.10.2024 | 17:46
Cəbrayılın yeni mənzərəsi dövlətimizin gücünü göstərir

05.10.2024 | 12:27
Siqaretlə bağlı cərimələr kəskin artırılır

05.10.2024 | 12:24
Azərbaycan nefti bahalaşdı

05.10.2024 | 11:20
Zərdabda narkokuryer saxlanılıb

05.10.2024 | 11:10
Azərbaycan öz təhlükəsizliyini, gələcək inkişafını təmin edib və edəcək Fotolar

05.10.2024 | 10:14
Bu gün müəllimlərin peşə bayramıdır.

05.10.2024 | 10:11
Mənzillərin kirayələnməsi zamanı sığorta məqsədilə depozit TƏLƏB OLUNUR?

05.10.2024 | 09:26
Azərbaycan Premyer Liqası: Bu gün IX turun daha iki oyunu keçiriləcək

05.10.2024 | 09:23
Prezident Cəbrayılın azad olunmasının dördüncü ildönümü ilə bağlı paylaşım edib

05.10.2024 | 09:15
Bu gün Beynəlxalq Müəllimlər Günüdür

05.10.2024 | 09:09
Bakıda obyektdə iyrənc mənzərə - Siçovul pirojkini belə yedi - Video

05.10.2024 | 09:02
Vətən müharibəsinin doqquzuncu günü - Cəbrayıl rayonunun daha üç kəndi işğaldan azad edilir 27

05.10.2024 | 09:00
Türkiyə millisinin heyəti açıqlandı

05.10.2024 | 08:59
Balqabaq minbir dərdə dəvadır!

05.10.2024 | 08:58
“Bozqurd” işarəsi ilə gündəmə gəlmişdi - Merihin heykəli ucaldıldı - Foto

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031