QURTULUŞDAN ZƏFƏRƏ

Image



Azərbaycan Demokratik Respublikasının süqutundan sonra xalqımız həmişə müstəqilliyini bərpa etmək arzusu ilə yaşamışdır. 1991-ci ildə Azərbaycan digər sovet respublikaları kimi öz müstəqillyini elan etsə də, bizim ölkənin azadlığa çıxması şəraiti tamamilə başqa cür idi: gənc dövlətimiz əvvəlcə Ermənistanla ədalətsiz, qanlı müharibəyə cəlb edilmiş, digər tərəfdən çox sürətlə bir - birini əvəz edən səriştəsiz, dövlətçilik anlayışından uzaq olan iqtidarlar ölkəni inkişaf əvəzinə fəlakətə aparırdılar.

Təzəcə müstəqilliyini elan etmiş Azərbaycan dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi qarşısında olduğu bir çətin məqamda hər cür məhrumiyyətlərdən, əzablardan bezmiş xalq özünün yeganə ümidi olan ümummilli liderimiz Heydər Əliyevə üz tutdu.

Vətənin belə ağır günlərində - 15 iyun 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyev yenidən hakimiyyətə qayıdaraq xalq naminə, vətən naminə, canından da artıq sevdiyi Azərbaycan naminə böyük xilaskarlıq fəaliyyətinə başladı.

Azərbaycan Respublikası xarici qüvvələrin, bir qrup daxildən olan nankorların iştirakı ilə imperiya maraqlarına uyğun parçalanaraq bölüşdürülmə faciəsindən, milli dövlətin iflasından, qlobal məhv olmadan xilas edildi. Beləliklə, 18 oktyabr tarixində başlanan müstəqillik 15 iyun - Milli Qurtuluş günü ilə qorundu, möhkəmlənməyə başladı, Azərbaycanın dövlət müstəqilliyi əbədi və dönməz xarakter aldı.

Həqiqətən Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün ən mühüm tarixlərdən, çox böyük bayramlardan biridir. Çünki məhz Milli Qurtuluş Günü sayəsində  müasir dünya dövlətləri sırasında sayılan-seçilən indiki  nüfuzlu, güclü, müstəqil Azərbaycan dövləti mövcuddur.  Müasir Azərbaycan dövləti özünün  siyasəti ilə bu gün beynəlxavlq aləmdə nümunə olacaq bir dövlətdir. Eləcə də, bu gün dünyanın böhranlı şəraitində uğurlu siyasət nəticəsində Azərbaycan hərtərəfli inkişaf edir və belə bir dövlət qürur yerimizdir. Biz öz dövlətimizlə fəxr edirik.

Təbii ki, Azərbaycan bugünkü səviyyəyə elə də asan gəlib çatmayıb, çox çətin dövrlərdən keçib. Bilirsiniz ki, SSRİ-nın  dağılması ilə müstəqil respublikalar yarandı. Keçmiş SSRİ-nin dağılması prosesi bəzi respublikaların daxilində müəyyən gərginliklərlə müşaiyət olundu. Həmin prosesləri təhlil edəndə görürük ki, ən mürəkkəb proseslər məhz  Azərbaycanda baş verib. Ermənistan tərəfindən Azərbaycan  torpaqlarının 20 faizi işğal olundu və bunun nəticəsində də 1 milyondan çox insan öz doğma yurdlarından qaçqın və  məcburi köçkün vəziyyətə düşdü. Yəni o dövrdə xalqımız çox ağır günlər yaşadı.

Prosesləri təhlil edərkən deyə bilərik ki, başımıza gələn bu bəlalar bir sıra amillərlə  əlaqədardır. Ən əsası odur ki, həmin dövrdə Ulu öndər Heydər Əliyev Azərbaycanda deyildi. Hakimiyyətinin birinci dövründə öz nəcib əməlləri,  Azərbaycan üçün  misilsiz xidmətləri ilə Heydər Əliyev xalqın qəlbində özünə abidə ucaltmışdı. Məhz Ulu öndərin sayəsində sovetlər dövründə Azərbaycan sürətlə inkişaf edərək keçmiş ittifaq respublikaları arasında öncül yerə çıxdı. 1980 - ci illərin sonu – 90-cı illərin əvvəlində Azərbaycan xalqı sahibsiz qalmışdı. Və başımıza gələn bütün bəlaların kökündə Heydər Əliyevin hakimiyyətdə olmaması idi.

Taleyin qismətidir ki, Heydər Əliyevin həyatı Azərbaycan xalqı ilə bağlı olub. Tarix sübut edir ki, Azərbaycan xalqının ən çətin anlarında Ulu öndər Heydər Əliyev xilaskarlıq missiyasını yerinə yetirərək xalqı bütün çətinliklərdən xilas edib.

1993-cü ilin o ağır günlərində də xalqımızın yeganə ümid yeri Heydər Əliyev oldu. Hakimiyyətə qayıtmaqla Ümummilli liderimiz Heydər Əliyev xalqımızı düçar olduğu  bəlalardan, başqa dövlətlərin vassalı olmaqdan,  Azərbaycanı parçalanmaqdan xilas etdi.

Qarabağın işğaldan azad olunması Ulu Öndər Heydər Əliyevin ən böyük arzularından idi. O, Azərbaycan Prezidenti vəzifəsində çalışarkən problemin həlli üçün böyük çabalar göstərib. Heydər Əliyev Azərbaycanın qələbəyə doğru atılan addımlarının əsaslarının qoyulması istiqamətində əhəmiyyətli xidmətlər göstərib. Heydər Əliyev bütün dünyaya Qarabağ həqiqətlərini çatdırıb. Diplomatik fəaliyyətlə yanaşı, güclü ordu quruculuğuna xüsusi diqqət yetirib.

Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin Prezident  İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi Heydər Əliyevin arzu etdiyi qələbə sevincini xalqa bəxş etmiş oldu.

Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycan xalqının bu günü və gələcəyi üçün əmanət qoyduğu ideyalar xalqımızın milli mənlik şüuru və milli sərvətidir. Bu ideyaların daşıyıcısı ümummilli liderimizin siyasi kursunun davamçısı Möhtərəm Cənab İlham Əliyevdir.

 

Rafael Mehralıyev

Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Komunal Təsərrüfat Departamentinin rəisi

Gununxeberi.az 







XƏBƏR LENTİ

06.10.2024 | 14:48
5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür.

06.10.2024 | 14:44
Dövlət başçısı Azərbaycanın düşmənlərinə, regionu yenidən alova bürümək istəyən qüvvələrə, xüsusilə də 44 günlük müharibədə darmadağın edilən Ermənistana sərt ismarıc ünvanladı

06.10.2024 | 14:34
Vətən müharibəsində şəhid olan leytenantın anım günüdür - FOTO

06.10.2024 | 08:44
“Ermənistan seçim etməlidir” - Rəsmi Bakı

06.10.2024 | 08:42
YAP Yasamal rayon AMEA Mərkəzi Elmi Kitabxana üzrə ilk ərazi partiya təşkilatının sədr müavini seçilib

05.10.2024 | 22:49
BFT-də baş verənlər Fransanın özünün dar maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürüdür - XİN

05.10.2024 | 20:46
Goranboyda Şəhid Rauf Cabbarovun xatirəsi yad edilib-Fotolar

05.10.2024 | 20:34
Almatı Bəyannaməsi Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz - XİN

05.10.2024 | 20:31
“Bu, ötənilki ucuz şounun davamıdır” - Bəyanat

05.10.2024 | 20:30
Bir qrup deputat Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini, USAİD-in ölkəmizdəki fəaliyyətinə son qoyulmasını istəyib

05.10.2024 | 20:25
Bir qrup deputat Ceyhun Bayramova müraciət etdi

05.10.2024 | 20:21
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

05.10.2024 | 19:16
Elçin Əmirbəyov: "Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələr inkişaf edir"

05.10.2024 | 19:13
Əli Nağıyev Astanada mühüm tədbirdə iştirak edib

05.10.2024 | 18:31
Milli Kitabxanada "Macarıstan ədəbiyyatı guşəsi"nin açılış mərasimi keçirilib - FOTOLAR

05.10.2024 | 18:25
Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun görüşü keçirilib 47

05.10.2024 | 18:14
"Bu ölkələr üçün heç bir dəyər, ölçü vahidi yoxdur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

05.10.2024 | 18:10
Milli Məclisin deputatı ATƏT-in konfransında iştirak edəcək

05.10.2024 | 18:09
Deputatlarımız Qazaxıstanda keçiriləcək referendumu müşahidə edəcəklər

05.10.2024 | 18:06
Milli Məclisin deputatı Mahir Süleymanlı Vətən Müharibəsi şəhidi İlkin Ağaquliyevin doğum günündə ailəsini ziyarət edib

05.10.2024 | 18:02
Naxçıvana ayrılan vəsait azaldıldı - FƏRMAN

05.10.2024 | 17:59
Mahir Emrelinin komandası qalib gəldi

05.10.2024 | 17:57
Baş nazir “Azərenerji”nin prezidentinə şiddətli töhmət verdi

05.10.2024 | 17:55
İlham Əliyev deputatı ad günündə təltif etdi

05.10.2024 | 17:52
Onlara Prezident təqaüdü veriləcək - Siyahı

05.10.2024 | 17:46
Cəbrayılın yeni mənzərəsi dövlətimizin gücünü göstərir

05.10.2024 | 12:27
Siqaretlə bağlı cərimələr kəskin artırılır

05.10.2024 | 12:24
Azərbaycan nefti bahalaşdı

05.10.2024 | 11:20
Zərdabda narkokuryer saxlanılıb

05.10.2024 | 11:10
Azərbaycan öz təhlükəsizliyini, gələcək inkişafını təmin edib və edəcək Fotolar

05.10.2024 | 10:14
Bu gün müəllimlərin peşə bayramıdır.

05.10.2024 | 10:11
Mənzillərin kirayələnməsi zamanı sığorta məqsədilə depozit TƏLƏB OLUNUR?

05.10.2024 | 09:26
Azərbaycan Premyer Liqası: Bu gün IX turun daha iki oyunu keçiriləcək

05.10.2024 | 09:23
Prezident Cəbrayılın azad olunmasının dördüncü ildönümü ilə bağlı paylaşım edib

05.10.2024 | 09:15
Bu gün Beynəlxalq Müəllimlər Günüdür

05.10.2024 | 09:09
Bakıda obyektdə iyrənc mənzərə - Siçovul pirojkini belə yedi - Video

05.10.2024 | 09:02
Vətən müharibəsinin doqquzuncu günü - Cəbrayıl rayonunun daha üç kəndi işğaldan azad edilir 27

05.10.2024 | 09:00
Türkiyə millisinin heyəti açıqlandı

05.10.2024 | 08:59
Balqabaq minbir dərdə dəvadır!

05.10.2024 | 08:58
“Bozqurd” işarəsi ilə gündəmə gəlmişdi - Merihin heykəli ucaldıldı - Foto

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031