Bu, rüsvayçılıqdır: Kim utanıb yerə girməli, istefa verməlidir?

Image

7.296 müəllim imtahan verə, onlardan 3.909-u keçid balını keçə bilməyə?

Keçid balını toplaya bilməyənlərin 3.424 nəfəri ibtidai sinif, 485-i isə Azərbaycan dili və ədəbiyyat müəllimidir. Təsəvvür edirsiniz?

İmtahanda 1209 ibtidai sinif müəlliminin cavab verə bilmədiyi suallardan biri yayılıb. 509.052 ədədinin sözlə yazılışını 1209 müəllim bilməyib, halbuki təklif edilən 5 variantdan, sadəcə, düzgün olanı seçmək lazım idi. Bu primitiv, asan, hətta gülməli dərəcədə bəsit sualın doğru cavabını tapıb işarələyə bilməmək nə deməkdir?

İstənilən ədədin sözlə ifadəsini yazmaq üçün qətiyyən ali təhsilli olmağa ehtiyac yoxdur, yalnız ibtidai sinfi normal oxumaq kifayətdir.

İmtahana girən bu müəllimlər yəqin ki, ən azı kollec bitirib. Ədədin sözlə yazılmasını necə bilməmək olar? Bunlar ali məktəbi, lap elə kolleci necə oxuyub-bitirib? Bunlara o diplom necə verilib?

Bunun adı milli faciədir, utancdır, rüsvayçılıqdır!

Elm və Təhsil Nazirliyinə bu rüsvayçılığı malalamadığı, üzə çıxardığı və açıq şəkildə müzakirəyə buraxdığına görə təşəkkür düşür. Ancaq yarımçıqdır, cəsarətsiz yanaşmadır, problemi sonadək açıb-ağartmayıb və ona görə də heç bir nəticəsi olmayacaq.

1. Təhsil Nazirliyi ilk özündən başlamalıdır: bu “müəllimlər” hansı orta məktəbi, hansı qiymətlərlə bitiriblərsə, bir zəhmət, açıqlasınlar və o məktəbləri nəzarətə götürsünlər: necə ola bilər ki, 11-ci sinfi bitirən, attestat alan şagird – hələ müəllim olmağa iddialı şəxs demirəm – adi, primitiv sualın cavabını yaza bilməsin?

2. Ədədin sözlə yazılışını bilməyən müəllimlər hansı ali və ya orta ixtisas məktəbinin məzunlarıdır? Neçə yaş aralığındadırlar? Onlar bundan əvvəl dərs deyiblərmi? Nə qədər uşağı şikəst, bədbəxt ediblər?

Qoy, onlara diplom verən ali təhsil müəssisələri bu rüsvayçılığa cavab versinlər: görək, bu bəsit sualın cavabını verə bilməyənlər hansı məharətləri ilə diplom almağı bacarıblar?

Kimsə cavabdeh olmalıdır axı! Bu xəcalət, rəzillik, rüsvayçılığa görə kimsə utanıb yerə girməli, istefa verməlidir axı!

Bəs, kim? Onların təhsil aldığı orta məktəbin rəhbərliyimi, ali məktəb rəhbərliyimi? Kimdir səbəbkar, cavabdeh?

İmtahan stressi, imtahan gərginliyi hamı üçün xarakterikdir: istər 17 yaşlı abituriyent olsun, istərsə də 40 yaşlı yetkin, savadlı şəxs. Xatırlayıram, Bonapartın adına deyilən bir məşhur rəvayət vardı: generallarından biri gecə yarısı qaçaraq Napoleonun otağına daxil olur və qışqır-bağırla onu yuxudan oyadır. “Nə olub” – hövlnak yerindən sıçrayıb qalxan imperator soruşur. “Düşmən hücum edib”i eşidəndə gülür ki, mən də narahat oldum, elə bildim imtahana çağırırsan!

Anlayırıq imtahan gərginliyini, ancaq 7296 müəllimin yarıdan çoxunun, 60 faizə qədərinin minimal balı toplaya bilməməsinin imtahan gərginliyinə heç bir aidiyyəti yoxdur! 1209 müəllimin ədədin sözlə yazılışını bilməməsinin “imtahan stressi”nə qəti dəxli yoxdur!

Bu, elə bir savadsızlıqdır ki, təsəvvür etmək mümkün deyil!

Təhsil millətin gələcəyidir – bu, tezis, şablon ifadə deyil, reallıqdır, həqiqətdir; təhsil, savad hər şeydir!

Millətin savadı məhv olub – bunu bütün sahələrdə müşahidə edə bilərsiniz. Yalnız bizim sahədə - mediaya yeni gələnlərin adicə xəbər yazmaq bacarığının olmaması da deyil, sözlərin düzgün yazılışını bilməmələri, cümlə qurmağı bacarmamaları kütləvidir.

Azərbaycan dilini bilən məzun görəndə az qalırıq, ayaqları altında qurban kəsək!

Bu, kütləvi savadsızlıqdır və haradan qaynaqlandığını da 8 iyun imtahanı üzə çıxardı.

Bəs sonra? Sonra nə olacaq? Gedib ədədin sözlə ifadəsini öyrənib, gəlib imtahandan keçəcəklər və məktəblərdə dərs deməyə başlayacaqlar? Bu rəzillik elə beləcə də bitəcək?



Axar.az 







XƏBƏR LENTİ

06.10.2024 | 14:48
5 oktyabr – Beynəlxalq Müəllimlər günüdür.

06.10.2024 | 14:44
Dövlət başçısı Azərbaycanın düşmənlərinə, regionu yenidən alova bürümək istəyən qüvvələrə, xüsusilə də 44 günlük müharibədə darmadağın edilən Ermənistana sərt ismarıc ünvanladı

06.10.2024 | 14:34
Vətən müharibəsində şəhid olan leytenantın anım günüdür - FOTO

06.10.2024 | 08:44
“Ermənistan seçim etməlidir” - Rəsmi Bakı

06.10.2024 | 08:42
YAP Yasamal rayon AMEA Mərkəzi Elmi Kitabxana üzrə ilk ərazi partiya təşkilatının sədr müavini seçilib

05.10.2024 | 22:49
BFT-də baş verənlər Fransanın özünün dar maraqları naminə Ermənistandan istifadə etməsinin təzahürüdür - XİN

05.10.2024 | 20:46
Goranboyda Şəhid Rauf Cabbarovun xatirəsi yad edilib-Fotolar

05.10.2024 | 20:34
Almatı Bəyannaməsi Ermənistanın “xoş niyyətinin” təsdiqi sayıla bilməz - XİN

05.10.2024 | 20:31
“Bu, ötənilki ucuz şounun davamıdır” - Bəyanat

05.10.2024 | 20:30
Bir qrup deputat Ceyhun Bayramova müraciət edərək ABŞ ilə sazişlərə xitam verilməsini, USAİD-in ölkəmizdəki fəaliyyətinə son qoyulmasını istəyib

05.10.2024 | 20:25
Bir qrup deputat Ceyhun Bayramova müraciət etdi

05.10.2024 | 20:21
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

05.10.2024 | 19:16
Elçin Əmirbəyov: "Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında əlaqələr inkişaf edir"

05.10.2024 | 19:13
Əli Nağıyev Astanada mühüm tədbirdə iştirak edib

05.10.2024 | 18:31
Milli Kitabxanada "Macarıstan ədəbiyyatı guşəsi"nin açılış mərasimi keçirilib - FOTOLAR

05.10.2024 | 18:25
Yeni hərbi nizamnamə layihələrinin hazırlanması məqsədilə yaradılan işçi qrupunun görüşü keçirilib 47

05.10.2024 | 18:14
"Bu ölkələr üçün heç bir dəyər, ölçü vahidi yoxdur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

05.10.2024 | 18:10
Milli Məclisin deputatı ATƏT-in konfransında iştirak edəcək

05.10.2024 | 18:09
Deputatlarımız Qazaxıstanda keçiriləcək referendumu müşahidə edəcəklər

05.10.2024 | 18:06
Milli Məclisin deputatı Mahir Süleymanlı Vətən Müharibəsi şəhidi İlkin Ağaquliyevin doğum günündə ailəsini ziyarət edib

05.10.2024 | 18:02
Naxçıvana ayrılan vəsait azaldıldı - FƏRMAN

05.10.2024 | 17:59
Mahir Emrelinin komandası qalib gəldi

05.10.2024 | 17:57
Baş nazir “Azərenerji”nin prezidentinə şiddətli töhmət verdi

05.10.2024 | 17:55
İlham Əliyev deputatı ad günündə təltif etdi

05.10.2024 | 17:52
Onlara Prezident təqaüdü veriləcək - Siyahı

05.10.2024 | 17:46
Cəbrayılın yeni mənzərəsi dövlətimizin gücünü göstərir

05.10.2024 | 12:27
Siqaretlə bağlı cərimələr kəskin artırılır

05.10.2024 | 12:24
Azərbaycan nefti bahalaşdı

05.10.2024 | 11:20
Zərdabda narkokuryer saxlanılıb

05.10.2024 | 11:10
Azərbaycan öz təhlükəsizliyini, gələcək inkişafını təmin edib və edəcək Fotolar

05.10.2024 | 10:14
Bu gün müəllimlərin peşə bayramıdır.

05.10.2024 | 10:11
Mənzillərin kirayələnməsi zamanı sığorta məqsədilə depozit TƏLƏB OLUNUR?

05.10.2024 | 09:26
Azərbaycan Premyer Liqası: Bu gün IX turun daha iki oyunu keçiriləcək

05.10.2024 | 09:23
Prezident Cəbrayılın azad olunmasının dördüncü ildönümü ilə bağlı paylaşım edib

05.10.2024 | 09:15
Bu gün Beynəlxalq Müəllimlər Günüdür

05.10.2024 | 09:09
Bakıda obyektdə iyrənc mənzərə - Siçovul pirojkini belə yedi - Video

05.10.2024 | 09:02
Vətən müharibəsinin doqquzuncu günü - Cəbrayıl rayonunun daha üç kəndi işğaldan azad edilir 27

05.10.2024 | 09:00
Türkiyə millisinin heyəti açıqlandı

05.10.2024 | 08:59
Balqabaq minbir dərdə dəvadır!

05.10.2024 | 08:58
“Bozqurd” işarəsi ilə gündəmə gəlmişdi - Merihin heykəli ucaldıldı - Foto

BİZİ İZLƏYİN


XƏBƏR ARXİVİ

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031