Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazılan gün

Image


“Bir neçə gündən sonra xalqımızın tarixində ən önəmli günlərdən biri olan Milli Qurtuluş gününün növbəti ildönümünü qeyd edəcək. 1991-ci ildə Azərbaycan öz müstəqilliyini əldə etsə də ölkədə gərginlik hökm sürürdü. Bir tərəfdən erməni təcavüzü, digər tərəfdən isə daxildə baş verənlər ölkəni uçuruma doğru çox sürətlə çəkib aparırdı. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın torpaqlarının işğal olunması da gərginliyi daha da artırırdı. Çox gərgin vəziyyət yaranmışdı, hakimiyyətdəkilərin səriştəsizliyi, qruplar arasında çəkişmə və bundan çıxış yolunun tapılmaması bütün diqqəti Naxçıvanda blokada şəraitində yaşayan Heydər Əliyevə yönəltmişdi. Dəfələrlə məsələ gündəmə gətirilsə də özündənrazı “cəbhəçilər” dünya miqyasında tanınan və hörmət edilən, dövlət qurucuıuğunu dərindən bilər, bu sahədə böyük təcrübəsi olan Heydər Əliyevin Bakıya gəlməsinə, hakimiyyəin sükanı arxasına keçməsinə, ölkəni və xalqı bəlalardan qurtarmasına bütün imkanları ilə mane olurdular. Əlbəttə, bunun bir adı var idi, xəyanət, düşmənçilik”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, belə ağır vəziyyətdə Azərbaycanı xilas etməyə qadir yeganə şəxsiyyət məhz Ulu Öndər Heydər Əliyev idi: “9 iyun Azərbaycan tarixində dövlətçiliyin, müstəqilliyin xilası günü kimi qızıl hərflərlə yazılıb. 1993-cü ilin bu günü Ulu Öndərimiz, Azərbaycan xalqının və dövlətçiliyimizin banisi və xilaskarı Heydər Əliyevin xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gəldiyi gün, xilaskarlıq missiyasının başlanma vaxtıdır. Məhz bu tarixdə Ümummilli Liderimizi Naxçıvandan gətirən təyyarə Bakı Hava Limanında yerə endi, minlərlə insan Ulu Öndəri qarşılamaq üçün ora axın etdi. Ölkəmizin taleyində mühüm tarixi hadisə olaraq yer alan Qurtuluşa doğru mühüm addım atılırdı həmin gün. Əgər bu gün Azərbaycanın uğurlu inkişafından, Zəfər tariximizdən söz açırıqsa, həmin tarixi dövrün mürəkkəb, ziddiyyətli məqamlarını da unutmamalıyıq. Azərbaycan yox olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Bu gün Azərbaycanın müstəqil dövlət kimi təbii sərvətlərinə sahib çıxması, milli mənafeyini, iqtisadi və strateji maraqlarını müdafiə etmək gücünə malik olması məhz Ümummilli Lider Heydər Əliyevin Bakıya gəlişi ilə başlanan ağır və məşəqqətli yoldan keçir. Bu tarixi heç vaxt unutmamalıyıq”.

A.Hüseynov qeyd edib ki, bütün həyatını Azərbaycanın və xalqın taleyi ilə bağlayan Ulu Öndər Heydər Əliyev müstəqil dövlətçilik tariximizin şərəfli səhifəsini yazıb: “Bəli Ulu Öndər Heydər Əliyev tarix yaradıb. Azərbaycanı, Azərbaycan xalqını böyük bəladan, dəhşətli fəlakətdən məhz Onun fenomen dövlətçilik bacarığı, təcrübəsi, cəsarəti və müdrikliyi qoruyub-saxlayıb. Ulu Öndərin iradəsi və xalqına inamı, xalqın da öz müdrik liderinə güvənməsi Azərbaycan dövlətçiliyi məhv olmaqdan xilas etdi. 1990-cı ilin qanlı 20 Yanvar hadisələrindən sonra Ulu Öndər Heydər Əliyevin Moskvadan Azərbaycana qayıtması, Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan Ali Məclisinə deputat seçilməsi, müdrik liderinə inanan insanların sabaha ümidlərini getdikcə artırırdı. Heydər Əliyevin sədrliyi ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisinin iclasında Muxtar Respublikanın adından "sovet sosialist" sözlərinin götürülməsi, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, aypara və səkkizguşəli ulduz nişanlı bayrağının dövlət bayrağı kimi qəbul edilməsi və bu barədə Azərbaycan Parlamenti qarşısında qanunvericilik təşəbbüsü qaydasında məsələ qaldırılması haqqında tarixi qərarları yada salmaq kifayətdir ki, Onun ən böyük Azərbaycanlı olduğuna bir daha əmin olasan. Naxçıvanın bütün mənalarda blokadaya alınması Heydər Əliyevin xalqına olan sevgisini, dövlətçiliyimizin bərpasına inamını zərrə qədər də azaltmamışdı. Əksinə, Azərbaycanın sabahına olan böyük ümidlər dahi siyasətçi, Ulu Öndər Heydər Əliyevi mətin addımlar atmağa, xalqın xilas yollarını çözməyə vadar edirdi. 15 İyun –Milli Qurtuluş Günü Azərbaycan xalqının sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Bu tarixi xalqımızın Qurtuluş bayramıdır və bu tarixi yaradan, Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, xalqına arxalanan Ulu Öndər Heydər Əliyevdir".







XƏBƏR LENTİ

06.10.2024 | 14:48
5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür.

06.10.2024 | 14:44
Dövlət başçısı Azərbaycanın düşmənlərinə, regionu yenidən alova bürümək istəyən qüvvələrə, xüsusilə də 44 günlük müharibədə darmadağın edilən Ermənistana sərt ismarıc ünvanladı

06.10.2024 | 14:34
Vətən müharibəsində şəhid olan leytenantın anım günüdür - FOTO

06.10.2024 | 08:44
“Ermənistan seçim etməlidir” - Rəsmi Bakı

06.10.2024 | 08:42
YAP Yasamal rayon AMEA Mərkəzi Elmi Kitabxana üzrə ilk ərazi partiya təşkilatının sədr müavini seçilib

05.10.2024 | 22:49
BFT-də baş verənlər Fransanın özünün dar maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürüdür - XİN

05.10.2024 | 20:46
Goranboyda Şəhid Rauf Cabbarovun xatirəsi yad edilib-Fotolar

05.10.2024 | 20:34
Almatı Bəyannaməsi Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz - XİN

05.10.2024 | 20:31
“Bu, ötənilki ucuz şounun davamıdır” - Bəyanat

05.10.2024 | 20:30
Bir qrup deputat Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini, USAİD-in ölkəmizdəki fəaliyyətinə son qoyulmasını istəyib

05.10.2024 | 20:25
Bir qrup deputat Ceyhun Bayramova müraciət etdi

05.10.2024 | 20:21
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

05.10.2024 | 19:16
Elçin Əmirbəyov: "Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələr inkişaf edir"

05.10.2024 | 19:13
Əli Nağıyev Astanada mühüm tədbirdə iştirak edib

05.10.2024 | 18:31
Milli Kitabxanada "Macarıstan ədəbiyyatı guşəsi"nin açılış mərasimi keçirilib - FOTOLAR

05.10.2024 | 18:25
Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun görüşü keçirilib 47

05.10.2024 | 18:14
"Bu ölkələr üçün heç bir dəyər, ölçü vahidi yoxdur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

05.10.2024 | 18:10
Milli Məclisin deputatı ATƏT-in konfransında iştirak edəcək

05.10.2024 | 18:09
Deputatlarımız Qazaxıstanda keçiriləcək referendumu müşahidə edəcəklər

05.10.2024 | 18:06
Milli Məclisin deputatı Mahir Süleymanlı Vətən Müharibəsi şəhidi İlkin Ağaquliyevin doğum günündə ailəsini ziyarət edib

05.10.2024 | 18:02
Naxçıvana ayrılan vəsait azaldıldı - FƏRMAN

05.10.2024 | 17:59
Mahir Emrelinin komandası qalib gəldi

05.10.2024 | 17:57
Baş nazir “Azərenerji”nin prezidentinə şiddətli töhmət verdi

05.10.2024 | 17:55
İlham Əliyev deputatı ad günündə təltif etdi

05.10.2024 | 17:52
Onlara Prezident təqaüdü veriləcək - Siyahı

05.10.2024 | 17:46
Cəbrayılın yeni mənzərəsi dövlətimizin gücünü göstərir

05.10.2024 | 12:27
Siqaretlə bağlı cərimələr kəskin artırılır

05.10.2024 | 12:24
Azərbaycan nefti bahalaşdı

05.10.2024 | 11:20
Zərdabda narkokuryer saxlanılıb

05.10.2024 | 11:10
Azərbaycan öz təhlükəsizliyini, gələcək inkişafını təmin edib və edəcək Fotolar

05.10.2024 | 10:14
Bu gün müəllimlərin peşə bayramıdır.

05.10.2024 | 10:11
Mənzillərin kirayələnməsi zamanı sığorta məqsədilə depozit TƏLƏB OLUNUR?

05.10.2024 | 09:26
Azərbaycan Premyer Liqası: Bu gün IX turun daha iki oyunu keçiriləcək

05.10.2024 | 09:23
Prezident Cəbrayılın azad olunmasının dördüncü ildönümü ilə bağlı paylaşım edib

05.10.2024 | 09:15
Bu gün Beynəlxalq Müəllimlər Günüdür

05.10.2024 | 09:09
Bakıda obyektdə iyrənc mənzərə - Siçovul pirojkini belə yedi - Video

05.10.2024 | 09:02
Vətən müharibəsinin doqquzuncu günü - Cəbrayıl rayonunun daha üç kəndi işğaldan azad edilir 27

05.10.2024 | 09:00
Türkiyə millisinin heyəti açıqlandı

05.10.2024 | 08:59
Balqabaq minbir dərdə dəvadır!

05.10.2024 | 08:58
“Bozqurd” işarəsi ilə gündəmə gəlmişdi - Merihin heykəli ucaldıldı - Foto

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031